80-Son söz

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Bizim dini əqidəmiz
79-Haqqa doğru

Oxuduğunuz bu kitab Əhli-beyt (ə) davamçılarının və şiələrin dini e`tiqadlarından ibarət qısa və müxtəsər mə`lumatları özündə cəmləyir. Bəhslərin olduqca müxtəsər və yığcam şəkildə qurulmasına baxmayaraq, şiələrin İslam dininin əsas və fərlərində olan əqidələri azacıq da olsa belə, təhrifə yol verilmədən bəyan edilmişdir. Oxuculara təqdim olunan hər bir əqidənin mənbə və sənədləri Qur`ani-kərimin ayələrinə, cürbəcür rəvayətlərə və İslam dünyasının tanınmış alimlərinin müxtəlif kitablarına əsaslanır. Lakin bəhslərin qısa və ixtisarlı olması bizi, bütün sənəd və mənbələrin sizə təqdim etmək imkanından məhrum etmişdir.
Əziz oxucu, bu kitabda bəhs olunan mətləblərdən aşağıdakı nəticələrə yetişmək olar:
1-Gördüyünüz kitab şiənin e`tiqadlarını müxtəsər şəkildə sizə təqdim etmiş ən gözəl mənbədir. Oxuduğunuz bəhslər o qədər aydın, xüssusi diqqət və sadəliklə bəyan edilmişdir ki, məzhəbindən asılı olmayaraq hər bir kəs, hətta qeyri-müsəlmanlar belə, bu kitabçanın vasitəsilə şiə məzhəbinin əqidə prinsipləri ilə müxtəsər şəkildə tanış ola bilər. Onu da qeyd edək ki, bu kitab çoxlu zəhmətlər və ardıcıl sə`ylərin nəticəsində tərtib olunmuşdur.
2-Unutmayın ki, bu kitab hər bir şəxsə höccəti tamamlayır. Deməli, bizim əqidəmizdən kifayət qədər mə`lumatı olmayan, qərəzli və bədxah mənbələrin fitnəsinə uyaraq özləri də, bilmədən şiə məzhəbinə töhmət vuranlar üçün heç bir bəhanə qalmamışdır.
3-Kitabda qeyd olunan “şiənin əqidə əsasları” bu firqənin digər İslami firqələr ilə olan fərdinin, onlarla birgə həmkarlığa mane olmadığını, aydınlaşdırır! Çünki bu firqələr arasında olan müştərək nöqtələr olduqca çoxdur. Bə`zi məsələlərdə olan fikir ayrılıqları və şəxsi zövqlər isə insan təbiətinin adi xüsusiyyətlərindəndir.
4-Biz bilirik ki, mənfur niyyətli düşmən daim müsəlman məzhəbləri arasında mövcud olan fikir ayrılıqlarını, ixtilafları qızışdıraraq və şişirdərək, Allahı, peyğəmbəri, Qur`anı, qibləsi və s. bir olan müsəlmanları müharibə alovuna doğru aparmaq istəyirlər. hazırkı dövrdə İslam ən müasir və kamil bir din olaraq dünyanın böyük bir hissəsini öz tə`sir dairəsinə almışdır. Kommunizmin süquta uğramasından sonra əlacı mümkün olmayan müxtəlif problemlər İslam dininin vasitəsilə öz həllini tapmaqdadır. Bu da, təbii ki, fənfur və bəd niyyətli şəxslər üçün heç də ürək açan bir məsələ deyildir. Müsəlmanlar daim ayıq olmalı və pis niyyətli düşmənə öz çirkin məqsədinə yetişmək imkanını verməməli, daim vəhdət yolunda irəliləməlidirlər. Yalnız bu yolla biz həqiqi İslamı dünya xalqlarına tanıtdıra bilər və İslam dininin düzgün yayılması, tədrisi üçün yaranmış fürsətlərdən istifadə edə bilərik.
5-Biz inanırıq ki, İslam dünyasında mövcud olan məzhəblərin tanınmış alimləri təfriqə və ayrılığa səbəb olan bir sıra e`tiqadi-fiqhi məsələləri səfa-səmimiyyətlə dolu, aram bir mühitdə birgə əyləşərək, elmi müzakirələr və qarşılıqla anlaşma yolu ilə həll edə bilərlər. Bütün təfriqə doğuran məsələlərin bu yolla həll olunmasının mümkünlüyünü iddia etməsək də, bir çox ixtilaflı məsələlərdə mövcud olan anlaşılmazlıqların aradan qaldırılacağını söyləyə bilərik. Belə ki, bir sıra müsəlman ölkələrində əhli-sünnət və şiə alimlərinin birgə keçirdiyi konfranslar, elmi yığıncaqlar bir sıra ixtilaflı məsələlərə son qoya bilmişdir.
Və sonda əllərimizi Uca Yaradanın dərgahına uzadaraq belə dua edirik: “Ey Tanrı, bizi və bizdən öncə iman gətirmiş qardaşlarımızı bağışla. Və iman gətirənlərə qarşı könlümüzdə düşmənçiliyə öyüc üçün yer vermə!” (Həşr, 10).
 
 
 
 

[1] Yəni Allahın qarşısında səcdə edərək, öz alınlarını (hər gün üzərində addımlayaraq keçdikləri, alçaq saydıqları torpağa qoyur, öz bəndəliklərini, aciz olduqlarını Uca Yaradana bu yolla bəyan edirlər. Mütərcim) “Səhihi-Buxari”, c. 1, s. 91. Cabir ibn Abdullah Ənsaridən “təyəmmüm” fəslində; Nisai öz “Səhih”ində Cabir ibn Abdullah Ənsaridən “Ət-təyəmmum bis-səid” fəslində; “Müsnədi-Əhməd” ibn Abbasdan, c 1, s 301, də qeyd olunmuşdur. Şiə mənbələrində isə müxtəlif təriqələrlə bu barədə çoxlu sayda hədislər mövcuddur.
[2] Bu rəvayət və hədislər barəsində əlavə və ətraflı məlumat toplamaq üçün və həmçinin, böyük alimlərin bu barədə olan kəlamlarını eşitmək üçün “Əl-qədir”, c 5, s. 93-207-ə müraciət edin.
[3] Səhihi-Müslim, Əbu-Davud, Nisai, Müsnədi-Əhməd, Səhihi-Termizi, Sünəni Beyhəqi və s... müraciət oluna bilər.
[4] “İmam Həsən və İmam Hüseyn behişt cavanlarının sərvəridirlər!”−Peyğəmbər (s) Bu hədis “Səhihi-Termizi”də Əbu Səid Xudri və Hüzeyfə (c. 1, s. 306-307) və “Səhihi-ibn Macə”də “Peyğəmbərin səhabələrinin fəziləti” fəslində və həmçinin “Müstədrəkü-Səhiheyn”, “Hilyətul-əvliya”, “Tarixi Bəğdad”, “Əsabe-ibn-Hicr”, “Kənzül-ümmal”, “Zəxairul-ədəbi” və s... qeyd olunmuşdur.
[5] “Təfsiri-Təbəri”, c. 5, s. 9) “Dürrül-mənsur” təfsirində və “Sunəni-Beyhəqi” də bu barədə cürbəcür rəvayətlər zikr olunmuşdur. (“Əd-durrul-mənsur”, c. 2, s. 140; c. 7, s. 206)
[6] “Müstədi-Əhməd”, c. 4, s. 436; “Səhihi-Buxari”, c. 7, s. 16; “Səhihi-Müslim”, c. 2, s. 1022 “Babu-nikahul-mütə”.
[7] Bu hədis söylənilən ibarət ilə, yaxud məzmun və məna cəhətindən ona oxşar ibarətlə “Sünəni-Beyhəqi”də c. 7, s. 206 və bir çox kitablarda mövcuddur. “Əl-Qədir” kitabının müəllifi 25 hədis (“Sihah” kitablarından və “Müsnəd”lərdən) nəql edir ki, mütə-müvəqqəti nikah İslam hökmünə əsasən halal, Peyğəmbər (s) və birinci xəlifənin dövründə, hətta ikinci xəlifənin zamanından bir miqdar müddətdə halal olmuşdur. Lakin Ömər şəxsən onu haram (qadağan) etdi! (“Əl-Qədir”, c. 3, s. 332)
[8] Əlavə məlumat üçün “Pəyami-Qur`an”, c. 9, s. 259-a müraciət edin.
[9] “Tənqiuhul-məqal fi ilmur-rical”, “Abdullah ibn Səba” bölməsi və həmçinin, digər məşhur rical kitabları.
[10] “Abdullah ibn Səba”, müəllif: Əllamə Əsgəri.
[11] “Səhihi Müslim” kitabının müqəddiməsi və “Fəthul-bari fi şərhi Səhihi-Buxari” kitabına müraciətlə.
[12] Bu kitab “Əz-zəriətu ila təsanifiş-şiə” adlanır. Onun müəllifi məşhur müfəssir, mühəddis “Şeyx Ağa Bozorg Tehrani”dir. O adı çəkilən kitabda 68 min cild kitabın ünvanını qeyd etmişdir.

79-Haqqa doğru
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma