Qısa cavab:
Quran ayələrindən başa düşmək olur ki, canişinlər Allah tərəfindən təyin olunur. Misal üçün ayədə Allah İbrahimə (ə) buyurdu: “Mən səni insanlara imam və rəhbər təyin etdim.”
Ətraflı cavab:
Quran ayələrinə nəzər salmaqla başa düşmək olar ki, Peyğəmbərin canişini Allah tərəfindən təyin edilir. Burada həmin ayələrdən bəzilərini qeyd edirik:
1.
وَاجْعَلْ لِی وَزِیراً مِنْ اَهْلِی * هارُونَ اَخِی * اُشْدُدْ بِهِ اَزْرِی * وَاَشْرِکْهُ فِی اَمْرِی * کَیْ نُسَبِّحَکَ کَثِیراً * وَنَذْکُرَکَ کَثِیراً * اِنَّکَ کُنْتَ بِنا بَصِیراً * قالَ قَدْ اُوتِیتَ سُوْلَکَ یا مُوسى
“İbrahim dedi: “Öz ailəmdən mənim üçün bir vəzir (köməkçi) qərar ver – qardaşım Harunu. Onunla arxamı möhkəmlət, onu işlərimdə şərikim et. Ta ki, səni pak sifətlərlə çox mədh edək. Səni çoxlu yad edək. Çünki Sən həmişə bizim halımızdan agah və bizim vəziyyətimizi görənsən.” (Allah) buyurdu: “Ey Musa! istədiklərin hamısı sənə verildi.”” (1)
“Ailəmdən mənim üçün bir vəzir (köməkçi) qərar ver” ifadəsinə diqqət yetirək. Həzrət Musa (əleyhis-salam) Allahdan istəyir ki, qardaşı Harunu onun canişini qərar versin. Allah da onun istəyini qəbul edir. Bu göstərir ki, peyğəmbərlərin vəzirlik və canişinlik məqamı Allah tərəfindən təyin edilən ilahi bir məsələdir.
2.
وَاِذِ ابْتَلى اِبْراهِیمَ رَبُّهُ بِکَلِمات فَاَتَمَّهُنَّ قالَ اِنِّی جاعِلُکَ لِلنّاسِ اِماماً قالَ وَمِنْ ذُرِّیَّتِی قالَ لا یَنالُ عَهْدِی الظّالِمِینَ
“(Xatırla) o zaman ki, Pərvərdigarı İbrahimi müxtəlif vasitələrlə imtahana çəkdi və o, bu imtahanları kamil şəkildə yerinə yetirdiyi zaman Allah buyurdu: “Mən səni insanlara imam və rəhbər təyin etdim.” (2) İbrahim dedi: “Mənim övladlarımdan da (imam qərar verəcəksən?)” Allah buyurdu: “Mənim əhd-peymanım zalımlara çatmaz. (Yalnız layiqli olanlara çatar.)” (3)
“Mən səni insanlara imam və rəhbər təyin etdim” cümləsindən aydın olur ki, imam Allah tərəfindən təyin olunmalıdır. Çünki onu Allah-taala şəxsən özü insanların rəhbəri qərar vermişdir. İnsanlara da vacibdir ki, həyatlarının bütün sahələrində ona tabe olsunlar.
3.
فَفَهَّمْنها سُلَیْمانَ وَ کُلاّ ءاتَیْنا حُکْماً وَ عِلْماً وَ سَخَّرْنَا مَعَ داوُدَ الْجِبَالَ یُسَبِّحْنَ وَ الطَّیْرَ وَ کُنّا فاعِلینَ
“Biz (həqiqi hökmü) Süleymana başa saldıq. Onların hər birinə mühakimə yürütmək ləyaqəti və çoxlu elm verdik. Dağları və quşları Davudun ixtiyarına keçirtdik ki, onunla birlikdə (Allaha) təsbih desinlər. Biz bu işə qadir idik.” (3)
Bu ayə də göstərilir ki, hikmət və elmi Süleymanla Davuda bəxş edən yalnız Allahdır. Bütün bunlar insanlara elm və hikmət əsasında rəhbərlik etmək və onları düz yola hidayət etmək üçün idi.
4. Mütəal Allah Həzrət Yusifin Yəqubun canişini seçilməsi, eləcə də Bəni-İsrailə peyğəmbər olması ilə əlaqədar buyurur:
وَکَذلِکَ یَجْتَبِیکَ رَبُّکَ وَیُعَلِّمُکَ مِنْ تَاْوِیلِ الاَْحادِیثِ وَیُتِمُّ نِعْمَتَهُ عَلَیْکَ وَعَلى آلِ یَعْقُوبَ کَما اَتَمَّها عَلى اَبَوَیْکَ مِنْ قَبْلُ اِبْراهِیمَ وَاِسْحاقَ اِنَّ رَبَّکَ عَلِیمٌ حَکِیمٌ
“Beləcə Pərvərdigarın səni seçəcək, yuxuların yozumunu sənə öyrədəcək və nemətini sənə və Yəqub övladlarına tamam və kamal edəcək. Necə ki, bundan əvvəl ata-babaların olan İbrahim və İshaqa tamam etmişdi. Şübhəsiz, sənin Pərvərdigarın bilikli (elmli) və hikmət sahibidir.” (4)
5.
وَ جَعَلْناهُمْ اَئِمَّهً یَهْدُونَ بِاَمْرِنا وَ اَوْحَیْنآ اِلِیْهِمْ فِعْلَ الْخَیْراتِ وَ اِقامَ الصَّلَوهِ وَ اِیتآءَ الزَّکَوهِ وَ کَانُوا لَنَا عَابِدینَ
“Biz onları elə imamlar qərar verdik ki, insanları Bizim əmrimizlə hidayət edirdilər. Və yaxşı işləri görməyi, namaz qılıb zəkat verməyi onlara vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.” (5)
“Biz onları elə imamlar qərar verdik...” ibarəsindən aydın olur ki, bu rəhbərlər yalnız Allah tərəfindən insanları haqqa-həqiqətə, ilahi göstərişlərə doğru hidayət etmək üçün təyin olunurlar. (6)
Şərh qeydə alınmayıb