55-Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Bizim dini əqidəmiz
54-Səhabələr ağlın və tarixin mühakiməsi qarşısında 56-Ağlın yaxşı və pisi dərk etməsi


Mütəvatir[1] rəvayətlərə əsasən Peyğəmbər (s.ə), Qur`an və Əhli-beyt (ə)-dan uzaq düşməməyi və onlara itaət etməyi bizə əmr etmişdir. Və İslam Peyğəmbəri (s) hidayət yolunu məhz Qur`an ilə Əhli-beyt (ə)-in əmrlərinə tabe olmaqda görmüşdür. Peyğəmbər (s.ə)-in Əhli-beyti (ə) məsum insanlar olaraq, onların hər bir sözü, əməli və təqriri[2] biz müsəlmanlar üçün möhkəm bir dəlil, etimad və nümunədir. Elə bu səbəbdən də Qur`an və Peyğəmbər (s.ə)-in sünnəsindən sonra Əhli-beyt (ə)-ın (imamların) buyurduğu, əməli və təqriri fiqhin ən etimadlı mənbələrindən biri hesab edilir.
Əhli-beyt imamların (ə), ən mötəbər və çoxlu sayda olan rəvayətlərə əsasən; “Biz hər nə söyləyiriksə, atalarımızın vasitəsilə Peyğəmbər (s.ə)-dən söyləyirik!”−deyə buyururlar. Deməli onların rəvayət və hədisləri əslində Peyğəmbər (s.ə)-in buyurduğu kəlamlardır. Və “siqə” (etimadlı və doğru danışan) şəxsin Peyğəmbər (s.ə)-dən rəvayət etdiyi hədislərin bütün İslam alimləri tərəfindən qəbul edildiyini də bilirik.
İmam Muhəmməd ibn Əli Baqir (ə) Cabir adlı səhabəsinə belə buyurur: “Ey Cabir! Əgər biz öz nəfsimizin istəklərinə uyaraq və öz şəxsi rəyimizə əsasən sizə bir hədis söyləsək, həqiqətdə həlak olmuş (azğın) insanlardan olarıq. Amma sizə söylədiyimiz bütün hədislər Həzrət Peyğəmbər (s.ə)-in seçilmiş kəlamlarıdır! (“Cameu-əhadisiş-şiə”, c. 1, s. 18, hədis 116)
İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)-ın hədislərinin birində oxuyuruq: “Bir nəfər İmam (ə)-dan sual etdi. Həzrət Sadiq (ə) ona cavab verdi. Sual edən şəxs imamın nəzərini əvəz etmək üçün onunla mübahisəyə görişdi. İmam (ə) buyurdu: “Bu sözləri kənara qoy! Soruşduğun şeyin (sualın) barəsində sənə verdiyim hər bir cavab Peyğəmbər (s.ə)-in buyurduqlarındandır. (Mübahisəyə yer yoxdur!”)” (“Üsuli-kafi”, c. 1, s. 58, h 121)
Diqqət: Biz müsəlmanların “Kafi”, “Təhzib”, “İstibsar” və “Mən la yəhzəruhul-fəqih” və s. bu kimi etibarlı hədis mənbələrimiz, kitablarımız vardır. Lakin bu kitabların etibarlı mənbə sayılması, onlarda yazılmış bütün hədislərin sorğu-sualsız qəbul edilməsi demək deyildir. Biz rəvayət-hədis kitablarından əlavə “Rical” kitablarına da sahibik. Rical kitablarında, hədisin sənəd silsiləsi boyu mövcud olan ravilərin vəxsiyyəti (Şəxsiyyəti-sadiq şəxs olub-olmadığı) aydınlaşmışdır. Və yalnız o hədis qəbul olunmalıdır ki, onun raviləri “siqə”−etimadlı və doğru danışan şəxslər olsun. Deməli, biz söylənilən mötəbər kitablarda yalnız etimadlı və doğru danışan ravilərə malik olan hədisləri qəbul etməliyik. Bütün bunlardan əlavə hətta söylənilən şərtlərə malik olan bəzi hədislər, onlarda mövcud olan digər çatışmamazlıqlara görə böyük alimlər və fəqihlər tərəfindən (İslam tarixi boyu, əvvəldən-axıradək) qəbul olunmamış və daim kənara qoyulmuşdur. Belə hədisləri, biz, “Murəzin ənha” adlandırırıq. Və bu hədisləri etibarsız sayırıq!
Elə buradaca aydın olur ki, bizim əqidəmizi öyrənmək niyyətində olan hər şəxs, heç bir axtarış və tədqiq etmədən söylənilən kitablarda yazılmış bəzi hədislərə istinad edirsə, sözsüz ki, uğursuzluğa düçar olacaqdır. Və bizim əqidəmizi olduğu kimi, düzgün şəkildə əldə edə bilməyəcəkdir.
Başqa bir təbirlə desək, bəzi İslam məzhəblərinin malik olduğu “Sihah” adlı kitablar, mövcuddur. Onlarda yazılmış hədislərin səhihliyi yalnız bu kitabların müəlliflərinin tərəfindən təzmin olunmuşdur. (Bir halda ki, onlarda mövcud olan bir çox hədislər etibarsızdır.−Mütərcim) Amma bizim sahib olduğumuz kitabların müəllifləri tanınmış və etibarlı şəxsiyyətlərdir. Bununla belə biz müəllifin təzmininə kifayətlənməyərək, onlarda mövcud olan hədislərin doğru olub-olmadığını öyrənmək üçün “Rical” kitablarına da müraciət edirik.
Söylədiyimiz həqiqətlərə diqqət edən bir şəxs, bizim əqidəmizin ətrafında olan bir çox suallara cavab tapmış olur. Bu həqiqətlərə diqqət etmədən hər hansı bir nəticəyə gəlmək isə, bizim əqidəmiz barəsində çoxlu anlaşılmamazlıqlara və səhvlərə gətirib çıxara bilər.
Bir sözlə desək, Qur`ani-kərim və Peyğəmbər (s.ə)-in hədislərindən sonra Əhli-beytin və məsum imamların (ə) rəvayətləri bizim üçün çox etibarlı və əsasdır. Bir şərtlə ki, bu hədislərin dəqiqən məsum imamlarımızdan (ə) nəql olunduğu mötəbər ravilərlə sübuta yetsin.

54-Səhabələr ağlın və tarixin mühakiməsi qarşısında 56-Ağlın yaxşı və pisi dərk etməsi
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma