32-Allahın kitabından nəşət tutan sünnə (rəftar-əməl-buyuruq)

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Bizim dini əqidəmiz
31-Şəxsi əqidəyə əsaslanaraq Qur`anı şərh etməyin xətərləri 33-Əhli-beyt imamlarının (ə) sünnəsi

Biz inanırıq ki, heç bir müsəlman yalnız Qur`ani-kərimlə kifayətlənə bilməz və “Yalnız Qur`an bizə bəsdir!”−deyə iddia edə bilməz! Çünki müxtəlif hədislər və Peyğəmbərin (s) sünnəsi (rəftar, əməl və buyuruqları) Qur`anın şərhində, ilahi həqiqətlərin bəyan olunmasında, nasix-mənsux[6] ümumi və xüsusi ayələri anlamaqda, üsulidd-in furuid-dinin təlimatlarında bizə ən əsaslı, ən gözəl yardımçıdır. Yalnız Qur`anla kifayətlənib müqəddəs hədisləri kənara qoyan şəxslərin nəzərinə çatdırmaq lazımdır ki, Qur`an ayələrinin özü Peyğəmbərin (s) rəftarını, əməlini və buyurduqlarını bütün müsəlmanlara vacib, və etibarlı sayır. Həşr surəsinin 7-ci ayəsində belə əmr olunur: “Peyğəmbər (s.ə) sizə hər nə verirsə (əmr edirsə) alın (əməl edin) və hər nədən uzaq olmanızı əmr edirsə uzaq olun!” Yaxud; Əhzab surəsinin 36-cı ayəsində buyurulur: “Heç bir mömin kişinin və qadının haqqı yoxdur ki, Allah və Peyğəmbərinin (s) hökm etdiyi bir işdə ixtiyar sahibi olsunlar! Hər kəs Allahın və Peyğəmbərinin (s) hökmündən boyun qaçırsa, aşkar azğınlığa düşmüşdür!”
Göründüyü kimi Peyğəmbərin (s) sünnəsinə (rəftar-əməl-buyuruq) etinasız olan müsəlmanlar, həqiqətdə Qur`ana etinasızlıq etmişlər. Aydındır ki, Peyğəmbərin (s) sünnəsi də, etibarlı mənbələrə əsaslanmalıdır. Peyğəmbərin (s) sünnəsi adlanan hər bir hədisi və rəvayəti qəbul etmək olmaz! Həzrət Əli (ə) öz çıxışlarından birində buyurur: “Peyğəmbər (s.ə) hələ sağ olarkən, onun adından çoxlu yalanlar uydurdular. İş o yerə yetişdi ki, Həzrət Məhəmməd (s.ə) ayağa qalxaraq (dözməyərək) belə bir xütbə oxudu: “Hər kəs bilərəkdən mənə yalan uydursa, mənim adımdan yalan hədis quraşdıra, özünün (cəhənnəmdə olan) odlu məkanına hazırlaşsın!” (“Nəhcul-bəlağə”, xütbə 210).[7]

31-Şəxsi əqidəyə əsaslanaraq Qur`anı şərh etməyin xətərləri 33-Əhli-beyt imamlarının (ə) sünnəsi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma