Qısa cavab:
“كَلاّ بَلْ رانَ عَلَى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ”.
“Onların (az satanların) düşündüyü kimi deyil, əksinə, əməlləri pas olaraq qəlblərinə hopub”.
Quranın buyurduğuna əsasən, bəzən pis bir işin təkrarı insan nəzərində gözəlləşməsinə səbəb olur. “Tövbə” surəsinin 103-cü ayəsində də, zəkatın əxlaqi və mənəvi təsirlərinə işarə edilib. Ayədə buyurulur:
“تُطَهِّرُهُمْ وَ تُزَكِّيْهِمْ بِها”
“Sən bu işinlə onları paklaşdırır və inkişaf etdirirsən”.
Ətraflı cavab:
İnsan əməllərinin əxlaqdan qaynaqlandığı, daxili xüsusiyyətlərin əxlaq kodeksində üzə çıxdığı, insan əməl və rəftarlarının daxili xasiyyət və xüsiyyətlərinin səmərəsidir – demək mümkün bir həqiqət olsa da, digər tərəfdən insan əməlləri öz növbəsində əxlaqını formalaşdırır. Yəni, bir yaxşı və ya pis əməlin təkrarı tədricən daxili hala çevrilir və davamlı olması fəzilət və rəzilət olmasından asılı olmayaraq, “əxlaqi mələkənin”, yəni sabit xüsusiyyətin meydana gəlməsi ilə nəticələnir. Bu əsasla, nəfsi saflaşdırmanın effektiv yollarından biri əməllərin təmizlənməsidir. Məbada, pis bir işin təkrarı insan canında kök salsın, ruhu öz rənginə boyasın və əxlaqi rəzilətin meydana gəlməsinə səbəb olsun!
Bu üzdən İslam hədislərində insanlar etdikləri səhv və günahdan sonra dərhal tövbə etməyə əmr edilir. Yəni, tövbə suyu ilə günahın qəlbdəki təsirini yusunlar, təkrarına və əxlaqi rəzilətə çevrilməsinə imkan verməsinlər!
Habelə, bunun tam tərsi olaraq, yaxşı işlərin adətə çevrilməsi üçün onların təkrarına çoxlu təkid edilib.
Bu mövzu ilə Qurana müraciət edir, bu mənaya işarə edən ayələri araşdırmağa başlayırıq:
1- “Mutəffifin” surəsinin 14-cü ayəsində günah əməllərin insan ruhunda, qəlbində qoyduğu izlərə, səfa və nuraniliyi aparmasına, yerinə qaranlıq və zülmət gətirməsinə işarə edir və buyurur:
“کَلاّ بَلْ رانَ عَلَى قُلُوبِهِمْ ما کانُوا یَکْسِبُونَ”.
“Onların (az satanların) düşündüyü kimi deyil, əksinə əməlləri pas olaraq qəlblərinə hopub”.
İndiki zaman feli kimi istifadə olunan “ما کانُوا یَکْسِبُونَ” – cümləsi davamlılığa dəlalət edir. Bu da, pis işlərin can və ruhda mühüm dəyişiklik apardığına, aynanın şəffaflığını məhv edən pas kimi ruhu qaraltmasına gözəl dəlildir. Bu minvalla, günah nəticəsində daşürəklik, həyasızlıq və etinasızlıq kimi rəzil sifətlər, başqa sözlə bədbəxtlik zülməti və etinasızlıq insan qəlbinə nüfuz edir.
“Rəyn” qiymətli əşyaların üzərinə oturan pas, tozdur. Başqa ifadə ilə desək, havanın rütubətli olmasından dolayı dəmirin və bu qəbildən olan şeylərin üzərində zahir olan və adətən, filizlərin çürüməsindən xəbər verən qırmızı qatdır.
Günahın insan ruhu və qəlbindəki viranedici təsirləri üçün seçilən bu ifadə olduqca münasibdir, hansı ki İslam hədislərində də təkrar-təkrar buna təkib edilib.
2- “Yunis” surəsinin 12-ci ayəsində “rəyn” mərhələsindən ötə mərhələyə işarə edilir və bu “təzyin” mərhələsidir. Bu tərtiblə, pis əməlin təkrarı onun insan gözündə gözəlləşməsinə səbəb olur. Yəni, insan ruhu onu özünə üçün iftixar sayacaq qədər, onunla ahəngdar olur. Ayədə buyurulur:
“کَذَلِکَ زُیِّنَ لِلْمُسْرِفیْنَ ما کانُوا یَعْمَلُونَ”
“Həddi aşanlara (israf edənlərə) etdikləri əməllər beləcə gözəl göstərildi”.
“ما کانُوا یَعْمَلُونَ” – “etdikləri əməllər” cümləsi, habelə “مسرفین” – “həddi aşanlara” ifadəsi onların günahı təkrarlamasına aydın dəlildir, yəni çirkin və pis işləri təkrar etməklə, onların çirkinlik və pisliyi aradan getməklə qalmır, zaman keçdikcə günahkarların gözündə bir fəzilətə çevrilir. Bu, əslində günah əməllərin təkrarının nəhs nəticəsi olan əxlaqi rəzillikdir.
Belə fərdlərin çirkin əməllərini öz gözlərində gözəlləşdirənin kimliyinə gəlincə, bu xüsusda çox danışmaq olar. Bəzi ayələrdə bu iş Allaha nisbət verilib. Əslində, bu Allahın günaha israr edən fərdləri cəzalandırmasıdır. Çünki, çirkin əməllər günahkarların nəzərlərinə gözəl gəldiyi zaman daha çox sorağına gedir, dünya və axirətdə özlərini daha da bədbəxt edirlər. Ayədə buyurulur:
“اِنَ الَّذینَ لایُوْمِنُونَ بِالاْخِرَهِ زَیَّنّا لَهُمْ اَعْمالَهُمْ” (1)
“Axirətə iman gətirən kəslərin əməllərini gözlərində gözəlləşdirdik”.
Başqa yerdə isə bu iş şeytana aid edilib. Belə ki, “Ənam” surəsinin 43-cü ayəsində bir qrup inadkar, öyüd götürməyən kafirlər haqqında buyurulur:
“وَلِکنْ قَسَتْ قُلُوبُهُمْ وَ زَیَّنَ لَهُمُ الشَّیْطانُ ما کانُوا یَعْمَلُونَ”
Şərh qeydə alınmayıb