Qısa cavab:
Başqasına tabe olmaq dörd haldan xaric deyil: cahilin alimə təqlidi, alimin alimə təqlidi, alimin cahilə təqlidi və cahilin cahilə təqlidi. Bunlardan yalnız birinci halın məntiqli və bəyənilən olması məlum məsələdir. Bir qayda olaraq, ixtisaslı məsələlərdə insanların həyat mehvərini belə ağlabatan və məntiqli tabeçiliklər təşkil edir.
Şəri hakimə təqlid və tabeçilik də bu qaydadan istisna deyil.
Şəri hakimə təqlid və tabeçilik də bu qaydadan istisna deyil.
Ətraflı cavab:
Ölü və ya diri, şəxs və ya qrup olmasından asılı olmayaraq, başqalarına təqlid və tabeçilik dörd haldan xaric deyil:
1. Cahilin alimə təqlidi: yəni savadı olmayanın müəyyən fənn üzrə mütəxəssisə, eləcə də tibbi bilməyənlərin şəfqətli və savadlı həkimə müraciəti;
2. Alimin alilmə təqlidi: yəni fənn üzrə mütəxəssislərin bir-birinə müraciəti, bəzilərinin bəzilərinə tabeçiliyi;
3. Alimin cahilə təqlidi: bir savadlı insanın öz elmini boşlayıb, kor-koranə cahillərin dalınca düşməsi;
4. Cahilin cahilə təqlidi: bir dəstə nadanın heç bir əsas olmadan əqidəvi adət-ənənələri seçməsi və digər nadan dəstənin kor-koranə onlara tabe olması. Yalançı etiqad və yanlış ənənələrin bir dəstədən digər dəstəyə ötürülməsinin başlıca amili bu qismə daxildir. Quranın ən çox məzəmməti də bunadır.
1. Cahilin alimə təqlidi: yəni savadı olmayanın müəyyən fənn üzrə mütəxəssisə, eləcə də tibbi bilməyənlərin şəfqətli və savadlı həkimə müraciəti;
2. Alimin alilmə təqlidi: yəni fənn üzrə mütəxəssislərin bir-birinə müraciəti, bəzilərinin bəzilərinə tabeçiliyi;
3. Alimin cahilə təqlidi: bir savadlı insanın öz elmini boşlayıb, kor-koranə cahillərin dalınca düşməsi;
4. Cahilin cahilə təqlidi: bir dəstə nadanın heç bir əsas olmadan əqidəvi adət-ənənələri seçməsi və digər nadan dəstənin kor-koranə onlara tabe olması. Yalançı etiqad və yanlış ənənələrin bir dəstədən digər dəstəyə ötürülməsinin başlıca amili bu qismə daxildir. Quranın ən çox məzəmməti də bunadır.
Bunlardan yalnız birinci halın məntiqli və bəyənilən olması məlum məsələdir. Bir qayda olaraq, ixtisaslı məsələlərdə insanların həyat mehvərini belə ağlabatan və məntiqli tabeçiliklər təşkil edir. Çünki, dünyada ən güclü istedadı olan kəs belə, hər sahədə mütəxəssis ola bilməz. Xüsusilə də, ixtisas sahələrin getdikcə çoxaldığı bir dövrdə. Məsələn: təkcə tibb sahəsidə yüzlərlə ixtisas var. Adətən, tək fərdin sözügedən fənnin bütün ixtisasları üzrə mütəxəssis olması mümkünsüzdürsə, bütün fənlər üzrə mütəxəssisliyindən söz belə gedə bilməz.
Bununla yanaşı hər kəs mütəxəssis olduğu sahə üzrə çıxardığı qərarlara əməl edir. Bu sahə üzrə mütəxəssis, nəzər sahibi olmayanların isə həmin fənnin mütəxəssislərinə müraciət etməkdən başqa çarəsi qalmır.
Bir konstruksiya mühəndisi xəstələndiyi zaman həkimə müraciət edir, eləcə də bir həkim ev tikdirmək istədiyində mühəndisdən göstəriş alır. Yəni, hər biri bir sahədə müctəhid (mütəxəssis), digər sahədə isə təqlidçidir. Bu, – cahilin alimə, təqlidçinin müctəhidə, qeyri-mütəxəssisin mütəxəssisə müraciəti – aqillərə məxsus bir qaydadır, hansı ki həmişə insanlar arasında olmuş və olmaqdadır. Bir qayda olaraq, bəşərin yaşayışı onsuz keçinmir. Əlbəttə, müraciət edilməli nəzər sahibləri və müctəhidlərin xüsusi şərtləri var və onlara sonradan işarə olunacaq.
Bu, bəzən “اُسْوَهٌ حَسَنَهٌ” (gözəl nümunə) təbir edilən məsələdir. Necə ki, Qurani-kərim buyurur:
“لَقَدْ کَانَ لَکُمْ فِى رَسُولِ اللهِ اُسْوَهٌ حَسَنَهٌ” (1)
“Sözsüz ki, Allahın elçisi yaşamında sizlərə gözəl bir nümunə idi”.
“Ənam” surəsində buyurulur:
“اُوْلَیِکَ الَّذِینَ هَدَى اللهُ فَبِهُدَاهُمُ اقْتَدِهِ” (2)
“Bunlar Allahın hidayət etdiyi kəslərdir, belə isə onlara iqtida et”.
Hərçənd, ayə Peyğəmbərə (s) müraciət edir, amma məqsədin ümmət olması da uzaq deyil.
Təqlidin digər üç qismi isə batil, əsassız və məntiqdən kənardır. Alimin cahilə təqlidi və cahilin cahilə təqlidi tam aydındır. Amma alimin digər alimə müraciətinə gəlincə, məsləhət və ya daha çox məlumat əldə etmək xatirinə alimin alimə müraciətinin heç bir iradı olmasa belə, adını təqlid qoymaq olmaz. Əslində bu, bir növ araşdırma, ixtisası təkmilləşdirməkdir.
Təqlid bir ixtisas üzrə bütün bilgini kənara qoyub, kor-koranə başqasının dediyinə əməl etməkdir. Araşdırma və çıxarış etmə qabiliyyəti olan şəxsin belə bir təqlidi, şübhəsiz yanlış və qınaq obyektidir. Elə buna görə də İslamda müctəhidin təqlid etməsi haramdır.
Qeyd edilənlərdən fəqih olmayan kəslərin fiqhi məsələlərdə savadlı müctəhid və fəqihlərə müraciəti məlum oldu. Bütün elm sahələrində bunun bənzəri mövcuddur. İslam fiqhi o qədər genişdir ki, hər kim bu sahə üzrə mütəxəssis olmaq istəsə, bütün ömrünü bu sahənin araşdırılıb öyrənilməsinə adamalıdır. Bu isə bütün insanlar üçün müyəssər deyil. Bir dəstənin bu sahədə mütəxəssisləşməsi və digərlərinin də fiqhi məsələlərdə onlara tabeçiliyi, təqlid etməsi qaçılmazdır. Hər kəsin öz həddində araşdırmağa qadir olduğu İslam prinsiplərində (üsulid-dində, yəni dinin əsaslarında) isə təqlid icazəli deyil (3).
Şərh qeydə alınmayıb