Qısa cavab:
Peyğəmbərin əhli-beytindən və yaxınlarından söz açan bir neçə ayədə bunu görmək olar. Məsələn, Allah-taala Öz peyğəmbərinə xitab edərək buyurur: "Camaata de ki, mən sizdən ən yaxın qohum-əqrəbama qarşı məhəbbətdən başqa heç bir şey istəmirəm":
Ətraflı cavab:
Quran ayələrindən aydın olur ki, Peyğəmbərin (s) övladları Allahın xüsusi inayət və mərhəmətinə layiq görülmüş və buna görə də onlar nübuvvət, imamət və canişinlik məqamına seçilmişlər. Burada o ayələrdən bəzisini qeyd edirik:
1. Məhəmməd peyğəmbər (s) öz peyğəmbərliyinin ilk günlərində Allah tərəfindən fərman almışdı ki, təbliğini ən yaxın qohum-əqrəbalarından başlasın:
وَاَنْذِرْ عَشِیرَتَکَ الاَْقْرَبِینَ
“Ən yaxın qohum-əqrəbanı qorxut və xəbərdarlıq et!” (1)
2. Mütəal Allah təkvini cəhətdən Peyğəmbər Əhli-beytinin hər növ (zahiri və batini) aludəliklərdən pak-pakizə olmasını istəmişdir:
اِنَّما یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ اَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیراً
“Həqiqətən Allah istəmişdir ki, yalnız siz Əhli-beytdən zahiri və batini çirkinlikləri aparıb sizi pak pakizə qərar versin.” (2)
3. Allah-taala peyğəmbərin Əhli-beytinə elə yüksək qabiliyyət vermişdir ki, onlar mübahilə (nifrin etmə) mərasimində iştirak edə bilərdilər:
فَمَنْ حَاجَّکَ فِیهِ مِنْ بَعْدِ ما جآءَکَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ اَبْنآءَنا وَاَبْنآءَکُمْ وَنِسآءَنا وَنِسآءَکُمْ وَاَنْفُسَنا وَاَنْفُسَکُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللهِ عَلَى الْکاذِبِینَ
“Əgər (Məsih barəsində) sənə gələn elm və agahlıqdan sonra (yenə də) müəyyən şəxslər səninlə münaqişəyə başlasalar, onlara de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq.” (3)
4. Allah-taala Öz Rəsuluna xitab edərək buyurur: "Camaata de ki, mən sizdən ən yaxın qohum-əqrəbama qarşı məhəbbətdən başqa heç bir şey istəmirəm":
قُلْ لا اَسْئَلُکُمْ عَلَیْهِ اَجْراً اِلاَّ الْمَوَدَّهَ فِی الْقُرْبى
“De: Mən öz risalətim müqabilində sizdən ən yaxın adamlarıma (Əhli-beytimə) məhəbbətdən başqa heç bir şey istəmirəm.” (4)
5. Həmçinin, Peyğəmbərə əmr edilir ki, namaz barəsində öz Əhli-beytinə xüsusi tövsiyələr versin:
وَاْمُرْ اَهْلَکَ بِالصَّلاهِ وَاصْطَبِرْ عَلَیْها
Şərh qeydə alınmayıb