Qısa cavab:
Quran ayələrindən belə başa düşülür ki, o məhkəmədə 6 növ şahıd olacaq:
1. Allahın pak zatı.
2. Peyğəmbərlər və canışınləri (övsiya)
3. Dil, əl, ayaq, göz və qulaq da şahidlik edirlər.
4. İnsanın dərisi.
5. Mələklər.
6. Yer.
Ətraflı cavab:
Şahidlər məsələsində də Quran ayələri həqiqətin üzərindən pərdə götürərək elə şahidlərdən bəhs edir ki, onlar dünya məhkəməsində əsla şahid qismində hesaba alına bilməz, lakin bu şahidlər orada mühüm rol oynayacaqlar. Ümmiyyətlə, Quran ayələrindən belə başa düşülür ki, o məhkəmədə 6 növ şahıd olacaq:
1. Hamıdan üstün və yüksək Allahın pak zatıdır:
وَ ما تَکُونُ فِی شَاْن وَ ما تَتْلُوا مِنْهُ مِنْ قُرْآن وَ لاتَعْمَلُونَ مِنْ عَمَل اِلاّ کُنّا عَلَیْکُمْ شُهُوداً اِذْ تُفِیضُونَ فِیهِ
"Hər hansı halda (düşüncədə) olsan, Onun tərəfindən Qurandan hər hansı bir hissəni oxusan və hər nə iş görsəniz, ona məşğul olduğunuz zaman Biz orada hazır və sizə şahidik." (1)
Şübhəsiz ki, həmin şahidlik hər şey və hər kəs üçün kifayət edir, lakin Allahın lütfü və onun ədalət məqamı tələb edir ki, digər şahidlər də təyin etsin.
2. Peyğəmbərlər və canışınləri (övsiya)
Qurani-Kərim buyurur:
فَکَیْفَ اِذا جِئْنا مِنْ کُلِّ اُمَّهً بِشَهِید وَ جِئْنا بِکَ عَلى هوُلاءِ شَهِیْداً
"Buna görə də hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!" (2)
“Kafi” kitabında həmin ayəni izah edən hədisdə İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur:
نَزِلَتْ فِی اُمَّهِ مُحَمَّد(صلى الله علیه وآله) خاصَّهً، فِی کُلِّ قَرْن مِنْهُمْ اِمامٌ مِنّا، شاهِدٌ عَلَیْهِمْ، وَ مُحَمَّدٌ(صلى الله علیه وآله) شاهِدٌ عَلَیْنا
"Bu ayə Məhəmmədin (sallallahu əleyhi və alih) ümməti haqqında nazil olmuşdur ki, hər əsrdə onlar üçün bizdən olan bir imam şahid olacaq. Məhəmməd (sallallahu əleyhi və alih) bizim hamımızın şahiddir.
3. Dil, əl, ayaq, göz və qulaq da şahidlik edirlər.
Quran buyurur:
یَومَ تَشْهَدُ عَلَیْهِمْ اَلْسِنَتُهُمْ وَ اَیْدِیِهِمْ وَ اَرْجُلُهُمْ بِما کانُوا یَعْمَلُونَ
"O gün, dilləri, əlləri və ayaqları onların əleyhinə, (dünyada) etdiklərinə şəhadət verəcəklər."(3)
Sözügedən ayələrdən başa düşmək olur ki, göz və qulaq şahidlərin zümrəsindədirlər. Bir qrup hədisdən, bədənin bütün üzvləri öz növbəsində gördükləri işlər haqqında ifadə verəcəkləri anlaşılır.
4. İnsanın dərisi də şahidlik edəcək.
Sözügedən ayələr aydın formada bu barədə bəhs edir və hətta əlavə edirlər ki, günahkarlar heç vaxt gözləmirdilər ki, onların bədənlərinin dərisi şahid qismində onların ziyanına ifadə versinlər. Onlar dərilərinə üz tutub belə deyərlər:
“Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?” (Dəriləri) deyərlər: “Bizi hər şeyi dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız.” (4)
5. Mələklər.
Quran buyurur:
وَ جائَتْ کُلُّ نَفْس مَعَها سائِقٌ وَ شَهِیْدٌ
"(Həmin gün) hər bir kəs bir mələklə onu sürükləyən halda məhşərə daxil olacaq və mələklərdən (əməllərinə şəhadət verəcək) bir şahid olacaq." (5)
6. Yer.
Bəli, ayağımızın altında olan yer. Bizim həmişə qonağı olduğumuz və müxtəlif nemətlərlə bizə qonaqlıq verən yer də bizə nəzarət edir. Həmin gün danışmalı olan hər şeyi danışacaq. Ayədə deyilir:
یَومَئِذ تُحَدِّثُ اَخْبارَها
"Məhz o gün yer öz xəbərlərini açıb söyləyər." (6)
7. Zaman da şahiddir. Quran ayələrində bu məsələyə işarə olunmasa da məsumlardan (əleyhimus-salam) nəql olunan hədislərdə ona misal çəkmək olar. Belə ki, Həzrət Əlidən (əleyhis-salam) nəql olunur:
ما مِنْ یَوم یَمُرُّ عَلَى ابْنِ آدَمَ اِلاّ قالَ لَهُ ذلِکَ الْیَوْمَ یَا ابْنَ آدَمَ! اَنَا یَوْمٌ جَدِیْدٌ، وَ اَنَا عَلَیْکَ شَهِیْدٌ، فَقُلْ فِىَّ خَیْراً وَ اعْمَلْ فِىَّ خَیْراً، اَشْهَدُ لَکَ بِهِ یَوْمَ الْقِیامَهِ
"Adəm övladı üçün keçib gedən hər gün ona üz tutub belə deyər: “Ey Adəm övladı! Mən yeni bir günəm və sənin şahidinəm. Məndə yaxşı söz danış və yaxşı iş gör ki, Qiyamət günü sənin lehinə şəhadət verim.”
Həqiqətən çox təəccüblüdür ki, o böyük məhkəmənin bu qədər haqq şahidləri, zaman və məkandan başlayaraq mələklərə, bədənimizin üzvlərinə, peyğəmbərlərə və övliyaya, onlardan da irəli Allahın pak zatına qədər bütün şahidlər bizim əməllərimizə nəzarət edir, amma biz xəbərsiz və qafilik?
Sual budur ki, belə nəzarətçilərin vücudlarına iman bəsləmək insanı tam şəkildə haqq, ədalət, paklıq və təqva istiqamətində qərar vermək üçün kifayət deyilmi? (7)
Şərh qeydə alınmayıb