Qısa cavab:
Çox saylı mənbələrdə qeyd olunmuş hədisə görə İmam Əli (ə) buyurmuşdur: “Mən Allahın bəndəsi və onun rəsulunun qardaşıyam. Mən Siddiqi-əkbərəm. Bu ləqəbi məndən sonra yalançı və iftiraçıdan başqa heç kəs özünə aid etməz. Halbuki, mən camaatdan yeddi il öncə namaz qılırdım.”
Ətraflı cavab:
Məaz nəql edir: Əli (əleyhis-salam) Bəsrə minbərində olanda belə buyurduğunu eşitdim:
اَنَا الصِّدِّیقُ الْاَکْبَرُ، آمَنْتُ قَبْلَ اَنْ یُوْمِنَ اَبُو بَکْرٍ، وَ اَسْلَمْتُ قَبْلَ اَنْ یُسْلِمَ اَبُو بَکْرٍ
“Mənəm Siddiqi-Əkbər! Əbubəkr iman gətirməzdən qabaq mən iman gətirmişdim. Əbubəkr müsəlman olmazdan qabaq mən müsəlman idim.”
Bu hədisi əhli-sünnət alimlərindən bir çoxu nəql etmişlər, o cümlədən:
-İbn Qüteybə. (1)
-Muhibbuddin Təbəri. (2)
-İbn Əbil-Hədid. (3)
-Muttəqi Hindi. (4)
İmam (əleyhis-salam) buyurmuşdur:
انا عبدالله و اخو رسوله و انا الصدیق الاکبر لایقولها بعدى الاّ کذّاب مفتر، لقد صلّیت قبل الناس سبع سنین
“Mən Allahın bəndəsi və onun rəsulunun qardaşıyam. Mən Siddiqi-əkbərəm. Bu ləqəbi məndən sonra yalançı və iftiraçıdan başqa heç kəs özünə aid etməz. Halbuki, mən camaatdan yeddi il öncə namaz qılırdım.”
Bu hədisi əhli-sünnət alimlərindən bir çoxu səhih sənədlərdə nəql etmişlər, o cümlədən:
İbn Əbi Şeybə (5), Nisai (6), İbn Əbi Asim (7), Hakim Nişapuri (8), Əbu Nəim (9), İbn Macə (10), Təbəri (11), İbn Əsir (12),
İbn Əbil-Hədid (13), Muhibbuddin Təbəri (14), Həmmui (15), Muttəqi Hindi (16), İbn Sə`d (17), Şə’rani (18) (19)
Şərh qeydə alınmayıb