QIYAMƏTİN XÜSÜSİYYƏTLƏRİ

“Mömin” surəsinin 18, 19 və 20-ci ayələrində Qiyamətin hansı xüsusiyyətlərindən söz açılır?

Bu ayələrdə Qiyamət gününün yeddi xüsusiyyətindən, eləcə də dəhşətli hadisələrdən söz açılır.
İlk öncə buyurur:
“Və onları o yaxın gün ilə qorxut.”
O günün “Qiyamət günü” deyil, “azifə günü” adlandırıması insanda heyrət doğurur. Belə ki, qafillər deməsinlər: “Qiyamət gününə hələ çox qalıb. Zehninizi Qiyamət gününə məşğul etməyin. Bu nisyə proqnozdur.”
Digər xüsusiyyət haqqında buyurur:  
“Həmin gün ürəklər (qorxu və vahimədən) qırtlağa çatacaq.”
İnsan o gün böyük çətinliklərlə üzləşək. Sanki canının ağzından çıxdığını hiss edəcək. Ərəblər bu yerdə “canı xirtdəyə çatıb” ifadəsini işlədirlər.

MƏZARLARIN DAĞILMASI

Qiyamət günü qəbirdəkilər üçün nə kimi hadisələr baş verəcək?

Qurani-kərim diri və ölülərin həyatının yenidən qurulması haqda buyurur: “Qəbirlər alt-üst olduğu zaman.”

Həmin gün maneələr qalxacaq, qəflət və qürur pərdələri yırtılacaq, dünyanın həqiqətləri olduğu kimi üzə çıxacaq. Həmin gün “yovmul-büruz” olduğu üçün hər şey bariz və aşkar olacaq. Belə bir vaxtda insan bütün əməllərini gözləri ilə görəcək, yaxşı və pisindən xəbərdar olacaq, həm həyatda ikən göndərdiyi əməlləri, həm də öləndən sonra təsir və nəticələri dünyada baqi qalan və savab və günahı ona yetişməkdə olan işlərindən xəbər tutacaqdır.
 

İŞRAQ” SAATI“

Qiyamət günü yerin ilahi nurla işıqlanması nə deməkdir?

Quran ayəsində deyilir ki, qiyamət günü yer öz Rəbbinin nuru ilə işıqlanacaq. Bu məsələyə müxtəlif izahlar verilmişdir. Bəzi təfsir alimlərinə görə “Rəbbin nuru” dedikdə haqq və ədalət nəzərdə tutulur. Bəzi alimlərə görə isə nur dedikdə Günəş və Ayın yaratdığı işıqdan fərqli olaraq Allahın xüsusi nuru nəzərdə tutulur. Əllamə Təbatəbai isə hesab edir ki, yer üzünün Rəbbin nuru ilə işıqlanması dedikdə pərdələrin kənarlaşması və hər bir həqiqətin – insan əməlinin yaxşı və pis, itaət və üsyan, haqq və batil olması baxımından aşkarlığı nəzərdə tutulur.

 

YERİN ALT-ÜST OLMASI

Qiyamət günü Yer kürəsində nə kimi hadisələr gözlənilir?

Qurani-kərim bu dünyanın sonu və axirətin başlanğıcında baş verəcək bir sıra dəhşət doğuran hadisələrdən söz açır:  
“Yer üzü şiddətli bir titrəyişlə titrədiyi zaman”
“Yer öz daxilində olan ağır yüklərini çıxarıb atacağı zaman”
“Zilzaləha” (zəlzələsi) ifadəsini Allahın vəd verdiyi dəhşətli zəlzələni Qiyamət zəlzələsinə aid etmək olar.  
Həmin gün insan bu görünməmiş hadisə qarşılaşanda tam sarsılır və deyir: “Və insan (təəccüb və dəhşətlə): “Buna, nə olub (ki, bu qədər titrəyib daxilində nə varsa çıxarıb atır)?!”- deyəcəyi zaman.”
Ayələrin zahiri mənasından belə başa düşülür ki, burada “insan” sözünün mənası genişdir və həmin günün hadisələrindən qorxmaq və təəccüblənmək təkcə kafirlərə aid ediləcək məsələ deyil.

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

عَنِ الصّادقُ عليه السّلام :

يا زُرارَةُ! اِنَّ السَّماءَ بَکَتْ عَلَى الْحُسَيْنِ اَرْبَعينَ صَباحاً.

اى زراره ! آسمان چهل روز، در سوگ حسين بن على عليه السّلام گريه کرد.

جامع احاديث الشيعه ، ج 12، ص 552