71-Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Bizim dini əqidəmiz
70-Möhürlə səcdə olunması72-Əzadarlıq mərasimləri və onun fəlsəfəsi

Peyğəmbər (s)-in, Əhli-beyt imamlarının (ə), böyük alimlərin və şəhidlərin qəbirlərini ziyarət etmək dinimizdə təkid olunmuş, müstəhəb və savablı işlərdəndir. Əhli-sünnət və şiənin böyük alimlərinin müxtəlif kitablarında qəbirlərin ziyarət olunması barəsində saysız-hesabsız rəvayətlər, hədislər mövcuddur. Əgər bu rəvayətləri bir yerə cəmləsək, ayrıca bir kitab yaranmış olar.[2]
Tarix boyu İslam dünyasının tanınmış, məşhur alimləri və cəmiyyətin müxtəlif təbəqələri müqəddəs qəbirləri ziyarət etməyə xüsusi əhəmiyyət vermişlər. Və müqəddəs qəbirləri (Peyğəmbər (s) və s...) ziyarət edən şəxslərin maraqlı əhvalatları müxtəlif kitablarda mövcuddur. (“Əl-qədir, c 5, s 93-207) Bu məsələ, doğrusu bütün müsəlmanların qəbul etdiyi (vəhabilər istisna olaraq) aşkar bir həqiqətdir. Lakin diqqət etmək lazımdır ki, “ziyarət”, “ibadət” demək deyildir. Şübhəsiz, heç bir kəs bu iki ibadətin eyni məna daşıdığını təsəvvür etmir (edə də bilməz). Çünki “ibadət” yalnız Allaha məxsusdur. Amma “ziyarət” isə İslam dininin böyük şəxsiyyətlərinə qarşı qoyulan ehtiram deməkdir. Və onların vasitəsilə Allah dərgahından şəfaət tələb etmək mənasındadır. Hətta çoxlu rəvayətlərdə Peyğəmbərin (s) qəbiristanlara və “Bəqi”yə (Bəqi-Mədinə qəbiristanlığı) getdiyi, onlara salam verdiyi yazılmışdır.[3]

70-Möhürlə səcdə olunması72-Əzadarlıq mərasimləri və onun fəlsəfəsi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma