Qısa cavab:
İnsan ömrünün ən önəmli səmərəsi onun təcrübələridir. Tarix, keçmiş əsrlərdəki bütün insanların təcrübələrini onu araşdıranların önünə sərir.
Tarix daim təkrarlanır. İmam Əli (ə) da buna işarə edir və buyurur:
“Ey Allah bəndələri! Ruzigar keçmişdəkilər üçün necə cərəyan edibsə, yerdə qalanlara da elə keçəcək”.
Odur ki, məğlubiyyət, nakamlıq, zəfər, uğur, sivilizasiyaların çiçəklənməsi, hökumətlərin süqutu və s. amillərini tarixdə görmək olar.
Ətraflı cavab:
İnsan ömrünün ən önəmli səmərəsi onun təcrübələridir. Hansı ki daha yaxşı həyat, daha çox cəhd və böyük təkamüldən ötrü səmərəli ola bilər, lakin bir insan qısa ömrü boyu nə qədər təcrübə toplaya bilər? İyirmi il, əlli il, səksən il? Bundan əlavə, təcrübə meydanı olan cərəyanlara düşməlidir ki, ömrü yeknəsəq keçməsin. İndi təsəvvür edin ki, bütün insanların təcrübələrini yaşadığımız əsrdə toplasaq, dahası bütün əsrlərdə yaşayan insanların təcrübələrini yığsaq, doğrusu həcmi nə böyüklükdə olar? Sözsüz ki, elm və biliyin başlanğıcı olduqca qədimdir.
Tarix – tam və düzgün tənzimlənmək şərti ilə – keçmiş əsrlərdə yaşamış bütün insanların təcrübələrindən ibarət bir məcmunu onu öyrənənlərin önünə sərir. Hətta naqis olsa belə, keçmiş dövrlərin təcrübələrini özündə ehtiva edir. Bu gün az hadisə tapılar ki, onun nümunəsi və ya nümunələri keçmişdə baş verməmiş olsun. Tarix təkrar olur – deyimi də bir həqiqətdir. Əlbəttə, istisnanın olması da mümkündür, amma əksər hadisələr bu ümumi qanuna daxildir. Bu baxımdan tarixin əhəmiyyəti məlum olur.
Əmirəl-möminin İmam Əli (ə) dəyərli kəlamında bu məqama işarə edir və buyurur:
“عِبادَ الله انَّ الدَّهْرَ یَجْرى بِالباقینَ کَجَرِیهِ بِالْماضینَ” (1)
“Ey Allah bəndələri! Ruzigar keçmişdəkilər üçün necə cərəyan edibsə, yerdə qalanlara da elə keçəcək”.
Məşhur bir hədisdə qeyd edilir ki, İslam ümmətinin başına gələnlərin nümunələri Bəni-İsrail üçün baş vermişdir. Burada artıq, tarixin elm və bilik sahəsində önəmi, mövqeyi və məqamı tam aydın olur.
Cəsarətlə demək olar ki, bəşər tarixini dəqiq təhlil edib araşdırmaqla, məğlubiyyət, uğursuzluq, zəfər, uğur amillərini, sivilizasiyalar çiçəklənməsi, hökumətlərin süqutu, zülüm və ədalətsizliyin sonu, sözdə, əməldə və səydə ittifaqın təsirlərini, elmin rolunu, cəhalət, süstlük və tənbəlliyin acı aqibətini, bir sözlə hər şeyi tarixin aynasında görmək olar.
Əgər o alim şair Allahdan ikinci dəfə ömür istəsəydi, belə deyərdi:
Ağıllı bəyənilmiş şəxsin həyatda gərək,
Bir yox, iki ömrü olsun ta ki,
Birilə görüb-götürsün təcrübə yığsın
Digərində təcrübədən bəhrə alsın.
Şairə demək lazımdır ki: Əgər tarixi dəqiq araşdırsan, iki ömür nədi, yüz ömür, min ömür sənə verilər! Necə də gözəl buyurub Əmirəl-möminin Əli (ə) əziz oğlu İmam Həsən Müctəbaya (ə):
“یا بُنَىْ! انِّى وَانْ لَمْ اَکُنْ عُمِّرْتُ عُمُرَ مَنْ کانَ قَبْلِى، فَقَدْ نَظَرتُ فى اعمالِهِمْ، وَفَکَّرتُ فى اَخبارِهِمْ، وَسِرْتُ فى آثارِهِمْ، حَتّى عُدْتُ کَاَحَدِهِمْ، بَلْ کَانِّى بِما انْتَهى اِلىَّ مِنْ اُمُورِهِم قَدْ عُمِّرْتُ مَعَ اَوَّلِهِمْ اِلى آخِرِهِم” (2)
“Oğlum! Keçmişdəkilərin ömrünə sahib olmasam da, işlərini gözdən keçirmişəm, xəbərləri barədə düşünmüşəm, izlərini görmüşəm. Sanki onlardan birinə çevrilmişəm. Onların həyat tarixindən mənə yetişənlər sayəsində, sanki əvvəldən sonadək onları yaşamışam”.
Qeyd edilənləri diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, şairin təəssüfü elə də mühüm deyil. Hansı ki, o belə deyirdi:
Əfsus ki, sövdaye-mən xam ikən yanıb,
Xamım bişincə də ömrüm son tapar.
Yaxud, başqası deyirdi:
Bacardım, bilmədimsə çifayda,
Elə ki bildim, bacarığımı itirdim.
Ona görə ki, bəşəriyyət tarixini öyrənməklə bir çox problemləri həll etmək, bir çox çatışmazlıqları aradan qaldırmaq olar.
Əlbəttə, biz mövcud tarixi qaynaqlardakı zəif cəhətləri, çatışmazlıqları danmırıq. Ancaq, tarixi qaynaqlara edilən iradlara rəğmən, elm və bilgi üçün zəngin mənbəyi var (3).
Şərh qeydə alınmayıb