Qısa cavab:
Sayı 40-dan artıq olan "iki mütə" hədislərinin bəzisi səhih, bəzisi “həsən”dir. Hamısı da buna dəlalət edir ki, hər iki mütə bu barədə nazil olan ayələr və Peyğəmbər sünnəti əsasında Peyğəmbərin dövründə halal idi və onu qadağan edən ilk şəxs Ömər olmuşdur.
Ətraflı cavab:
Ömərin xütbələrin birində belə dediyi nəql olunur:
مُتْعَتَانِ کَانَتَا عَلَى عَهْدِ رَسُولِ اللهِ وَاَنَا اَنْهَى عَنْهُمَا وَاُعَاقِبُ عَلَیْهِمَا: مُتْعَهُ الْحَجِّ ، وَمُتْعَهِ النِّسَاءِ
“Peyğəmbərin dövründə iki mütə mövcud idi (halal sayılırdı), lakin mən onları haram edirəm və hər kəs ona yol versə, cəzalandıracağam: təməttö həcci və müvəqqəti evlənmək.”
Cəssasın ibarəsində deyilir: “Əgər bundan qabaq onu haram etsəydim, onu görənləri daşqalaq edərdim”!” (1)
Abbası xəlifəsi Məmun müvəqqəti evlənmənin halal olması ilə əlaqədar həmin hədisə istinad etmiş və onun halallığı ilə bağlı hökm çıxartmaq qərarına gəlmişdir. (2)
Ömərin bu iki mütə barəsindəki xütbəsinin qeyd olunan ifadələrlə nəql olunması hamı tərəfindən qəbul olunur.
Həmçinin Təbəri “Əl-mustəbin” kitabında Ömərdən belə nəql edir:
ثَلَاثٌ کُنَّ عَلَى عَهْدِ رَسُولِ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ) اَنَا مُحَرِّمُهُنَّ وَمُعَاقِبٌ عَلَیْهِنَّ: مُتْعَهُ الْحَجِّ ، وَمُتْعَهُ النِّسَاءِ ، وَحَىَّ عَلَى خَیْرِ الْعَمَلِ فِی الْاَذَانِ
“Üç şey Peyğəmbərin dövründə halal idi, mən onları haram elan edirəm. Hər kəs onları yerinə yetirsə, cəzalandıracağam: təməttö həcci, müvəqqəti evlənmək və azanda “həyyə əla xeyril-əməl” demək.”
Qeyd olunanlar sayı 40-dan artıq olan "iki mütə" hədislərinin kiçik bir hissəsidir. Onların bəziləri səhih, bəziləri “həsən”dir. Hamısı da buna dəlalət edir ki, hər iki mütə bu barədə nazil olan ayələr və Peyğəmbər sünnəti əsasında Peyğəmbərin dövründə halal idi və onu qadağan edən ilk şəxs Ömər olmuşdur.
Diqqət yetirmək lazımdır ki, xəlifənin təməttö həccini qadağan etməsinin yeganə dəlili camaatın bu haldakı vəziyyətini xoşlamaması idi. Yəni o, ümrənin sona çatmasından sonra hacıların (ehramdan çıxıb öz qadınları ilə yaxınlıq edib cənabət qüslü aldıqlarından) qüsl suyu başlarından üzlərinə axan halda həcc əməlləri üçün yola düşmələrini xoşlamırdı. Amma bundan qafil idi ki, Allah-tala camaatın vəziyyətini ondan yaxşı bilir və aşkar hədisin bəyanına əsasən Peyğəmbər də − qiyamətə qədər qəti və daimi olan bu hökmü verən zaman − bu vəziyyətdən agah idi.
Ömərin müvəqqəti izdivacı qadağan etməsinə gəldikdə isə, onun sözlərindən belə məlum olur ki, o, müvəqqəti izdivacı zina hesab edirmiş. Buna görə də hədislərin birində demişdir:
بَیِّنوُا حَتَّى یُعْرَفَ النِّکاَحُ مِنَ السَّفَاحِ
Şərh qeydə alınmayıb