72-Əzadarlıq mərasimləri və onun fəlsəfəsi

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Bizim dini əqidəmiz
71-Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti73-Müvəqqəti nikah


İslam şəhidləri, xüsusilə “Kərbəla şəhidləri” üçün keçirilən əzadarlıq mərasimləri onların xatirələrinin əbədi qalması, İslam dini uğrunda etdiyi fədakarlıqların daim yaşaması üçündür. Elə buna görə də, aşura əyyamında (Məhərrəm ayının ilk on günü), yəni İmam Hüseyn (ə)-ın, behişt cavanlarının sərvəri olan,[4] İmam Əli (ə)-ın və Peyğəmbərin (s) əziz qızı Fatimeyi-Zəhra (ə)-ın övladı üçün yas saxlayır, əzadarlıq mərasimləri keçiririk. Onların həyatını, nə üçün və necə şəhid olduqlarını təhlil edirik. Onların pak ruhlarına dualar oxuyuruq. Bəni-Üməyyə tayfası qorxunc və zalım bir hakimiyyət yaradaraq, Peyğəmbərin (s) sünnəsini ayaq altına alır, dinə müxtəlif bidət və xurafatlar qatır, İslamın mənəvi dəyərlərinin məhvinə çalışırdılar.
İmam Hüseyn (ə) hicrətin 61-ci ili Yezidin əleyhinə qiyam etdi. Yezid fasiq, təkəbbürlü və İslama düşmən, yad olan bir adam idi. Təəssüflər olsun ki, zamanın gərdişi ona Peyğəmbərin (s) minbərində yer vermişdi. İmam Hüseyn (ə) özünün bütün əshabı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid oldusa da, ailəsi və yaxınları əsir düşdüsə də, lakin onların bu əməli, Yezid dövrünün qəflət yuxusuna dalmış müsəlmanlarını ayıltdı. Müsəlmanlar dinin müdafiəsinə qalxaraq, ardıcıl olaraq qiyamlar yaratdılar. Bəni-Üməyyə hakimiyyətini kökündən laxlatdılar. Onlar zamanın heçliyinə yuvarlandılar. Maraqlıdır ki, Aşura hadisəsindən sonra baş vermiş bütün qiyamlar “Ali-Məhəmmədin razılığı naminə! Hüseynin qanı naminə!”−ünvanlı şüarlarla baş verirdi. Və ya bu şüarların bir çoxu hətta Bəni-Abbasın zalım və dinsiz hökuməti dövründə də səslənirdi.
İmam Hüseyn (ə)-ın qanlı qiyamı bütün müsəlmanlar üçün, hətta qeyri-müsəlmanlar üçün də, bir nümunə olaraq qalmaqdadır. Onun “Zillət bizdən uzaqdır!”, “Həyatın həqiqəti iman və cihaddır!” kimi şüarları, zülmdən və azğın düşməndən qurtuluş yolunda, vətənin və din düşmənlərinin müqabilində müqavimət yolunda ən gözəl ideyalardır. Biz İmam Hüseyn (ə)-dan mərdlik, qeyrət, isar, şəhadət, şücaət, əqidə, iman və s. bu kimi əhəmiyyətli ibrətlər aldıq. Biz Həzrət Hüseyn (ə)-dan başı uca yaşayaraq, zülmə və düşmənə boyun əymədən mərdanə həyat sürmək, yaxud mərd kimi ölməyi öyrəndik!
Mümkündür bəzi şəxslər “Kərbəla şəhidlərinə” keçirilən əzadarlıq mərasimlərini sırf olub-keçilmiş tarixi bir hadisə kimi təsəvvür etsinlər. Biz isə bu faciəni unutmamaqla öz dini vəzifəmizi yerinə yetirərək, onun yaşayışımızın müxtəlif zamanlarında necə əhəmiyyət daşıdığını bilirik. Bu işin dini cəhətdən düzgün olub-olmadığına gəldikdə isə, təkcə bütün müsəlman dünyasında məşhur olan –“Həzrət Məhəmmədin (ə) əshabının Seyyidüş-şühəda Həmzəyə (ə) yas saxlaması, əzadarlıq mərasimləri keçirməsi”ni yada salmaq kifayətdir. Bütün məşhur tarix kitablarında yazılmışdır: “Allahın Rəsulu Məhəmməd (s) Ənsardan birinin evinin yanından keçərkən ağlamaq və vay-şivən səsləri eşitdi. Gözləri yaşla dolan Peyğəmbər (s) buyurdu: “Lakin Həmzə üçün ağlayan yoxdur!” Bu sözü eşidən Səid ibn Məaz “Bəni-Əbdul-Əhməd” tayfasının qadınlarına Peyğəmbərin (s) əmisi həmzənin evinə getməyi və onun üçün əzadarlıq etməyi tapşırdı!” (Kamile-ibn-Əsir, c. 2, səh. 163; Sireye-ibn Hişam, c 3, səh 104)
Aydındır ki, əzadarlıq təkcə Həmzə üçün deyil, doğrusu bütün müsəlman şəhidlərinə aid edilir. Biz şəhidlərin xatirəsini daim indiki və gələcək nəsillər üçün qoruyub saxlamalıyıq.
 

71-Peyğəmbərlərin və İmamların (ə) qəbirlərinin ziyarəti73-Müvəqqəti nikah
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma