Qısa cavab:
Həzrəti Adəmdən Həzrət Məhəmməd peyğəmbərin (s) tarixinə qədər – nəzər salsaq, başa düşərik ki, peyğəmbərlərin hər birinin bir və ya bir neçə canişini olmuşdur. Məsələn, Həzrəti Adəmin canişini Şeys, Nuhun canişini Sam, İbrahimin canişini oğlu İsmayıl, زSüleyman olmuşdur.
Ətraflı cavab:
İlahi peyğəmbərlərin tarixinə – Həzrəti Adəmdən Həzrət Məhəmməd peyğəmbərin (s) tarixinə qədər – nəzər salsaq, başa düşərik ki, peyğəmbərlərin hər birinin bir və ya bir neçə canişini olmuşdur. Həmin canişinlər də onların nəslindən olmuşlar. Burada ixtisarla onların bir neçəsinə işarə edirik:
1. Həzrəti Adəmin canişini Şeys
a) Məsudi yazır: “Həvva Şeysə hamilə olan zaman alnında nur parlamağa başladı. Şeysi dünyaya gətirdiyi zaman həmin nur ona keçdi. Şeys böyüyüb kamil olduğu zaman Adəm vəsiyyət edərək bildirdi ki, özündən sonra Allahın höccətti və Allahın yer üzündəki xəlifəsi o olacaqdır.” (1)
b) Yəqubi yazır: “Adəmin vəfatı çatan zaman övladı Şeysi və sair övladlarını bir yerə topladı, onları salamlayıb xeyir-dua etdi və Şeysin canişin olması ilə bağlı vəsiyyətini açıqladı... Ona əmr etdi ki, övladları arasında onun canişini olsun. Onları ilahi təqvaya, Allaha layiqincə ibadət etməyə çağırdı, Qabil və onun övladları ilə qaynayıb-qarışmaqdan çəkindirdi.” (2)
Başqa mənbədə yazır: “Adəmin ölümündən sonra Şeys öz vəzifəsini yerinə yetirməyə başladı. O öz qövmünü ilahi təqvaya səslədi və saleh əməllər görməyə əmr etdi.” (3)
2. Nuhun canişini Sam
İbn Əsir yazır: “(Nuh) övladları içərisində yaşca ən böyük övladı olan Samın özündən sonra canişin olmasını vəsiyyət etdi.” (4)
Məsudi yazır: “Allah-taala Nuhun övladı Sam üçün rəyasət məqamı və asimandan göndərilən kitabları qərar verdi.” (5)
Yəqubi yazır: “Nuhun övladı Sam atasının vəfatından sonra Allaha ibadət və itaətlə məşğul oldu... Vəfatı çatan zaman canişinliyi öz övladı Ərfəxəşdə vəsiyyət etdi.” (6)
3. İbrahimin öz oğlu İsmayıla vəsiyyəti
Yəqubi yazır: “Həzrət İbrahim Məkkədən köçmək istəyən zaman oğlu İsmayıla vəsiyyət etdi ki, Beytullahil-Həramın qonşuluğunda yaşasın, həcc mərasimini və zəvvarların görməli olduqları ayinləri təşkil etsin. Ona xəbər verdi ki, Allah-taala onların sayını artıracaq və nəslini səmərəli edəcək, övladlarına xeyir-bərəkət bəxş edəcəkdir.” (7)
İsmayılın vəfatı yaxınlaşan zaman qardaşı İshaqın canişin olmasını vəsiyyət etdi. Bu minvalla vəsiyyət atadan övladlara ya da qardaşa, yaxud ailə üzvlərindən birinə keçirdi.
4. Davudun Süleymanla bağlı vəsiyyəti
Həzrət Davud (əleyhis-salam) öz oğlu Süleymanın öz canişini olmasını vəsiyyət edərək buyurdu: “Mən bütün yer əhlinin yolu ilə hərəkət edirəm... Belə isə, Pərvərdigarın vəsiyyətlərinə əməl et, Onun Tövratda gələn əhd-peymanları və vəsiyyətlərinə sadiq qal.” (8)
Mütəal Allah bu barədə buyurur:
وَلَقَدْ آتَیْنا داوُدَ وَسُلَیْمانَ عِلْماً وَقالاَ الْحَمْدُ للهِِ الَّذِی فَضَّلَنا عَلى کَثِیر مِنْ عِبادِهِ الْمُوْمِنِینَ * وَوَرِثَ سُلَیْمانُ داوُدَ...
Şərh qeydə alınmayıb