Qısa cavab:
“Əl-vəşiə” kitabında yazılıb ki, Ömər öz dövründəki səhabələr arasında şəriət elmində ən bilikli idi. Lakin digər kitablardakı rəvayətlər bunun əksini göstərir. Məsələn, rəvayətdə deyilir ki, əgər Əli ibn Əbi Talıb olmasaydı, Ömər həlak olardı!
Ətraflı cavab:
“Əl-vəşiə” kitabının müəllifi yazır:
کان عمر افقه الصحابه واعلم الصحابه فی زمنه على الاطلاق ، وانّما کان اعرف الفقهاء بمواقع السنن والقرآن الکریم ، وکان مدّه عمره فی جمیع اُموره یعمل بالکتاب والسنّه ، وکان یعرف مواقع السنن ویفهم معانی الکتاب
“Ömər öz dövründə səhabələr arasında fiqh (şəriət) elmində ən savadlı və hamıdan bilikli idi. Sünnətin və Qurani-kərimin mövqelərinə digər fəqihlərdən daha artıq tanış idi. Ömrü boyu bütün işlərində Kitab və sünnət əsasında əməl etdi. O, sünnətin məqamını bilir, Quranın mənasını dərk edirdi.”
Belə bir iddianı cavablandırmaq üçün tarixə bir qədər dərindən nəzər salmaq kifayətdir. Məhz bu zaman aydın olacaqdır ki, səhabələr arasında ən bilikli və ən savadlı şəxs kimdir. Ömər ibn Xəttabı necə səhabələrin ən savadlısı hesab etmək olar, halbuki o bir çox dini məsələlərin öyrənilməsində, çətin mühakimə məsələlərində səhabələrə, xüsusilə də Əliyə müraciət edirdi. Buna görə də dəfələrlə demişdi:
لولا على لهلک عمر
“Əgər Əli olmasaydı, Ömər həlak olardı!” (1)
لولا علیّ لضلّ عمر
“Əgər Əli olmasaydı, Ömər yolunu azardı!” (2)
اللّهمّ لا تُبقِنی لمعضله لیس لها ابن ابی طالب
“Pərvərdigara! Əli ibn Əbi Talıbın olmadığı yerdə mənim üçün bir çətinlik qarşiya çıxartma!” (3)
لا ابقانی الله بارض لست فیها یا ابا الحسن
“Ey Əbəl-Həsən! Allah sənin olmadığın yerdə məni (çətinliklər qarşında) tək qoymasın!” (4)
اللّهمّ لا تنزل بی شدیده الاّ وابو حسن الى جنبی
“Pərvərdigara! Əli yanımda olmayan halda mənim üçün heç bir çətinlik yaratma!” (5)
کاد یهلک ابن الخطّاب لولا علیّ بن ابی طالب
“Əgər Əli ibn Əbi Talıb olmasaydı, Ömər həlak olardı!” (6)
اعوذ بالله من معضله لا علیّ به
“Əlinin olmadığı yerdə hər bir müşküldən Allaha pənah aparıram!” (7)
عجزت النساء ان تلدن مثل علیِّ بن ابی طالب ، لولا على لهلک عمر
“Qadınlar Əli ibn Əbi Talib kimi bir insanı dünyaya gətirməkdən acizdirlər! Əgər Əli olmasaydı, Ömər məhv olardı!” (8)
یا ابا الحسن ، انت لکلِّ معضله وشدّه تُدعى
“Ey Əli! Sən hər bir çətinliyin və müşkülün həll olunması üçün çağırılmışsan!” (9)
هل طفحت حرّه بمثله وابرعته
“Görəsən, azad bir qadın onun kimi bir övlad dünyaya gətirib tərbiyə etmişdirmi?!” (10)
هَیْهَاتَ هُنَاکَ شَجْنَهٌ مِنْ بَنِی هَاشِمٍ ، وَشَجْنَهٌ مِنَ الرَّسُولِ ، وَاثْرَهٌ مِنْ عِلْمٍ یُوتَى لَهَا وَلاَ یَاْتِی ، فِی بَیْتِهِ یُوْتَى الْحِکَم
“Heyhat! Bura (Əlinin evi) Bəni-Haşimdən olan bir şaxə, Peyğəmbərdən olan bir budaqdır, camaatın ehtiyac duyduqları və onun heç kimə ehtiyac duymadığı elmin əsərləri burdadır. Hikmət o evdən əldə olunur!” (11)
ابا حسن! لا ابقانی الله لشدّه لست لها ، ولا فی بلد لست فیه
“Ey Əli! Allah sənin iştirak etmədiyin bir çətinlikdə məni tək qoymasın və sənin olmadığının bir şəhərdə məni saxlamasın!” (12)
یابن ابی طالب! فما زلتَ کاشف کلّ شبهه ، وموضح کلِّ حکم
“Ey Əbu Talibin oğlu! Sən həmişə şübhələri aradan qaldıran, hər bir hökmün bəyan edənisən!” (13)
لولاک لافتضحنا
“Əgər sən olmasaydın, biz rüsvay olardıq!”(14)
لا ابقانى اللّه بعدک یا على
“Ya Əli! Allah səndən sonra məni sağ saxlamasın!” (15)
Həmçinin Ömər mühakimə, qəzavət və fətva verməklə əlaqədar çoxlu məsələlərdə sərgərdan qalmış və aşağıdakı sözləri etiraf etmişdir:
کُلُّ اَحَدٍ اَعْلَمُ مِنْ عُمَرَ
“Hamı Ömərdən biliklidir!” (16)
کُلُّ النّاَسِ اَفْقَهُ مِنْکَ یَا عُمَرُ
“Ey Ömər! Fiqh elmində hamı səndən biliklidir!” (17)
کُلُّ النَّاسِ اَفْقَهُ مِنْ عُمَرَ حَتَّى رَبّاَتِ الْحجَالِ
“Bütün insanlar, hətta hiclədə (pərdə arxasında) oturan qadınlar da Ömərdən artıq dərrakəlidir!” (18)
کُلُّ النَّاسِ اَفْقَهُ مِنْ عُمَرَ حَتَّى الْمُخَدَّرَاتِ فِى الْبُیُوتِ
“Bütün insanlar, hətta pərdə arxasında oturan qadınlar da Ömərdən fəqihdirlər!” (19)
کُلُّ النَّاسِ اَعْلَمُ مِنْکَ یَا عُمَرُ! “
Ey Ömər! Bütün insanlar səndən biliklidir!” (20)
کُلُّ وَاحِدٍ اَفْقَهُ مِنْکَ حَتَّى الْعَجَائِزِ یَا عُمَرُ!
“Ey Ömər! Hətta qoca qarılar belə, səndən biliklidir!” (21)
کُلُّ اَحَدٍ اَفْقَهُ مِنِّی
“Bütün insanlar məndən (fiqhdə) biliklidirlər!” (22)
Bu məsələlərə diqqət yetirməklə “Əl-vəşiə” kitabının müəllifinin sözünün dəyəri məlum olur. (23)
Şərh qeydə alınmayıb