Qısa cavab:
Vəhyin qaynağı aktiv (fəal) ağıldır. Onlar peyğəmbərlərin aktiv ağılla yaxın əlaqəsinin olduğunu, ondan ilham aldıqlarını desələr də, lakin bu iddianı təsdiq edəcək hər hansı bir arqument göstərməyiblər.
Bəzi müasir filosofların etiqadına əsasən isə, vəhy şüuraltı zehnin təzahürü, yaxud aləmin rəmzli həqiqətləri ilə rabitədir, hansı ki bəzən daxili potensialdan doğur, bəzən riyazət, bəzən də digər səylər nəticəsində yaranır. Ancaq bu iki nəzəriyyə Qurandan istifadə edilən məna ilə uyğun deyil.
Ətraflı cavab:
Qədim və müasir də daxil olmaqla bir çox şərq və qərb filosofları səy göstərib vəhyin əsrarəngiz dünyasına yol tapmağa və onu öz fəlsəfi prinsiplərinə uyğun yozmağa çalışıblar. Lakin onların bəhslərinin nəticəsini mütaliə etdikdə aydın olur ki, əksəriyyəti yanlışlığa düçar olub, yaxud doğru istiqamətdə addımlasalar da, yalnız əsrarəngiz bir aləmin kölgəsi, qaraltısı ilə qarşılaşıblar.
Alimlərdən biri yazır: Qərb filosofları XVI əsrə qədər digər insanlar kimi vəhyə inanırdılar, çünki kitabları peyğəmbərlərin xəbərləri ilə dolu idi. Elə ki, yeni elmlər (təbiət və təcrübi elmlər (empirik)) çiçəklənməyə başladı, bütün məsələlər maddə mehvəri ətrafında dönməyə başladı, qərb fəlsəfəsi vəhyi kökündən inkar etdi və bir qayda olaraq, onu xurafat, qədim əfsanə saydılar. Ardınca da, tanrını, ruhu, metafizik aləmi inkar etdilər. İş o yerə çatdı ki, vəhyi insan təxəyyülü və ya psixoloji xəstəlik kimi yozmağa çalışdılar!
Bu proses XIX əsrin əvvəllərinə kimi davam etdi. Nəhayət, təcrübə və elm yolu ilə ruh dünyası onlara aydın oldu. Yenə də onlar üçün metafizik aləm təcrübi məsələlər sırasında qərarlaşdı. Bu xüsusda yüzlərlə, bəlkə də minlərlə kitab və məqalə qələmə aldılar (1).
Bundan sonra vəhy məsələsi yeni forma aldı. Onlar vəhyin həqiqətinə din ardıcıllarının, xüsusilə müsəlmanların Qurana əsaslanaraq irəli sürdüyü şəkildə varmasalar da, bu xüsusda önəmli addımlar atdılar. (2)
Ümumiyyətlə, vəhy fenomeninin əsaslandırılması üçün qədim və müasir filosoflar arasında iki fərqli nəzəriyyə mövcuddur, hansı ki heç biri Qurandan istifadə edilən məna ilə üst-üstə düşmür.
1. Qədim filosofların bir qrupu bu barədə belə yazır:
“Vəhyin qaynağı aktiv ağıldır. Aktiv ağıl bütün elm və bilgilərin qaynağıdır və bizim varlığımızdan müstəqil və metafizik bir varlıqdır. Onların fikrincə peyğəmbərlərin aktiv ağılla yaxın əlaqələri olub və ondan ilham alıblar. Vəhy də aktiv ağılla əlaqədən başqa bir şey deyil”.
Lakin onlar bu iddianı təsdiq edəcək hər hansı bir arqument göstərməyiblər.
Ayrıca, fəlsəfi bəhslərdə deyildiyi kimi müstəqil elm və bilgi qaynağı kimi qeyd edilən aktiv ağlın varlığına dair əllərində hər hansı bir dəlil yoxdur.
Bu tərtiblə yuxarıdakı nəzəriyyə bir ehtimaldır, başqa bir fərziyyəyə əsaslanan bir ehtimal. Bu iki fərziyyənin heç biri sübuta yetməyib.
Bir qayda olaraq, belə əsaslandırmala əl atmağımıza bizi nə məcbur edir? Vəhy barədə bunu demək kifayətdir ki, o, metafizik aləmlə, Pərvərdigarın müqəddəs zatı ilə rabitədir. Amma necə? Hansı keyfiyyətdə? Burası bizə məlum deyil. Biz onun mahiyyətindən xəbərdar olmadan təkcə əsərlərini, nişanələrini görür, mövcudluğunu anlayırıq. Aləmdə bu qəbildən olan həqiqətlər yetərincədir.
2. Bəzi müasir filosofların etiqadına əsasən, vəhy şüuraltı zehnin təzahürü, yaxud aləmin rəmzli həqiqətləri ilə rabitədir, hansı ki bəzən daxili potensialdan doğur, bəzən riyazət, bəzən də digər səylər nəticəsində yaranır. Müasir psixoloqlar insanın iki şəxsiyyətli olduğunu deyirlər: Birincisi, zahiri və bilgi altında olan şəxsiyyət. Hansı ki adi hisslərdən doğan idrak, təfəkkür və məlumat mexanizmidir.
Digəri isə bəzən gizli vicdan və ya şüuraltı da deyilən gözəgörünməz, bilgi xaricində şəxsiyyət. Onu bir çox psixoloji, ruhi məsələlərin həlli amili sayırlar. Onların etiqadına görə insanın ikinci şəxsiyyətinin nüfuz və fəaliyyət sahəsi birinci və zahiri şəxsiyyətinin nüfuz və fəaliyyət sahəsindən qat-qat çoxdur.
Məşhur psixoloqlardan biri bu xüsusda belə yazır:
“Biz şüurlu şüuru suda üzən aysberq parçasına bənzədə bilərik, hansı ki adətən, onun 10 faizi sudan çöldə qalır, qalan 90 faizi isə suyun altındadır. Aysberqin görünən tərəfi şəxsiyyətimizin bilgimiz altında olan hissəsidir. Şüursuz şüuraltımız zehnimizin digər bir fəaliyyət sahəsidir və biz onun varlığından xəbərsizik, ixtiyarı da əlimizdə deyil. Belə ki, insan şəxsiyyətinin böyük bir hissəsini təşkil edir və suyun altında qalan aysberqin 90 faiz görünməyən tərəfi mislidir”. (
Şərh qeydə alınmayıb