Qısa cavab:
Həm əhli-sünnə həm də şiə mənbələrində bu məsələyə toxunan hədislərə rast gəlmək olar. Məsələn, Baqilani Peyğəmbərdən (s) belə nəql edir: “İmamət vəzifəsini insanların ən fəzilətlisi öhdəsinə almalıdır.”
Ətraflı cavab:
Əhli-sünnə və şiə hədislərinə müraciət etməklə aydın olur ki, imamın ümmət arasında ən üstün şəxs olmasına dair çoxlu təkidlər var.
a) Əhli-sünnət qaynaqlarında nəql olunan hədislər:
1. Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Bir şəxs daha üstün bir şəxsin varlığını bilə-bilə başqa birisini on nəfərə rəhbər qərar versə, Allahı, onun Rəsulunu və həmin müsəlman camaatı aldatmış olur.” (1)
2. Əhməd ibn Hənbəl öz sənədi ilə İbn Abbasdan belə rəvayət edir: “Hər kəs bir nəfəri müəyyən bir dəstə insanlara rəhbər qərar versə və bununla eyni zamanda onların arasına Allahın razılığına daha artıq layiq görülən bir şəxsin olduğunu bilsə, Allaha, Peyğəmbərə və möminlərə xəyanət etmişdir.” (2)
3. Baqilani bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in belə buyurduğunu nəql edir: “İmamət vəzifəsini insanların ən fəzilətlisi öhdəsinə almalıdır.” (3)
b) Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan hədislər
İmam Rza (əleyhis-salam) uzun bir hədisdə buyurur:
انّ الانبیآء و الائمه یوفّقهم اللّه و یوتیهم من مخزون علمه و حکمه ما لا یوتیه غیرهم فیکون علمهم فوق کّل علم اهل زمانهم فى قوله ـ عزوجل ـ اَ فَمَنْ یَهْدی اِلَى الْحَقِّ
“Həqiqətən, Allah peyğəmbərlərə və imamlara müvəffəqiyyət verir və özünün elm və hikmət xəzinələrindən başqalarına vermədiyi bir məqamı onlara bəxş edir. Deməli, onların elmi öz dövrlərində yaşayanların elmindən yüksəkdədir. Bu məsələ Allahın buyurduğu bu ayədə öz əksini tapır: اَ فَمَنْ یَهْدی اِلَى الْحَقِّ... “Haqqa doğru hidayət edən şəxs itaət olunmağa daha layiqdir, yoxsa... ?!”
İmam Baqir (əleyhis-salam) buyurur:
جَعَلَهُمُ اللّهُ عَزَّوَجلَّ اَرکانَ الاَْرضِ انْ تَمیدَ بِاَهْلِها وَ عُمُدَ الاِسْلامِ وَ رابِطَهً عَلى سَبیل هُداهُ...
“Allah-taala imamları yerin sütunları qərar vermişdir ki, insanlar iztiraba düşməsinlər; onları İslamın sütunları və öz yoluna doğru hidayət vasitələri qərar vermişdir. Belə ki, onların hidayəti olmadan heç bir şəxs hidayət olunmaz.” (6)
Əhli-sünnə və şiə hədislərinə müraciət etməklə aydın olur ki, imamın ümmət arasında ən üstün şəxs olmasına dair çoxlu təkidlər var.
a) Əhli-sünnət qaynaqlarında nəql olunan hədislər:
1. Peyğəmbər (səlləllahu əleyhi və səlləm) buyurdu: “Bir şəxs daha üstün bir şəxsin varlığını bilə-bilə başqa birisini on nəfərə rəhbər qərar versə, Allahı, onun Rəsulunu və həmin müsəlman camaatı aldatmış olur.” (1)
2. Əhməd ibn Hənbəl öz sənədi ilə İbn Abbasdan belə rəvayət edir: “Hər kəs bir nəfəri müəyyən bir dəstə insanlara rəhbər qərar versə və bununla eyni zamanda onların arasına Allahın razılığına daha artıq layiq görülən bir şəxsin olduğunu bilsə, Allaha, Peyğəmbərə və möminlərə xəyanət etmişdir.” (2)
3. Baqilani bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-in belə buyurduğunu nəql edir: “İmamət vəzifəsini insanların ən fəzilətlisi öhdəsinə almalıdır.” (3)
b) Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan hədislər
İmam Rza (əleyhis-salam) uzun bir hədisdə buyurur:
انّ الانبیآء و الائمه یوفّقهم اللّه و یوتیهم من مخزون علمه و حکمه ما لا یوتیه غیرهم فیکون علمهم فوق کّل علم اهل زمانهم فى قوله ـ عزوجل ـ اَ فَمَنْ یَهْدی اِلَى الْحَقِّ
“Həqiqətən, Allah peyğəmbərlərə və imamlara müvəffəqiyyət verir və özünün elm və hikmət xəzinələrindən başqalarına vermədiyi bir məqamı onlara bəxş edir. Deməli, onların elmi öz dövrlərində yaşayanların elmindən yüksəkdədir. Bu məsələ Allahın buyurduğu bu ayədə öz əksini tapır: اَ فَمَنْ یَهْدی اِلَى الْحَقِّ... “Haqqa doğru hidayət edən şəxs itaət olunmağa daha layiqdir, yoxsa... ?!”
İmam Baqir (əleyhis-salam) buyurur:
جَعَلَهُمُ اللّهُ عَزَّوَجلَّ اَرکانَ الاَْرضِ انْ تَمیدَ بِاَهْلِها وَ عُمُدَ الاِسْلامِ وَ رابِطَهً عَلى سَبیل هُداهُ...
Şərh qeydə alınmayıb