Ayaqqabının üstünə məsh çəkmək!

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
Qəribə yozumlarİslami rəvayətlərdə ayaqlara məsh çəkmək


Ruzgarın qəribə hadisələrindən, hər bibitərəf mühə­q­qiqi heyrətə salan işlərindən biri də sünnü qardaş­la­­rımızın dəstəmazda ayaqların üstünə məsh çəkməməyin va­cib olmamasına və ayaqların yuyulmasına israr etdik­lə­ri halda, onların əksəriyyəti aşkar şəkildə «ayaqları yu­maq əvəzinə, hər bir halda – istər zərurət, istər ixtiyar ha­lın­da, istərsə də evdə – ayaqqabının üstünə məsh çəkmək olar» - demələridir.
Doğrusu, insan belə bir hökmü eşitdikdə gicəllənir: ya ayaqların yuyulması, ya da ayaqqabının üstündən məsh çəkilməsi!
Əlbəttə, digər bir qrup da əhli-sünnənin fikri nəzə­rin­dən azlıqda olsalar belə, ayaqqabının üstündən məsh çək­məyi caiz bilmirlər: Onlar da Əli ibni Əbitalib (əleyhis-salam), İbni Abbas və sünnülərin imamlarından olan Ma­lik (özünün bir fətvasına görə).
Maraqlıdır ki, sünnülər tərəfindən fətva və rəvayət­lə­rinə çox əhəmiyyət verilən Ayişə məşhur bir rəvayətdə deyir:
لَاَنْ تَقَطَّعَ قَدَمَایَ اَحَبُّ اِلَیَّ مِنْ اَنْ اَمْسَحَ عَلَی الْخَفَّیْنِ
«Mənim iki ayağımın kəsilməsi (dəstəmaz zamanı) ayaq­qabının üstünə məsh çəkməkdən daha yaxşıdır.»[1]
Halbuki, o, gecə-gündüz Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzu­run­­da olmuş, necə dəstəmaz almasını gör­müş­dü. Əgər bu qardaşlar Qur’anın zahirinə uyğun olan hədis­lə­rə – Əhli-beyt hədislərinə tabe olsaydılar, ayaqlara məsh çəkməkdən başqa bir şeyi qəbul etməzdilər.
Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) səhih və mö’təbər bir hədisdə bu­­yur­­muşdur: «Mən sizin aranızdan gedir və sizin ara­nız­da iki ağır, qiymətli şeyi əmanət qoyuram: Allahın Kita­bı və itrətim olan Əhli-beytim. Əgər onlara sarılsanız, yolu­nuzu heç vaxt azmazsınız.»
Mö’təbər bir rəvayətdə İmam Baqir (əleyhis-salam) buyurur:
ثَلاثَةٌ لاَ اَتَّقِی فِیهِنَّ اَحَدًا: شُرْبُ الْمُسْکِرِ وَمَسْحُ الْخُفَّیْنِ وَ مُتْعَةُ الْحَجِّ
«Üç şeydə heç kimdən təqiyyə etmərəm: şərab içmək (bə’zi­ləri nəbiz şərabını içməyi caiz bilirlər), ayaq­qabı­lara məsh çəkmək və təməttö həcci.»[2]

 


[1] «Məbsut», Sərəxsi, 1-ci cild, səh.98
[2] «Kafi», 3-cü cild, səh. 32

 

Qəribə yozumlarİslami rəvayətlərdə ayaqlara məsh çəkmək
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma