Qısa cavab:
“Elm verilmiş kəslər Rəbləri tərəfindən nazil olana iman gətirirlər”. Habelə, Allah-taala “Ali-İmran” surəsində elmlə imanın möhkəm əlaqəsinə gözəl şəkildə aydınlıq gətirərək, belə buyurur: “Elm və məlumatı daha çox olanların təslimçiliyi və imanı da çoxdur”. Əlbəttə, elmin imanı formalaşdırmaqdan əlavə, mətanət və dönməzlik kimi səmərələri də vardır.
Ətraflı cavab:
Elm imanın qaynağıdır, onunla möhkəm bağlılığı var. Qurani-kərim bir çox ayədə bu barədə buyurur:
"وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ" (1)
“Elm verilmiş şəxslər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu və onun qüdrətli, tərifəlayiq Allahın yoluna hidayət etdiyini görürlər (bilirlər)”.
قُلْ آمِنُوا بِهِ أَوْ لَا تُؤْمِنُوا إِنَّ الَّذِينَ أُوتُوا الْعِلْمَ مِنْ قَبْلِهِ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًا وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًا (2)
“De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, (ayələr) oxunduğu zaman üzüstə səcdəyə qapanır və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər”.
فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَىٰ (3)
“Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” – deyib səcdəyə qapandılar”.
"وَلِيَعْلَمَ الَّذِينَ أُوتُوا الْعِلْمَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ فَيُؤْمِنُوا بِهِ فَتُخْبِتَ لَهُ قُلُوبُهُمْ" (4)
“Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun”.
وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ (5).
“(Quran ayələrinin sirlərinin ardınca olanlar) Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıl sahibləri dərk edərlər.”. Bu ayə elmlə imanın möhkəm əlaqəsinə gözəl şəkildə aydınlıq gətirir və deyir ki, elm və mərifəti (biliyi) daha çox olanların iman və təslimçiliyi də artıqdır (6).
Bütün bu ayələr göstərir ki, imanın önəmli qaynaqlarından biri bilik və elmdir. Elmdən qaynaqlanan iman dərin və əsaslı olacaqdır.
Firon dövrünün sehirbazları əhvalatında deyilir: Firon elə ki, sehirbazların sehirdən xəbərdar olduqlarına görə Musanın (ə) əməlinin möcüzə olduğunu anlayıb ona iman gətirdiklərini gördü, onları hədələyib dedi: Mənim icazəm olmadan, niyə ona iman gətirdiniz? – Hegemonlar görə, xalqın düşüncəsi və qəlbdəki imanı da onların icazəsi ilə olmalıdır! – İndi ki, belə etdiniz, əl-ayağınızı çarpaz kəsib ağacların başından asacağam.
Lakin sehirbazlar o qədər mətin idilər ki, cavabında dedilər: İstədiyini elə! And olsun bizi yaradan Allaha, səni əsla bizə çatan aşkar dəlillərdən önə salmayacağıq. Nəhayət, Firon hədəsini həyata keçirdi. Onları şəhid etdi. Onlar da, bu yolda aşiqanə səbir göstərdilər, şəhadət şərbətini nuş canlıqla içdilər (7).
Böyük təfsirçi mərhum Təbərsi onlar barəsində yazır:
“کانُوا اوَّلَ النَّهارِ کُفّاراً سَحَرهً، و آخِرَ النَّهارِ شُهَداءَ بَررَه”
“Günün əvvəlində onlar kafir və sehirbaz olsalar da, həmin günün sonunda üstün şəhidə çevrildilər (8).
Bu minvalla, elm imanı yaratmaqla qalmır, mətinlik və dönməzlik kimi səmərə də verir (9), (10), (11).
Şərh qeydə alınmayıb