24-Səmavi kitabların nazil olmasının fəlsəfəsi

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Bizim dini əqidəmiz
23-İslam və fitrət25-Qur`an Həzrət Məhəmməd (s.ə)-in ən böyük möcüzəsidir

Biz inanırıq ki, Allah-təala bəşər övladlarını doğru yola hidayət etmək üçün ilahi peyğəmbərlərin vasitəsilə müqəddəs kitablar göndərmişdir. İbrahim və Nuh peyğəmbərin (ə) “Sühufu”[1], Musanın Tövratı, İsa (ə)-ın İncili, həmçinin daha kamil və hərtərəfli təlimlərə malik olan Qur`anı göndərmişdir.[2]
Əgər Allah-təala öz peyğəmbərləri ilə bu müqəddəs kitabları göndərməsəydi, İnsan Allahını tanımaqda və ona ibadət yolunda çoxlu çətinliklərə və xətalara düçar olardı. Uca yaradanın ona bu kitablar vasitəsilə bəxş etdiyi təqva, əxlaq, tərbiyə və ictimai qanunlardan məhrum olardı.
Allah-təalanın göndərdiyi bu müqəddəs kitablar rəhmət yağışı tək susuz qəlblərə yağaraq, onları çiçəkləndirdi. İlahi təqva, əxlaq, tanrı mərifəti, elm və hikmət nuru ilə qaranlıq və ölü qəlbləri, gülüstana çevirdi. Qur`ani-kərim buyurur: “Peyğəmbər Rəbbi tərəfindən nazil olana inanır və bütün möminlər Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə inanırlar.” (Bəqərə, 285)
Təəssüflər olsun ki, zaman keçdikcə bir çox cahil və nadan adamların, öz maddi mənfəətlərini düşünən bəzi iki üzlü din nümayəndələrinin vasitəsilə bu müqəddəs kitablar əsaslı surətdə təhrifə uğramışdır. Lakin Qur`ani-kərim (qarşıda söyləniləcək dəlillərə əsasən) heç bir təhrifə uğramayaraq, öz həqiqət nuru ilə hər bir əsrdə və məkanda olan insanlara doğru yol göstərmişdir. Müqəddəs kitabımızın Maidə surəsinin 15-16-cı ayələrində oxuyuruq: “Allah tərəfindən nur və aydın (aşkar dəlillərə malik) bir kitab sizə nazil olmuşdur ki, Allah onun vasitəsilə Onun rizasının dalınca olanları salamat (və səadətli) yollara hidayət edə. Öz əmrilə onları qaranlıqdan işıqlığa çıxara və onları doğru yola yönəldə!”

23-İslam və fitrət25-Qur`an Həzrət Məhəmməd (s.ə)-in ən böyük möcüzəsidir
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma