Qısa cavab:
İslam dini elmə, qələmə dəvətlə başladı. “Rəd” surəsində elmin nur olmasına işarə olunur, “Rum” surəsində isə varlığın sirlərinin dərki alimlərin xüsusiyyətlərindən sayılır. “Bəqərə” surəsində elm insanın digər varlıqlardan imtiyazı kimi göstərilir və buna görə də mələklərin səcdəsinə layiq görülür. Həmçinin, “Mucadilə” surəsinə əsasən, Allaha yaxınlıq dərəcələri bilik dərəcələri və elm təhsili istiqamətində davamlı təlaşla düz mütənasibdir.
Ətraflı cavab:
İslam təlimlərində elmin əhəmiyyətinə bu kifayət edər ki, İslam elmə, qələmə dəvətlə başlamışdır. Allah-taala “Ələq” surəsində buyurur:
“اقْرَاْ بِسْمِ رَبِّکَ الَّذِى خَلَقَ خَلَقَ الاْنسَانَ مِنْ عَلَق اقْرَاْ وَرَبُّکَ الاْکْرَمُ الَّذِى عَلَّمَ بِالْقَلَمِ عَلَّمَ الاْنسَانَ مَا لَمْ یَعْلَمْ” (1)
“Oxu! Pərvərdigarının adınla ki (kainatı) yaradıb – və insanı qan laxtasından yaratdı – Oxu! Rəbbin (hər şeydən) ucadır – O kəs ki, qələmlə təlim etdi – və insana bilmədiyini öyrətdi”.
Peyğəmbərin (s) qəlbində vəhyin ilk işartılarından xəbər verən bu ayələr biliklə başlayıb biliklə də sona çatır. (İlk olaraq Nur dağı “Həra” mağarasında Həzrət Məhəmmədə (s) vəhy olunmuşdur.)
İlk olaraq, tanıma və mərifət vasitələrindən biri olan oxumaqdan söz açır. Sonda da, varlıq aləminin böyük müəllimindən, yəni Allahdan – hansı ki insan onun ibtidai şagirdidir – bəhs edir. Görəsən, bunlar mərifətin, tanımağın mümkünlüyü və vacibliyinə aşkar sübut deyilmi?
“Rəd” surəsində deyilir ki, elm nur və aydınlıqdır:
“قُلْ هَلْ یَسْتَوِى الاْعْمَى وَالْبَصِیرُ اَمْ هَلْ تَسْتَوِى الظُّلُمَاتُ وَالنُّورُ” (2)
“De: korla görən eynidirmi?! Yaxud zülmətlə nur bərabərdirmi?!”.
“وَمَا یَسْتَوِى الاْعْمَى وَالْبَصِیرُ وَلاَ الظُّلُمَاتُ وَلاَ النُّورُ وَلاَ الظِّلُّ وَلاَ الْحَرُورُ” (3)
“(Bilin!) Korla görən əsla bərabər deyil – və nə qaranlıqlar və aydınlıqlar – və nə (sakitləşdirici) kölgə və isti və yandırıcı külək”.
Bu ayələrdə “zülmət” kəlməsi korluqla bir sırada, “nur” kəlməsi isə bəsirət və görməklə bir rədifdə qeyd edilib. Bu da, elmin, biliyin nur və aydınlıq, nadanlığın isə korluğa bərabər olduğunu göstərir. Hansı ki, biliyə sövq etdirmək üçün ən gözəl təbirlərdir (4).
Başqa yerdə qeyd edilir ki, varlığın sirlərini anlamaq alimlərə xas keyfiyyətdir:
“وَمِنْ آیَاتِهِ خَلْقُ السَّماوَاتِ وَالاْرْضِ وَاخْتِلاَفُ اَلْسِنَتِکُمْ وَاَلْوَانِکُمْ اِنَّ فِى ذَلِکَ لاَیَات لِلْعَالِمِینَ” (5)
“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda elm əhli üçün nişanələr vardır!”.
“وَتِلْکَ الاْمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا یَعْقِلُهَا اِلاَّ الْعَالِمُونَ” (6)
“Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız elm əhli anlayar”.
İlk ayədə yaradılış kitabının sirlərini anlamaq alimlərə aid edilib. İkinci ayədə də yazılmış kitabın, yəni Quranın sirlərini anlamaq alimlərin xüsusiyyəti kimi göstərilib. Bunlar bir tərəfdən elm və mərifətə təşviq, digər tərəfdən bilik məsələsinə bir dəlildir.
Bundan əlavə Allah ilk müəllimdir:
“وَعَلَّمَ ءَادَمَ الاْسْمَاءَ کُلَّهَا” (7)
“(Sonra) bütün adları (yaradılışın sirləri və varlıqların adlandırılması elmini) Adəmə öyrətdi”.
“الرَّحْمَنُ عَلَّمَ الْقُرْآنَ خَلَقَ الاْنسَانَ عَلَّمَهُ الْبَیَانَ” (8)
“Rəhman Allah Quranı öyrətdi. İnsanı yaratdı və ona danışmağı başa saldı”.
“عَلَّمَ الاْنسَانَ مَا لَمْ یَعْلَمْ” (9)
“İnsana bilmədiklərini öyrətdi”.
“الَّذِى عَلَّمَ بِالْقَلَمِ” (10).
“O kəs ki, qələmlə təlim etdi”.
Varlıq aləminin bu böyük müəllimi Adəmə bütün adlar elmini öyrədir və bəzən insanın bilmədiyi və ehtiyac duyduğunu (təkvin və təşri – yaradılış və şəriət yolu ilə) ona başa salır.
Bəzən də əlinə qələm verir, yazmağı öyrədir. Başqa vaxtda dilinə bir-iki hərf salaraq, danışmaq üslubunu ona başa salır. Bütün bunlar onu göstərir ki, Onun ən böyük sifətlərindən biri bəndələrinə təlim verməkdir, hansı ki onların mərifət və bilik əldə etməyində bir vasitədir.
Həmçinin, qeyd edildi ki, elm insanı digər varlıqlardan fərqləndirən imtiyazdır:
“قَالَ یَا آدَمُ اَنْبِیْهُمْ بِاَسْمِآیِهِمْ فَلَمَّا اَنْبَاَهُمْ بِاَسْمِآیِهِمْ قَالَ اَلَمْ اَقُلْ لَّکُمْ اِنِّى اَعْلَمُ غَیْبَ السَّمَوَتِ وَالاْرْضِ وَاَعْلَمُ مَا تُبْدُونَ وَمَا کُنتُمْ تَکْتُمُونَ” (11).
“Buyurdu: “Ey Adəm, onların adlarını (və sirlərini) bu varlıqlara bildir!” Adəm, bu adları onlara bildirdikdə Allah buyurdu: “Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi bilirəm? Və aşkara çıxartdığınızı və gizli saxladığınızdan xəbərdaram?”.
Bu söz, Allah mələklərinə: Elə ki, xəlifəm və nümayəndəm olan Adəmi yaratdım, hamılıqla ona səcdə edin və bu yolla üstünlüyü göstərin – buyurduqdan sonra deyilib. Mələklər Adəmin elm və mərifətə istedadının ali həddə olduğunu başa düşdükdən sonra onun niyə xəlifətullah və aləmin mehvəri olduğunu anlamış oldular. Daha öncə Adəmin ünvanına dediklərindən peşman oldular (12).
Habelə, Allaha yaxınlıq dərəcəsi mərifət dərəcələri ilə mütənasibdir:
“یَرْفَعِ اللهُ الَّذِینَ آمَنُوا مِنْکُمْ وَالَّذِینَ اُوتُوا الْعِلْمَ دَرَجَات” (13).
“Əgər belə etsəniz, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrə üstün dərəcələr bağışlayar”.
Bu ayənin əvvəlində məclis qaydaları barədə bir neçə əxlaqi göstəriş yer alıb. Ardınca isə bu göstərişlərə əməl edənlərin mükafat və nəticəsi kimi Allah dərgahında alim və möminlərin dərəcələri qeyd edilib.
“Dərəcat”, “dərəcə” sözünü cəm formasıdır və yuxarı çıxan pillələr mənasındadır. Antonimi isə “dərəkat”, “dərəkə” sözünü cəm formasıdır və mənası aşağı düşən pillələrdir (zirzəmi pillələri kimi).
“Dərəcat” ifadəsi məchul qeyd edilib. Bu da, bu dərəcələrin əzəmətini göstərir. Cəm formada gəlməsi isə, bəlkə də alimlərin arasındakı dərəcə fərqlərinin göstəricisidir.
Hər halda, dərəcələri yüksəltməkdən məqsəd, sözsüz ki, maddi yüksəliş deyil. Əksinə, məqam baxımından Allah dərgahına yüksəlişdir.
“əl-Mizan” təfsirində qeyd edilir ki, bu ayədən möminlərin iki dəstə olduğu anlaşılır: alim olan möminlər, alim olmayanlar və alim möminlər üstündür. Sonra “هَلْ یَسْتَوِى الَّذِینَ یَعْلَمُونَ وَالَّذِینَ لاَ یَعْلَمُونَ” (14); “Bilənlərlə bilməyənlər bərabərdirmi?” – ayəsini sübut gətirir.
Ayənin elmlə imanın əlaqəsini açıqladığı ehtimalı da var (15).
Digər bir məqam peyğəmbərlərin çoxlu elm istəmələridir:
“وَقُلْ رَّبِّ زِدْنِی عِلْماً” (16).
“Və de: Pərvərdigarım! Elmimi artır”.
İslam Peyğəmbərinə (s) xitab edən bu ayə Peyğəmbərin (s) əzəmətli elmi məqama sahib olmasına rəğmən daha çox elm istəməklə vəzifələndirildiyini bildirir. Bu da, insanın ömrü boyu məzum olmadığını, elm və bilik yolunun sonsuzluğunu göstərir.
“قَالَ لَهُ مُوسَى هَلْ اَتَّبِعُکَ عَلَى اَنْ تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْداً” (17).
“Musa ona dedi: (İcazə verirsən) sənə tabe olum, bildiklərini, inkişaf və islaha səbəb olan şeyləri mənə öyrədəsən?”.
Bu minvalla, “رَبِّ اشْرَحْ لِی صَدْرِی” (18); “Pərvərdigarım sinəmi genişləndir” – tələbi ilə ulul-əzm peyğəmbər Musanın (ə) geniş sinəsi olmağına rəğmən, “وَلَمَّا بَلَغَ اَشُدَّهُ وَاسْتَوَى آتَیْنَاهُ حُکْماً وَعِلْماً” (19); “Musa inkişaf edib kamala çatdığı zaman ona hikmət və elm verdik” – tələbi ilə uca elmi məqamı olmasına rəğmən o, Xızrın (ə) önündə diz qatdalamağa, bir şagird kimi dərs öyrənməyə məmur edilir.
Hər halda qeyd edilən ayələr mərifətin mümkünlüyü və vacibliyi, elm və bilik mənimsəmək yolunda davamlı təlaş və onun əhəmiyyəti məsələsinə aşkar dəlildir (20), (21).
Şərh qeydə alınmayıb