Qısa cavab:
“Naziat” surəsində də Fironun əzabı allahpərəstlər üçün bir ibrət göstərilir. “Həcc”, “Muhəmməd (s)”, “Ali-İmran” və “Ənkəbut” surələrində isə yer üzündə seyrə istinad edilərək, onu qəlb və ağlın oyanış səbəbi, peyğəmbərləri təkzib edənlərin aqibətindən xəbərdar olmaq və s. amili hesab edilib.
“Bəqərə”, “Fəcr” və “Fil” surəsində də tarixin və onda baş verən sərgüzəştalərin qəlbi müşahidəsinə istinad edilib.
Ətraflı cavab:
Allah-taala “Yusif” surəsində keçmiş tayfalardan bir dəstəsinin acılı taleyinə işarə etdikdən sonra buyurur:
“Onların əsərlərini (yadigar və nişanə) təqib etmək, sərgüzəşt və talelərinə diqqət ağıl və düşüncə sahibləri üçün bir ibrət səbəbidir”.
Onlar bu yolla bədbəxtlik və xoşbəxtlik amillərini öyrənə, qurtuluş və fəlakət yolunu bir-birindən ayıra bilərlər.
“Əraf” surəsində Allahın Rəsuluna (s) xitab edərək buyurur:
“Onların təfəkkürünü diriltmək və onları düşünməyə sövq etmək üçün keçmiş tayfaları və sərgüzəştlərini say!”.
Və bu özü keçmiş xalqların düzgün tarixini dilə gətirmənin fikir oyanışına və mərifət qaynağına səbəb olduğunu göstərir.
“Hud” surəsində keçmiş xalqlardan bir qisminin, o cümlədən Nuh (ə), Şüeyb (ə), Lut (ə), Firon qövmünün, Ad və Səmud tayfalarının başına gələnləri bəyan etdikdən sonra buyurur:
“Bu, sənə bildirdiyimiz, şəhər və abadlıqların xəbərləridir, hansı ki bəzilərinin hələ də izi qalır, bəziləri məhv olub aradan getmişdir. Biz onlara zülüm etmədik, bəlkə onlar özləri-özlərinə zülüm etdilər”.
Sonda əlavə edir: “Həqiqətən bunlarda axirət əzabından qorxanlar üçün nişanələr vardır”.
“Yusif” surəsində dinləyiciləri hazırlamaq üçün surənin əvvəlində buyurur:
“Biz ən yaxşı əhvalat və sərgüzəştləri səmavi vəhy olan Quranda sənə bəyan edirik, bununla əvvəllər bilmədiyin həqiqətlərdən xəbərdar olur və bu yolla daha çox mərifət əldə edirsən”.
Bu dörd ayədə keçmiş hadisə və xəbərlərin təqibi, araşdırılması və təhlili mənasında olan “qissə” və ya “qisəs” mövzusuna bir bilik vasitəsi kimi istinad edilib.
“Naziat” surəsində Fironun ağrılı əzabına işarə etdikdən sonra buyurur:
“Allah onu axirət və dünya əzabı ilə cəzalandırdı və bu macərada Allahdan qorxan və sayğı sahibləri üçün bir ibrət var”.
Bu ayədə, müşahidəsi mümkün olmayan həqiqətləri müşahidə halına gətirib oradan keçirmək mənasını verən “ibrət” sözü dayaq nöqtəsi seçilib.
“Həcc”, “Ali-İmran” və “Ənkəbut” surələrində “yer üzündə seyr” məsələsinə istinad edilib. Bir ayədə buyurur:
“Əgər onlar yer üzündə gəzib keçmişdəkilərin izlərini (nişanələri) müşahidə etsəydilər, qəlb və ağılları oyanar, haqqı dərk etmək üçün eşidən qulaq qazanardılar”.
Digər ayədə kafirləri yer üzündə gəzib ilahi əzaba düçar olan xalqların aqibətini öz gözləri ilə görmədiklərindən və belə bir şeyin onları da gözlədiklərini bilmədiklərindən dolayı məzəmmər edir.
Başqa yerdə bütün insanlara, yaxud bütün müsəlmanlara müraciət edərək buyurur:
“Sizdən öncə də ənənələr olmuş, xalqlar müxtəlif rəftar və əməllərlə iş başına gəlmişlər. Onların əsərlərini (iz və nişanələrini) dünyanın müxtəlif hissələrində görün və bilin ki, Allah elçilərinin dəvətini təkzib edənlərin aqibəti necə olur?!”
Başqa bir yerdə də yaradılışın əvvəlini araşdırmaq və onunla məad məsələsini anlamaq üçün insanları yer üzündə gəzib-dolaşmağa çağırır. “Bəqərə”, “Fəcr” və “Fil” surələrində müşahidə və “görmək” məsələsinə istinad edir, əlbəttə zahiri gözlə deyil, qəlb gözü ilə.
Hər üç ayədə zahirdə müraciət Peyğəmbərin (s) şəxsinə olsa da, həqiqətdə məqsəd bütün möminlər, dahası bütün bəşərdir. Ayədə sual formasında həzrətə buyurur:
“Bu şəxsin (Nəmrud), səltənət qürurunun təsirindən Allah barəsində İbrahimlə (ə) müharibəyə qalxanın tarixini və aqibətinin necə olduğunu görmədinmi?”.
Nəmrud təkəbbürlü, məğrur və üsyankar biri idi.
Bəzən də buyurur:
“Allahın Ad qövmünə və abad şəhərlərinə nə etdiyini görmədinmi?”.
“Əshabi-filin başına gələnləri görmədinmi? Onlar Kəbə evini yıxmaq üçün əzəmətli və saysız qoşunla Yəməndən yola düşmüşdülər və Allah-taalanın o əzəmətli, həm də güclü qoşunu zəif, bir şey olmayan quşlar tərəfindən atılan daşlarla necə məhv etdiyini görmədinmi?”
Sözsüz ki, nə Peyğəmbər (s), nə də müsəlmanlar İbrahimi (ə), Nəmrudu və düşmənləri gözlə görməmişdilər. Eləcə də, Ad qövmünü və abad şəhərlərini. Məşhur hədisə əsasən, Peyğəmbər (s) özü “fil əhvalatı” baş verən ildə düny
Şərh qeydə alınmayıb