Ruzgarın qəribə hadisələrindən, hər bibitərəf mühəqqiqi heyrətə salan işlərindən biri də sünnü qardaşlarımızın dəstəmazda ayaqların üstünə məsh çəkməməyin vacib olmamasına və ayaqların yuyulmasına israr etdikləri halda, onların əksəriyyəti aşkar şəkildə «ayaqları yumaq əvəzinə, hər bir halda – istər zərurət, istər ixtiyar halında, istərsə də evdə – ayaqqabının üstünə məsh çəkmək olar» - demələridir.
Doğrusu, insan belə bir hökmü eşitdikdə gicəllənir: ya ayaqların yuyulması, ya da ayaqqabının üstündən məsh çəkilməsi!
Əlbəttə, digər bir qrup da əhli-sünnənin fikri nəzərindən azlıqda olsalar belə, ayaqqabının üstündən məsh çəkməyi caiz bilmirlər: Onlar da Əli ibni Əbitalib (əleyhis-salam), İbni Abbas və sünnülərin imamlarından olan Malik (özünün bir fətvasına görə).
Maraqlıdır ki, sünnülər tərəfindən fətva və rəvayətlərinə çox əhəmiyyət verilən Ayişə məşhur bir rəvayətdə deyir:
لَاَنْ تَقَطَّعَ قَدَمَایَ اَحَبُّ اِلَیَّ مِنْ اَنْ اَمْسَحَ عَلَی الْخَفَّیْنِ
«Mənim iki ayağımın kəsilməsi (dəstəmaz zamanı) ayaqqabının üstünə məsh çəkməkdən daha yaxşıdır.»[1]
Halbuki, o, gecə-gündüz Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzurunda olmuş, necə dəstəmaz almasını görmüşdü. Əgər bu qardaşlar Qur’anın zahirinə uyğun olan hədislərə – Əhli-beyt hədislərinə tabe olsaydılar, ayaqlara məsh çəkməkdən başqa bir şeyi qəbul etməzdilər.
Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) səhih və mö’təbər bir hədisdə buyurmuşdur: «Mən sizin aranızdan gedir və sizin aranızda iki ağır, qiymətli şeyi əmanət qoyuram: Allahın Kitabı və itrətim olan Əhli-beytim. Əgər onlara sarılsanız, yolunuzu heç vaxt azmazsınız.»
Mö’təbər bir rəvayətdə İmam Baqir (əleyhis-salam) buyurur:
ثَلاثَةٌ لاَ اَتَّقِی فِیهِنَّ اَحَدًا: شُرْبُ الْمُسْکِرِ وَمَسْحُ الْخُفَّیْنِ وَ مُتْعَةُ الْحَجِّ
«Üç şeydə heç kimdən təqiyyə etmərəm: şərab içmək (bə’ziləri nəbiz şərabını içməyi caiz bilirlər), ayaqqabılara məsh çəkmək və təməttö həcci.»[2]
[1] «Məbsut», Sərəxsi, 1-ci cild, səh.98
[2] «Kafi», 3-cü cild, səh. 32