Qısa cavab:
Nəql olunur ki, Əbu Musa təməttö həccinin halal olması ilə bağlı fətva verirdi. Bir nəfər ona dedi: “Bəzi fətvaların barədə ehtiyatlı ol! Xəbərin yoxdur ki, səndən qabaq möminlərin əmiri həcc mərasimi barəsində hansı dəyişikliklər etmişdir!”
Ətraflı cavab:
Əbu Rəcadan nəql olunur ki, İmran ibn Həsin demişdir: “Təməttö həccinin ayəsi Quranda nazil oldu və onun ardınca Peyğəmbər bizə göstəriş verdi ki, ona əməl edək. Daha sonra onu nəsx edib qüvvədən salacaq bir ayə nazil olmadı, Peyğəmbər də dünyadan getdiyi vaxta qədər onu qadağan etmədi. Bir nəfər isə onun barəsində ürəyi istədiyi kimi hökm çıxartdı.” (1)
İbn Kəsir öz təfsirində (2) Buxaridən nəql edərək yazır: “Buxarının burada üstüörtülü şəkildə dediyi bu mətləb başqa yerdə tam aydın şəkildə deyilmişdir: Ömər xalqı təməttö həccindən çəkindirdi.”
Qəstəlani “İrşad” kitabında (3) yazır: “Buna görə ki, o (Ömər) onu qadağan etdi.”
Həmçinin nəql olunur ki, Əbu Musa təməttö həccinin halal olması ilə bağlı fətva verirdi. Bir nəfər ona dedi: “Bəzi fətvaların barədə ehtiyatlı ol! Xəbərin yoxdur ki, səndən qabaq möminlərin əmiri həcc mərasimi barəsində hansı dəyişikliklər etmişdir!”
Əbu Musa deyir: "Beləliklə mən Ömərlə görüşdüm və bu məsələ ilə bağlı ona sual verdim. O, dedi: “Mən bilirəm ki, Peyğəmbər və onun səhabələri təməttö həccini yerinə yetirirdilər, lakin istəmirəm ki, camaat Ərak məntəqəsində (ehramdan çıxıb öz qadınları ilə) yaxınlıq etsinlər, qüsl suyunun damcıları başlarından üzlərinə axa-axa həcc əməllərini yerinə yetirməyə yollansınlar!” (4)
Həmçinin Salimdən belə nəql olunur: Mən İbn Ömərlə birlikdə məsciddə oturmuşdum. Şam əhalisindən bir nəfər daxil olub təməttö həcci barəsində soruşdu. İbn Ömər dedi: “Gözəl bir əməldir!” Şamlı kişi soruşdu: “Axı atan onu qadağan edirdi?!” İbn Ömər dedi:
ویلک! فان کان ابی نهى عنها وقد فعله رسول الله(صلى الله علیه وآله) وامر به افبقول ابی آخذ ام بامر رسول الله(صلى الله علیه وآله)؟! قم عنّی
!
“Vay olsun sənə! Atam onu qadağan edirdisə, amma Peyğəmbər özü ona əməl edib göstəriş verirdisə, atamın fərmanına əməl edim, yoxsa Peyğəmbərin göstərişinə?! Qalx ayağa və məndən uzaqlaş!”
Nəql olunur ki, İbn Abbas təməttö həcci barəsində Əbubəkrin və Ömərin əməlinə istinad edərək onunla mübahisəyə edən bir şəxsə dedi:
یُوشَکُ اَنْ یُنَزَّلَ عَلَیْکُمْ حِجَارَهٌ مِنَ السَّمَاءِ اَقُولُ: قَالَ رَسُولُ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَآلِهِ) ، وَتَقُولُونَ: قَالَ اُبُو بَکْرٍ وَعُمَرُ
Şərh qeydə alınmayıb