Qısa cavab:
Quran ayələrinə görə Sur çalınanda istisna olaraq həlak olmayanlar da olacaq. Lakin onların kim olduğu haqda təfsir alimləri müxtəlif fikirdədirlər. Alimlərdən bir qrupuna görə onlar Allahın böyük mələklərindən bir dəstəsi, o cümlədən Cəbrail, Mikail, İsrafil və Əzraildir. Bəzi alimlər isə Allahın ərşini daşıyanları da onlar əlavə etmişlər.
Ətraflı cavab:
Bu sualın cavabını “Zümər” surəsinin 68-ci ayəsindən almaq olar. Ayədə deyilir: “Qöylərdə və yerdə olan hər bir kəs həlak olacaq”. Sonra bir qrup istisna olunaraq deyilir:
اِلاّ مَنْ شاءَ اللّهُ
"Allahın istədiyi kəs istisna olmaqla."
Bu insanların kim olduğu haqda təfsir alimləri müxtəlif fikirdədirlər. Alimlərdən bir qrupuna görə onlar Allahın böyük mələklərindən bir dəstəsi, o cümlədən Cəbrail, Mikail, İsrafil və Əzraildir. Bəzi alimlər isə Allahın ərşini daşıyanları da onlar əlavə etmişlər.
Digər alimlərin rəyinə görə müstəsna olanlar Quran ayələrinin hökmünə əsasən şəhidlərin ruhlarıdır ki, “diridirlər və Rəblərinin yanında ruzi yeyirlər”.
Söz yox ki, bu nəzəriyyələrin bir-biri ilə heç bir ziddiyyəti yoxdur. Lakin hər halda hədislərdən aydın formada başa düşmək olur ki, yerdə qalan bu qrup da sonda öləcəklər. Belə ki, varlıq aləmində Allahdan başqa başdan başa canlı mövcud qalmayacaq. (O, ölməzdir.)
Mələklərin və şəhidlərin ruhlarının, eləcə də peyğəmbərlərin və övliyaların ölümlərinin necə olacağı barədə bu ehtimal var ki, onların ölməsi ruhlarının misalı qalibdən ayrılması şəklində ola bilər. Yaxud da ruhların mütəmadi fəaliyyətdən düşməsi formasında ola bilər. (1)
Şərh qeydə alınmayıb