59-Fiqh mənbələrindən biri də “Ağlın” dəlilidir

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Bizim dini əqidəmiz
58-İnsan və azadlıq60-Bir daha Allahın ədaləti barəsində


İslam dininin əsaslı, köklü mənbələrindən biri də, “Ağlın dəlili”dir. “Ağlın dəlili” dedikdə “insan ağlının qəti şəkildə və dəqiq surətdə yəqin edərək bir şeyi dərk etməsi, onun haqqında hökm verməsi” nəzərdə tutulur. Məsələn, əgər Qur`an və sünnədə[4] zülm, xəyanət, yalan, qətl, oğurluq, insan hüquqlarının pozulmasının pis olması barəsində fikrin yoxluğunu fərz etsək, ağlın hökmü ilə bu əməllərin pis bir iş olduğunu dərk edərik. Allah-təalanın bu işləri haram etdiyini və razı olmadığını asanlıqla anlayarıq. Deməli, “ağlın hökmü” bizim üçün ilahi höccətdir.
Qur`ani-kərim ağlın əhəmiyyəti və onun hökmünün mötəbər olması barəsində olan müxtəlif ayələrə malikdir. Qur`an ağıl və düşüncə sahiblərini, Tövhid yolunu ötmək üçün, göylərdə və yerdə mövcud olan ilahi nişanələri müşahidə etməyə, onların barəsində fikirləşməyə çağırır; Ali-İmran 190: “Şübhəsiz, göylərin və yerin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün ibrətlər vardır!”
Müqəddəs kitabımız başqa bir cəhətdən isə ilahi nişanələrin bəyan olunmasının, insanların ağıl və düşüncəsinin artması üçün olduğunu buyurur. Ənam surəsi, 68: “(Gör!) Nişanələri (ayətləri) necə çeşidli (müxtəlif təbirlərlə) bəyan edirik! (Ki,) bəlkə qavrayıb anlayalar!”
Qur`ani-kərim digər cəhətdən bütün insanları yaxşıları pislərdən (yaxşını-pisdən) ayırmaq üçün təfəkkür etməyə dəvət edir. Ənam, 50: “De ki; kor və görən (nadan və aqil) birdirmi? Nə üçün düşünməyirsiniz?!”
Səmavi kitabımız öz gözündən, qulağından, dilindən və ağlından istifadə etməyən (düzgün istifadə etməyən) şəxsləri aləmin (dünyanın) ən pis heyvanları adlandırır. Ənfal, 22: “Allaha yanında heyvanların ən pisi kar və kor kəslərdir ki, anlamırlar!” Bütün bu söylədiklərimizə əsasən “Ağlın hökmünü” və “təfəkkür qüvvəsini” İslamın əsas və fəri məsələlərində kənara qoymağa haqlıyıqmı?
 

58-İnsan və azadlıq60-Bir daha Allahın ədaləti barəsində
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma