6-Səhabələrin hamısı, heç bir istisna olmadan ədalətli idilərmi?!

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
5-Səhabələrin pak hesab edilməsi əqidəsində əsas məqsədlər 7-Peyğəmbər (səlləllahu əleyhi və alih)-İn köməkçİlərİnİn qİsmlərİ

Qeyd etdiyimiz kimi, sünnü alimlərinin əksəriyyəti de­yir­lər ki, Peyğəmbər səhabələrinin hamısı, yə’ni o həz­rə­tin əsrində olan, yaxud o həzrəti görən və müəyyən bir za­man ərzində o həzrətlə yanaşı olanlar heç bir istisna ol­ma­dan ədalət məqamına çatmışlar və Qur’an da bu müddəaya şahid­dir.
Təəssüflər olsun ki, bu qardaşlarımız Qur’anın öz xeyirlərinə olan ayələrinin bir qismini qəbul etmiş, digər bir qis­mi­ni isə unut­muş­lar. Bu barədə istisnalar olduğunu gös­tə­rən ayələr barədə de­yi­rik (bildiyimiz kimi, bütün ümumi ayələrdə, adətən is­tis­nalar var­dır): Bu necə ədalətdir ki, Qur’ani-məcid dəfələrlə onun əksini bə­­yan etmişdir?! Misal üçün, «Ali-İmran» surəsinin 155-ci ayə­sin­­də «Ühüd» mü­haribəsində fərarilik edən və Peyğəm­bəri düş­mə­­­nin mü­qa­bilində tənha qoyan kəslərə işarə edilir. Ayədə buyu­rulur:
إِنَّ الَّذِینَ تَوَلَّوْاْ مِنکُمْ یَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّیْطَانُ بِبَعْضِ مَا کَسَبُواْ وَلَقَدْ عَفَا اللّهُ عَنْهُمْ إِنَّ اللّهَ غَفُورٌ حَلِیمٌ
«O kəslər ki, iki dəstənin qarşılaşdığı gündə (Ühüd müharibəsində) fərar etdilər, şeytan onla­rı bə’zi günahları səbəbi ilə sapdırmışdı. Allah on­la­­rı bağışladı. Allah bağışlayan və helm sahibidir.»
Bu ayədən mə’lum olur ki, o gün bir qrup səhabə döyüş mey­da­nından qaçmışdır və tarixdə onların sayının çox olduğu qeyd edilmişdir. Həmçinin şeytan onlara qələbə çalmış və bu qələbənin də səbəbi mürtəkib olduqları günahlar olmuşdur. Deməli, onların əvvəlki günahları sonradan daha böyük günahlara mürtəkib olmalarına şəra­it yaratmışdır. Ayənin davamında Allah tərəfindən ba­ğış­lanmaları qeyd edilsə də, Allah dərgahından Peyğəm­bə­rin səbəbi ilə bağışlanmanın məfhumu bu deyildir ki, on­lar adil idilər və günaha mürtəkib olmamışdılar; əksi­nə, Qur’an onların çoxlu günahlara mürtəkib olma­sı­nı vurğulayır.
Bu necə ədalətdir ki, «Hucurat» surəsinin 6-cı ayəsin­də onların bə’ziləri fasiq və günahkar kimi təqdim edi­lir:
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا إِن جَاءکُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَیَّنُوا أَن تُصِیبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِینَ
«...Ey iman gətirənlər! Əgər fasiq (günahkar) şəxs sizin üçün bir xəbər gətirsə, onun barəsində təh­qi­qat aparın. Olmaya bilməməzlik üzündən bir qrupa zərər yetirəsiniz və sonra öz əməlinizdən peşman olasınız!»
Bu ayənin Vəlid ibni Üqbə barəsində nazil olması təf­sirçilər arasında məşhur bir məsələdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu bir dəstə adamla birlikdə Bəni-müstələq tay­fasının zə­ka­tını toplamağa göndərmişdi. Amma Və­lid geri qayı­dıb dedi ki, bunlar zəkat vermir və İslamın əleyhinə qi­yam etmişlər!
Müsəlmanların bə’zisi Vəlidin sözünə inanaraq Bəni-müs­tələq qəbiləsi ilə müharibəyə hazırlaşdı, lakin «Hu­cu­rat» surəsinin qeyd olunan ayəsi nazil oldu və müsəl­man­lara xəbərdarlıq etdi ki, əgər fasiq bir şəxs sizə xəbər gə­tir­sə, onun barəsində tədqiqat aparın, əks halda fasiq şəx­sin gətirdiyi xəbər əsasında bir qrupa zərbə vurub sonra peşman olarsınız.
Araşdırma apardıqdan sonra mə’lum oldu ki, Bəni-müs­tələq tayfası imanlı şəxslər imiş və Vəlidi qar­şı­la­mağa çıxmışdılar; onlar islamın və Və­lidin əleyhinə qi­yam etməmişdilər. Amma Vəlid onlar­la düşmən oldu­ğuna görə bunu bəhanə edib qayıtdı və Pey­ğəm­bərə yalan xə­bər vermişdi.
Vəlid Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabəsi, yə’ni o həzrəti gö­rüb onun hüzurunda olanlardan biri idi. Qur’an onu fa­siq adlandırırsa, onda bu söz istis­na­sız olaraq bütün səhabələrin ədalətli olması nəzəri ilə uyğundurmu?!
Bu necə ədalətdir ki, səhabələrin bə’ziləri zəkatın bö­lüşdürülməsi zamanı Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə e’tiraz edir­dilər?! Qur’an onların e’tirazını «Tövbə» surəsi­nin 58-ci ayəsində qeyd etmişdir:
وَمِنْهُم مَّن یَلْمِزُکَ فِی الصَّدَقَاتِ فَإِنْ أُعْطُواْ مِنْهَا رَضُواْ وَإِن لَّمْ یُعْطَوْاْ مِنهَا إِذَا هُمْ یَسْخَطُونَ
«...Onların arasında elə kəslər vardır ki, qənimət­lə­­rin bölüşdürülməsində sənə irad tuturlar. Əgər on­la­­ra bir şey verilsə razı olar, əgər verilməsə qəzəb­lə­nər­­lər.»
Belə şəxsləri ədalətli saymaq olarmı?!
Bu necə ədalətdir ki, «Əhzab» surə­si­nin 12-13-cü ayə­lə­­rində buyurulur: Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hü­zu­runda mü­ha­­ribədə iştirak edən münafiq və qəlb­lə­ri xəstə olan­lar­dan bir qrupu Peyğəmbəri (nəuzu billah!) hiyləgər­likdə müt­təhim edib deyirdilər:
مَّا وَعَدَنَا اللَّهُ وَرَسُولُهُ إِلَّا غُرُورًا
«Allah və Onun Peyğəmbəri bizə yalandan baş­­qa bir şey və’də vermədilər!...»
Onların bə’ziləri güman edir­dilər ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) bu mühari­bə­də məğlub olacaq, səhabələr də ehti­mal üzrə öldürüləcək və İslamın fatihəsi oxuna­caq­dır.
Digər bir misal: Şiə və sünnülərin nəql etdik­ləri rəvayətlərdən mə’lum olur ki, xəndək qazılan zaman daşın çıxması və həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vasitəsi ilə daşın bölün­məsi hadisəsində Şamın, İranın və Yəmənin fəth olun­ması və’dəsini onlara verdikdə, onlardan bir qru­pu bu sözü istehzaya qoydular. Bunlar səhabələr cərgə­sində deyildimi?!
Daha qəribəsi sonrakı ayədə buyurulandır:
وَإِذْ قَالَت طَّائِفَةٌ مِّنْهُمْ یَا أَهْلَ یَثْرِبَ لَا مُقَامَ لَکُمْ فَارْجِعُوا
«...Onlardan bir qrupu (müharibədə iştirak edən Mə­di­nə əhlinə xitabdır) dedilər ki, bura sizin dayanacaq yeriniz deyildir, öz evlərinizə qayıdın!»
Yenə də bir qrup Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gə­lib müharibədən qaçmaq üçün bəhanə gətirdilər, Qur’an da onların barəsində buyurur:
