Qısa cavab:
“Hər bir bəndənin qəlbində nurlu bir yer vardır. İnsan günah etdiyi zaman həmin yerə qara bir nöqtə düşür. Tövbə etdiyi təqdirdə o qara nöqtə silinər, əks təqdirdə təkrar-təkrar günah iş görsə, qara nöqtə artar və nəticədə nurlu yeri tamamilə örtər. Bundan sonra o şəxs əlsa xeyir və yaxşılığa qayıtmaz...”.
Ətraflı cavab:
İslam hədisləri baxımından insan əxlaqının formalaşmasında onun əməlləri, xüsusilə günahları mühüm rol oynayır. Bu mətləbə işarə edən hədislər aşağıdakılardır:
1.Bir hədisdə İmam Baqir (ə) buyurur:
“ما مِنْ عَبْد اِلاّ وَ فى قَلْبِهِ نُکْتَهٌ بَیْضاء فَاِذا اَذْنَبَ ذَنْباً خَرَجَ فِى النُّکْتَهِ نُکْتَهٌ سَوْداءٌ فَاِنْ تابَ ذَهَبَ ذلِکَ السَّوادُ، وَ اِنْ تَمادَى فِى الذُّنُوبِ زادَ ذلِکَ السَّوادُ حتَّى یُغَطِّى الْبَیاَضَ، فَاِذا غَطَّى الْبَیاضَ لَمْ یَرْجِعْ صاحِبُهُ اِلى خَیْر اَبَداً، وَ هُوَ قَوْلُ اللّهِ عزَّوَجَلَّ: «کَلاّ بَلْ رانَ عَلَى قُلُوبِهِمْ ما کانُوا یَکْسِبُونَ”
“Hər bir bəndənin qəlbində nurlu bir yer vardır (və onunla həqiqətləri dərk edir, onu səadət və fəzilətə səsləyir). İnsan günah etdiyi zaman həmin yerə qara bir nöqtə düşür. Tövbə etdiyi təqdirdə o qara nöqtə silinər, əks təqdirdə təkrar-təkrar günah iş görsə, qara nöqtə artar və nəticədə nurlu yeri tamamilə örtər. Bundan sonra o şəxs əlsa xeyr və yaxşılığa qayıtmaz. Bu elə Allahın buyurduğudur: “Onların düşündüyü kimi deyil, əksinə əməlləri bir pas kimi qəlblərinə hopmuşdur””. (1)
Bu hədislər günah qalağının rəzilətə, fəzilətdən uzaqlığa səbəb olduğunu gözəl surətdə göstərir. Belə ki, günahın çoxluğu nəticəsində ruh tamamilə qaralır, arxadakı körpülər dağılır və qayıdış yolu olmur.
2.Əmirəl-möminin Əlinin (ə) oğlu İmam Həsənə (ə) buyurduğu məşhur vəsiyyətnamədə qeyd edilir:
“اِنَّ الْخَیْرَ عادَهٌ”
“Həqiqətən yaxşılıq bir adətdir”. (2)
Eyni məzmun “Kənzul-ummal” kitabında Peyğəmbərdən (s) nəql olunur. Həzrət buyurur:
“اَلْخَیْرُ عادَهٌ وَ الشَّرُّ لَجاجَهٌ”
“Xeyir adətdir və şər inadkarlıq”. (3)
Yenə həmin məna başqa bir formada İmam Səccad Əli ibn Hüseynin (ə) kəlamlarında gözə dəyir.
Həzrət (ə) buyurur:
“اُحِبُّ لِمَنْ عَوَّدَ مِنْکُمْ نَفْسَهُ عادَهً مِنَ الْخَیْرِ اَنْ یَدُومَ عَلَیْها”
“Sizlərdən birinin yaxşılığa adət etdikdən sonra, bunu davam etdirməsini xoşlayıram”. (4)
Qeyd edilən hədislərdən belə qənaətə gəlmək olar ki, yaxşı və pisliyindən asılı olmayaraq, işin təkrar-təkrar görülməsi nəfsdə yaxşı və ya pis adətin yaranmasına gətirib çıxarır. Başqa sözlə, təkrar işlərdən xasiyyət və xüsusiyyət yaranır, gələcəkdə də oxşar əməllərin qaynağına çevrilir. Nəticədə, yaxşı və pis iş, yaxşı və pis əxlaqın yaranmasında təsir qoyur. Eləcə də, yaxşı və pis əxlaq, yaxşı və pis işin meydana gəlməsində təsirlidir (qarşılıqlı təsir).
3.Əmirəl-möminin Əlinin (ə) oğlu İmam Həsənə (ə) buyurduğu vəsiyyətnamənin digər bir yerində belə qeyd edilir:
“وَعَوِّدْ نَفْسَکَ التَّصَبُّرَ عَلَى الْمَکْروُهِ، وَ نِعْمَ الْخُلُقُ اَلتَّصَبُّرُ فِى الْحَقِّ”
“Çətinliklər qarşısında özünü dözümlülüyə alışdır! Haqq yolda dözümlülük necə də gözəldir!”. (5)
Burada da təkrar əməlin bəhrəsi olan adətin dözümlülük və səbir səciyyəsi ilə rabitəsi aydın olur.
4.Tövbəyə dair bir çox hədislərdə gəlib ki, tövbəni günahdan önə salmaq və “təsvif”, yəni onu geçikdirməkdən çəkinmək lazımdır (Olmaya, günah qəlbdə qalıb bir müddət sonra xasiyyətə çevrilsin).
İmam Cavad (ə) buyurur:
“تاخیرُ التَّوبَهِ اِغْتِرارٌ، وَ طُولُ التَّسْوِیفِ حَیْرَهٌ ... وَ الاِصْرارُ عَلَى الذَّنبِ اَمْنٌ لِمَکْرِ اللّهِ”
“Tövbəni təxirə salmaq aldanmaq və qəflətə, vaxtını uzatmaq heyrətə, günaha israr ilahi cəzalara etinasızlığa səbəb olar”. (6)
Başqa bir maraqlı ibarə Həzrət Peyğəmbərin (s) tövbə barəsindəki bir hədisində gözə dəyir. Həzrət (s) belə buyurur:
“مَنْ تاب، تابَ اللّهُ عَلَیهِ وَ اُمِرَتْ جَوارِحُهُ انْ تَسْتُرَ عَلَیهِ، وَ بِقاعُ الاَرْضِ اَنْ تَکتُمَ عَلَیهِ وَ اُنْسِیَتِ الْحَفَظَهُ ما کانَتْ تَکْتُبُ عَلَیْهِ”
“Hər kim tövbə edib Allaha doğru dönsə, Allah da ona sarı dönər. Bəndənin bədən üzvlərinə, (günaha bulaşdığı) müxtəlif məkanlara və əməli qeydə alan mələklərə əmr edər ki, yazdıqları günahları unutsunlar”. (7)
Bu ifadədən tövbənin günahın izini təmizlədiyi və insanı il
Şərh qeydə alınmayıb