Qısa cavab:
Bu iki rəvayət Əlinin (ə) islamı hamıdan əvvəl qəbul etməsini bəyan edən mütəvatir hədislərin qarşında davam gətirə bilməz. Həmçinin hədisləri nəql edən Şəbi belə bir müddəanı necə İbn Abbasın adına yaza bilər, halbuki, Əli (əleyhis-salam)-ın İslamı hamıdan əvvəl qəbul etməsi ilə əlaqədar ən çox rəvayəti İbn Abbas nəql etmişdir.
Ətraflı cavab:
İbn Əbdul-Birr, Əbubəkrin tərcümeyi-halında yazır: Şeyximiz bizim üçün Mücaliddən, o da Şəbidən, o da İbn Abbasdan nəql edir ki, ondan belə sual olundu: “İslamı qəbul edən ilk şəxs kim olmuşdur?” O cavabında dedi: “Əbubəkr!” (1)
O, Şöbədən, o da Ömər ibn Mərrədən, o da İbrahim Nəxəidən nəql edir ki, islamı qəbul edən ilk şəxs Əbubəkr olmuşdur. (2)
Cavabında deyirik:
Əvvəla: Bu iki hədis Peyğəmbərdən (s) nəql olunmamışdır.
İkincisi: Bu iki rəvayət Əlinin (ə) islamı hamıdan əvvəl qəbul etməsini bəyan edən mütəvatir hədislərin qarşında davam gətirə bilməz.
Üçüncüsü: Mücaliddən nəql edən şeyxin kim olması məlum deyil.
Dördüncüsü: Mücalid əhli-sünnətdən olan rical alimləri tərəfindən zəif hesab olunan bir şəxsdir. İbn Müin deyir: “Onun hədislərinə istinad olunmur.” Əhməd deyir: “O, bir şey deyildir!” Nisai onu “güclü olmayan”, Dar Qutni və Yəhya ibn Səid isə “zəif” saymışlar. İbn Məhdi ondan rəvayət nəql etməzdi. (3)
Beşincisi: Şəbi Əmirəl-möminin Əliyə (ə) qarşı açıq-aşkar düşmənçilik edənlərdəndir.
Altıncısı: Şəbi belə bir müddəanı necə İbn Abbasın adına yaza bilər, halbuki, Əli (əleyhis-salam)-ın İslamı hamıdan əvvəl qəbul etməsi ilə əlaqədar ən çox rəvayəti İbn Abbas nəql etmişdir.
Yeddincisi: İkinci hədisin “məqtu” olmasından və səhabələrdən nəql olunmamasından əlavə, onun sənədində Şöbə ibn Həccac vardır ki, Buxarı onun barəsində deyir: “Onun hədisləri inkar olunur.” Əbu Hatəm onu “məchul” kimi təqdim edir. (4)
Həmçinin, onun sənədində İbrahim Nəxəi və Şöbə ibn Həccac diqqəti cəlb edir. İbn Qüteybə “Əl-məarif” kitabında (5) birincinin, Şəhristani isə “Əl-miləl vən-nihəl” kitabında (6) ikincinin şiə ravilərindən olduğunu yazır. Buna görə də bu rəvayət qəti şəkildə yalandır. Çünki, şiə alimləri Əhli-beyt (əleyhimus-salam)-a tabe olmaqla həzrət Əli (əleyhis-salam)-ın islamı qəbul edən ilk şəxs olduğuna etiqad bəsləyirlər.
Şərh qeydə alınmayıb