Qısa cavab:
Ayədə deyilir: İnsanları haqqa hidayət edən şəxs itaət olunmağa daha layiqdir. Bu o deməkdir ki, xalqı haqqa hidayət edən bir şəxsə itaət olunmalıdır.
Ətraflı cavab:
Allah-taala “Yunis” surəsinin 35-ci ayəsində buyurur:
اَفَمَنْ یَهْدی اِلَى الْحَقِّ اَحَقُّ اَنْ یُتَّبَعَ اَمَّنْ لا یَهِدِّی اِلاّ اَنْ یُهْدى فَما لَکُمْ کَیْفَ تَحْکُمُونَ
“İnsanları haqqa hidayət edən şəxs itaət olunmağa daha layiqdir, yoxsa özü hidayət olunmadan hidayət etməyən bir şəxs?! Sizə nə olmuşdur (ki, ağılsız və nadansınız,) necə belə mühakimə yürüdürsünüz?!” (1)
Bu ayədən aydın olur ki, xalqı haqqa hidayət edən bir şəxsə itaət olunmalıdır. O həmişə haqq ilə yanaşı olduğuna görə onu haqqa hidayət etməyənlərdən və ya səhv yola hidayət edənlərdən irəli salmaq lazımdır. Buna görə də Qurani-kərim müşriklərin əleyhinə bu əsasla sübut gətirir. Ayənin əvvəlində belə buyurulur:
قُلْ هَلْ مِنْ شُرَکائِکُمْ مَنْ یَهْدی اِلَى الْحَقِّ
“De: Allaha qoşduğunuz şəriklərin arasında elə birisi vardırmı ki, sizi haqqa doğru hidayət etsin?!”
Aydındır ki, onlar belə işin öhdəsindən gələ bilməzlər. Buna görə də Allah-taala bu sualın cavabında dərhal buyurur: “De, yalnız Allah insanları haqqa doğru hidayət edər.” (1) (2)
Şərh qeydə alınmayıb