وَیَسْتَأْذِنُ فَرِیقٌ مِّنْهُمُ النَّبِیَّ یَقُولُونَ إِنَّ بُیُوتَنَا عَوْرَةٌ وَمَا هِیَ بِعَوْرَةٍ إِن یُرِیدُونَ إِلَّا فِرَارًا
«Onlardan bir qrupu qayıtmaq üçün Peyğəmbərdən ica­zə istəyib deyirdilər ki, «bizim evlərimizin keşik­çi­si yoxdur, icazə verin, evlərimizi qorumaq üçün Mədi­nə­yə qayıdaq.» Onlar yalan deyirdilər, (çünki) onların evləri keşiksiz deyildi. Onlar yalnız qaçmaq istəyir­dilər.»
Necə mümkün ola bilər ki, bütün bu əməllərin hamı­sı­nı görməməzliyə vuraq, onların barəsindəki tənqidləri qə­bul etməyək?! Bunların hamısından da pisi bə’zi səha­bələrin Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-i xəyanətdə müttə­him etmələri­dir. «Ali-İmran» surəsinin 161-ci ayəsi:
وَمَا کَانَ لِنَبِیٍّ أَن یَغُلَّ وَمَن یَغْلُلْ یَأْتِ بِمَا غَلَّ یَوْمَ الْقِیَامَةِ ثُمَّ تُوَفَّى کُلُّ نَفْسٍ مَّا کَسَبَتْ وَهُمْ لاَ یُظْلَمُونَ
«Mümkün deyildir ki, hər hansı bir peyğəmbər xəya­nət etsin. Hər kəs xəyanət etsə, qiyamət günü xəyanət et­diyi şeylə birlikdə məhşər səhnəsinə gələr. Sonra hər kəsə kəsb etdiyi şeylər verilər və onlara azacıq belə, zülm edilməz.»
Yə’ni əgər onlar cəzalandırılsalar da, öz əməllərinin məhsulu olacaqdır.
Bu ayənin şə’ni-nüzulu barəsində iki nəzəriyyə qeyd edilmiş­dir. Bə’ziləri demişlər ki, bu ayə Əbdüllah ibni Cübeyrin kömək­çi­lə­rinin tədbirlərinə işarədir. Onlar Ühüd müharibəsinə «Ey­neyn» dağında səngər tutmuşdular. Mü­haribənin əvvəlində islam ordu­su düşmənə qələbə ça­lan zaman Əbdüllahla yanaşı olan oxçu­lar Peyğəmbər (səlləllahu əleyhi və alih)-in «oradan heç vaxt çıxmayın» deyə buyu­ru­ğuna bax­mayaraq, səngəri buraxaraq qənimət yığmaq üçün qaç­­dı­lar. Bundan da pis əməl onların dediyi bu söz idi: «Biz qorxu­ruq ki, Peyğəm­bər qənimətləri bölüşdürəndə bizim vəziyyətimizi nəzərə almasın!» (Onların dediyi sözləri yazmaqdan qələm həya edir!)
İkinci şə’ni-nüzul İbni Kəsir və Təbərinin həmin ayə­nin təfsirində qeyd etdikləridir: Bədr müharibəsində qə­lə­bədən sonra qiymətli və qırmızı rəngli bir parça it­di. Bə’zi nadanlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-i xəya­nət­də müttə­him etdilər. Amma çox keçmədən parça tapıldı və mə’­lum oldu ki, əsgərlərdən biri onu götürmüşdür.
Peyğəmbərə yaxılan bu ittihamlar ədalətlə uyğun gə­­lir­­mi?! Əgər öz vicdanımızı hakim seçsək, «bu şəxs­lər ədalətli, pak-pakizə idilər və heç kəsin onların işlə­ri­nə irad tutmağa haqqı yoxdur» - deyə qəbul edə bilərikmi?!
Biz heç vaxt bunu inkar etmirik ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səha­bələrinin əksəriyyəti şərafətli, pak in­sanlar idi, lakin bu barə­də ümumi və külli bir hökm ve­rə­­rək onların hamısını təqva, ədalət suyu ilə yuyub bə­zə­mək, eləcə də onların əməlləri barəsində hər növ tənqid­çilik haqqını inkar etmək doğrudan da yanlış işdir.
Bu necə ədalətdir ki, zahirdə Peyğəmbər səhabələ­rin­dən sayılan bir şəxs – Müaviyə uzun illər Əli (əleyhis-salam) kimi yük­sək məqamlı səhabəyə lə’nət gön­dər­mə­yi vacib etmiş, bütün şəhərlərə göstəriş vermişdi ki, bu proqramı icra etsinlər?! Aşağıdakı iki rəvayətə diq­qət yetirin:
