Qısa cavab:
Ətraflı cavab:
Allah-taala “Qaf” surəsində (1) insanların diqqətini göyə, onun gözəlliklərinə və nizamlı quruluşuna, xüsusilə onlar arasında tarazsızlığın olmamasına cəlb edir, hansı ki onlar çox gözəldir, möhkəmdir, nizam-intizamlıdır, eyb və nöqsandan arınmışdır.
“Əraf” surəsində (2) qəlblərin dirilişi və tövhid, allahşünaslıq yolunu keçməkdən ötrü bütün insanları Pərvərdigarın yer-göy və məxluqatının nizamlılığını müşahidə etməyə dəvət edir.
“Ğaşiyə” surəsində də (3) göy və yerdən söz açır, insanın – xüsusilə Quranın nazilolma mühitində yaşayan camaatın – diqqətini iki şeyə; bütün qəribəlikləri ilə birgə dəvənin yaradılışına, bir də insanların yaşamını münbitləşdirən yerin səthi olmasına cəlb edir. Bütün bu etaplarda müşahidəni biliyin bir təsirli qaynağı kimi tanıtdırır.
“Rum” surəsində (4) Rəsulullaha (s) xitab edərək, diqqətini yağışın nazil olması və ölmüş yerin dirilməsi mövzusuna cəlb edir və buyurur:
“İlahi rəhmətin izlərinə bax ki, ölmüş yeri necə dirildir”.
“Tariq” surəsində (5) insanın sorağına gedir, xüsusilə onun yaradılışının başlanğıcına barmaq basır və buyurur:
“Hər insan nədən yaradıldığına bir baxsın! O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır”.
Yenə burada hiss və müşahidə bilik vasitəsi kimi qeyd olunub.
“Əbəsə” surəsində (6) insana əmr edir:
“Gözünü aç və qidana, yeməyinə bax! Yağışın yağması sayəsində onun necə yaranmasına (bəslənməsinə), yerin çat-çat yarıldığına və orada yeməli bitki və dənələrin, meyvə və tərəvəzlərin yetişməsinə! Hansı ki onlara düzgün baxsan, orada Pərvərdigarın əzəmətli bilik kitabınıı görərsən”.
Yuxarıdakı altı məqam “nəzər salmağa” çağırdığı halda, digər məqamlar “baxmağa” dəvət edir. Hərçənd bu iki kəlmə bir çox hallarda eyni mənada işlənir, amma bəzi məşhur lüğət qaynaqlarına əsasən, nəzər salmaq bir şeyi görmək üçün gözün dolandırılması, axtarışı, diqqəti mənasındadır. Halbuki, görmək müşahidənin özünə deyilir (7). Əlbəttə, hər iki kəlmə bəzən hissi müşahidə mənasında, bəzən də zehni və fikri müşahidə mənasında işlədilir. Lakin əsas mənası həmin hissi müşahidədir.
Hər halda, “Şüəra” surəsində (8) müşrikləri yerin hər bir guşəsində dəstə-dəstə, cüt-cüt bitən rəngarəng bitkiləri müşahidə etməyə çağırır.
“Səcdə” surəsində (9) onları dəniz sularının bulud zərrələri arasında necə hərəkətinə, onların quru, ot-ələfsiz yerlərə yağmasına və həm insanın, həm də dördayaqlıların qidası olan bitkilərin cücərməsinə tamaşa etməyə dəvət edir.
“Fussilət” surəsində (10) bütün “afaqi” və “ənfusi” ayələrə, yəni Allahın böyük aləmdə və kiçik aləmdəki – insan vücudundakı nişanələrinə işarə edir və buyurur:
“Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik ki, Allahın varlığını anlasınlar və haqq onlara aşkar olsun”.
“Mülk” surəsində (11) başımızın üzərində uçan, bəzən qanadlarını açıb süzən, bəzən də qarınlarına yığan quşların müşahidəsindən söz açır. Qanadların açılıb-yığılması səmada sürətli uçmalarını təmin edir və cazibə qanununun ziddinə olaraq, onları yerlə göy arasında saxlayır. Bəzən sürətlə hərəkət etdikləri halda qanadlarını açırlar. Sanki, gözəgörünməz bir güc onlara təkan verir və bəzən də qanadlarını yığıb sürətlə irəli şığıyırlar. Hər birinin özünəməxsus quruluş və forması var, hər birinin yaşayışı və həyat planları üçün özünəməxsus vasitələri var.
“Zariyat” surəsində (12) bir daha yerin yaradılışına, sonra insan varlığının meydana gəlməsinə, – hansı ki kiçik olmasına rəğmən əzəmətli bir dünyadır – diqqət çəkir və “افلا تبصرون” (Görmürsünüzmü?!) cümləsi ilə gözüaçıq olub bu həqiqətləri görməyənləri məzəmmət edir.
Diqqət etmək lazımdır ki, “bəsirət” sözü “bəsər” kökündən alınıb və mənası göz, yaxud gözün görməsidir. “Nəzər salmaq” və “görmək” mənalarında işlənməsinə rəğmən, onlardan fərqlidir. Belə ki, daha çox görmə üzvünə və qüvvəsinə təkid etsə də, yuxarıdakı iki söz kimi bəzən daxili müşahidə və təfəkkür mənasında işlədilir.
Sonda “Nəhl” surəsində (13) tanı
Şərh qeydə alınmayıb