Qısa cavab:
Məqalədə Şeyx Müfid, Şeyx Tusi, Fazil Miqdad, Əllamə Təbatəbai, Qazi Beyzavi Şafei, İbn Əbil-Hədid kimi sünni və şiə alimlərinin əsərlərində “ismət” sözünün mənasına toxunulmuşdur.
Ətraflı cavab:
1. Şeyx Müfid (r) yazır: “İsmət mutəal Allahın mükəlləf şəxs barəsində etdiyi bir növ lütf və mərhəmətdir. Bunun nəticəsində onun günaha düşməsinin və itaəti tərk etməsinin – bu iki işə qadir olmağına baxmayaraq – qeyri-mümkün olur.” (1)
2. Şeyx Tusi (r) yazır: “İsmət elə bir məsələdir ki, onun varlığı ilə mükəlləf şəxsin günah işlətməsi qeyri-mümkün olur, halbuki o günah iş görməkdə ixtiyar sahibidir...” (2)
3. Fazil Miqdad (r) yazır: “İsmət Allah-taalanın mükəlləf şəxs barəsində etdiyi lütf və mərhəmətdən ibarətdir. Belə ki, o lütf sayəsində heç bir amil insanı itaəti tərk etməyə, günah işlətməyə təhrik etmir – bu işlərə qüdrəti olmaqla eyni zamanda.” (3)
4. Əllamə Təbatəbai (r) yazır: “İsmət dedikdə məqsədimiz məsum insanın vücudunda qoyulan bir lütf və mərhəmətdir ki, onun caiz olmayan işlərə, o cümlədən xətalara, günahlara və s. düşməsinin qarşısını alır.” (4)
5. Qazi Beyzavi Şafei yazır: “İsmət nəfsani bir səciyyədir ki, insanın günah işlərə düşməsinin qarşısını alır. Bu da günahların ağır və acınacaqlı aqibəti ilə, itaətin isə fəziləti ilə bağlı məlumatlara əsaslanır.” (5)
6. İbn Əbil-Hədid yazır: “Nəzəriyyə sahiblərinin əksəriyyəti inanırlar ki, məsum şəxs günah iş görməkdə və itaəti tərk etməkdə imkan və ixtiyar sahibidir... Bizim mötəzilə alimlərimiz də inanırlar ki, ismət elə bir lütfdür ki, onun varlığı ilə mükəlləf şəxs öz ixtiyarı ilə çirkin işlərdən əl çəkir.” (6) (7)
Şərh qeydə alınmayıb