Müslüm özünün «Səhih» kitabında (bu, sünnülərin ən mö’­təbər kitablarından biridir) yazır: Müaviyə Sə’d ib­ni Əbi Vəqqasa dedi: «Nə üçün Əbu Turaba (Əliyyibni Əbi­Talibə) lə’nət göndərmirsən?» O dedi: «Mən onun barə­sin­­də Peyğəmbərdən üç mühüm fəzilət eşitmişəm ki, əgər on­ların biri məndə olsaydı, mənim üçün dünyanın ən qiy­mət­li sərvətlərindən də mühüm olardı. Buna görə də ona lə’nət göndərmək icazəsini özümə vermirəm.»[1]
2-«Əl-əqdül-fərid» kitabında (İbnu Əbdi Rəbbih Ən­də­lusi kimi böyük sünnü aliminin əsəridir) belə oxuyu­ruq: Həsən ibni Əli (əleyhis-salam) vəfat edən ildə Müaviyə Alla­hın evinin ziyarətinə gəldi və Mədinəyə daxil oldu. O, qə­ra­ra almışdı ki, Peyğəmbərin minbərində Əliyə lə’nət gön­dərsin! Müaviyəyə dedilər: «Sə’d ibni Əbi Vəqas məs­cid­dədir və zənnimizcə, o, sənin bu işinə dözə bilməyib kəskin əks-reaksiya göstərəcək. Bir nəfər gön­dər, onun fikrini öyrənsin.»
Müaviyə bir nəfəri Sə’din yanına göndərdi və bu məsə­ləni ona dedi. Sə’d cavabında dedi: «Əgər belə bir iş gör­sən, mən Peyğəmbər məscidindən çıxacaq və bir daha ora gəlməyəcəyəm!»
Müaviyə Sə’din bu cür reaksiyasını görəndən sonra Əli­ni söymədi. Nəhayət, Sə’d dünyadan getdikdən sonra Müa­viyə minbərdə Əlini yenidən söyməyə başladı və özü­nün bütün işçilərinə və övladlarına yazdı ki, min­bər­lər­də onu söysünlər, onlar da bu göstərişə əməl etdilər. Bu hadisə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyat yoldaşı Ümmü Sə­lə­­məyə çatdıqda Müaviyəyə bir məktub yazdı və dedi: «Siz min­bərlərdə Allahı və Peyğəmbəri söyürsünüz! Mə­gər de­mir­­sinizmi ki, Əliyyibni Əbi Talib və onu se­vən­lərə lə’­nət göndərirsiniz?! Mən şahidlik edirəm ki, Al­lah da,Peyğəmbər də Əlini sevir. Deməli, siz əs­lin­də Al­la­hı və Peyğəmbəri lə’nətləyirsiniz!» Müaviyə Üm­mü Sə­lə­mə­nin məktubunu oxudu, lakin onun sözlərinə e’tina etmə­di.[2]
Bu çirkin əməllər ədalətlə uyğun gəlirmi?! Heç bir adil, yaxud aqil insan özünə icazə verməz ki, belə yüksək məqama malik olan bir şəxsiyyəti bu qədər geniş səviyyəli və dəhşətli şəkildə lə’nətləsinlər.
Ərəb şairi deyir:
اعلی المنابر تعلنون بسبه و بسیفه نصبت لکم اعوادها؟!
«Minbərlərdə onu aşkarda lə’nətləyirsiniz,
Halbuki bu min­bərlər onun qılıncının bərəkətindən bərqərar olun­muş­dur!»

 


[1] «Səhihi Müslüm», 4-cü cild, səh.1871, fəzailus-səhabə kitabı; həm­­çinin «Fəthül-Bari fi şərhi Səhihi Buxari», 7-ci cild, səh.60 (O üç fəzilət bunlardır: mənzilət hədisi, ləu’tiyənnər-rayətə ğədən» hədisi və mübahilə ayəsi.)
[2] «Əl-əqdül-fərid», 4-cü cild, səh.366; «Cəvahirul-mətalib fi mənaqibi imam Əliyyibni Əbi Talib», 2-ci cild, səh.228, Məhəmməd ibni Əhməd Dəməşqi Şafei (9-cu hicri əsrində vəfat etmişdir).

 

 

5-Səhabələrin pak hesab edilməsi əqidəsində əsas məqsədlər 7-Peyğəmbər (səlləllahu əleyhi və alih)-İn köməkçİlərİnİn qİsmlərİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma