2-Qur’anda üç namaz vaxtı

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
On mühüm məsələ barəsində islam alimlərinin nəzəri
1-Yuxarıdakı hədislərin xülasəsi8.Dəstəmazda ayaqlara məsh çəkmək

Maraqlıdır ki, Qur’ani-məcid iki ayədə – namazın vaxtı üçün söz açılarkən gündəlik namazları üçün yalnız üç vaxt zikr etmişdir. Bununla belə, təəccüblüdür ki, nə üçün bu qardaşların bə’ziləri namazın beş vaxtda qılınmasını vacib hesab edirlər?!
Gündəlik namazları beş vaxtda qılmağın fəzilətli olması inkarolunası deyildir. Biz də tovfiq tapdığımız hər zaman namazı beş vaxtda qılmağa sə’y göstəririk. Amma əsas məsələ onun vacib olub-olmamasındadır.
Birinci ayə «Hud» surəsindədir:
وَأَقِمِ الصَّلاَةَ طَرَفَیِ النَّهَارِ وَزُلَفًا مِّنَ اللَّیْلِ
“Günün iki tərəfində və gecənin bir qismində nama­zı bərqərar et.”[1]
«Tərəfəyin-nəhar» (günün iki tərəfi) dedikdə əvvəla sübh namazına işarə edir ki, günün əvvəlində qılın­ma­lı­dır. İkincisi isə, zöhr və əsr namazıdır ki, onla­rın vaxtı qüruba qədər davam edir, zöhr və əsr namazlarının vaxtının günəşin qürub etməsinə qədər olması da bu ayədən aşkar şəkildə mə’lum olur.
Amma «zülfən minəl-ləyl» kəlməsinə gəldikdə isə «Mux­tari-Sihah»da və Rağibin «Müfrədat» kitablarında de­dik­lərinə əsasən, «zülf» – «zülfə»nin cəmidir, o da «gecənin əvvəllərinin müəyyən hissələri» mə’nasınadır. Bunula da məğrib və işa namazınlara işarə edilir.
Deməli, əgər Rəsulullah (səlləllahu əleyhi və alih), adətən, na­mazı beş vaxt­da qı­lır­dısa, şübhəsiz, onun fəzilət vax­tı­na riayət etmişdir ki, bi­zim ha­mı­mız ona inanırıq. Am­ma görəsən, nə üçün Qur’an ayə­si­nin za­hi­rini nəzərə almamalı, digər yozumların ardınca getməliyik?!
İkinci ayə «İsra» surəsindədir:
أَقِمِ الصَّلاَةَ لِدُلُوکِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّیْلِ وَقُرْآنَ الْفَجْرِ
«Namazı günəşin zəvalından gecə qaranlığına qə­dər bər­qərar et, həmçinin Qur’ani-fəcri (sübh namazı­nı).»[2]
Bu ayədəki «duluk» kəlməsi «təmayül etmək» deməkdir və günəşin nisfün-nəhardan keçməsi, yəni zəvali-zöhr nə­zər­də tutulur.
«Ğəsəqül-ləyl» də «gecənin qaranlığı» mə’nasındadır ki, bə’ziləri onu gecənin əvvəlləri, bə’ziləri gecə yarısı ki­mi təfsir etmişlər. Çünki Rağibin «Müfrədat»da qeyd et­diyi kimi, «ğəsəq» şiddətli gecə qaranlığına deyilir ki, bu da gecə yarısıdır.
Deməli, «dulukuş-şəms» zöhr namazının vaxtının baş­­lanması, «ğəsəqül-ləyl» məğriblə işa namazlarının vax­tı­nın sona çatması, qur’ani-fəcr də sübh namazına işarə­dir.
Hər bir halda, yuxarıdakı şərif ayədə gündəlik namaz­lar üçün beş vaxt deyil, yalnız üç vaxt tə’yin edilmişdir. Bu da namazların üç vaxtda qılınmasının caiz olmasına də­lalət edir.
Fəxr Razi bu ayənin təfsirində maraqlı bir bəyan irəli sürmüşdür, o da bundan ibarətdir:
ان فسرنا الغسق بطهور اول الظلمة-و حکاه عن ابن عباس وعطا والنضر بن شمیل-کان الغسق عبارة عن اول المغرب وعلى هذا التقدیر یکون المذکور فی الایة ثلاث اوقات وقت الزوال و وقت اول المغرب ووقت الفجر، و هذا یقتضی ان یکون الزوال وقتا للظهر والعصر فیکون هذا الوقت مشترکا بین الصلاتین و ان یکون اول المغرب وقتا للمغرب و العشاء فیکون هذا الوقت مشترکا ایضا بین هاتین الصلاتین فهذا یقتضی جواز الجمع بین الظهر و العصر و المغرب و العشاء مطلقا
«Əgər «ğəsəq»i gecənin başlanğıcındakı ilk qaran­lığın zahir olması mə’nasına götürsək – İbni Abbas, Əta və Nəzr ibni Şəmil də buna inanırlar – ğəsəq məğribin əvvəl vaxtı olacaqdır. Ayədə qeyd olunanlara əsasən, üç vaxt tə’yin olunur: Zəval vaxtı məğribin əvvəl vaxtı və fəcr vaxtı.» (Sonra əlavə edir:) «Bu da onu tələb edir ki, zəval, zöhrlə əsr namazlarının vaxtı olsun. Deməli, bu vaxt iki namazın arasında müştərək vaxtdır. Həmçinin, məğribin əvvəli də məğriblə işa namazlarının vaxtıdır. Buna əsasən, qeyd olunan iki namaz da müştərək vaxta malikdir. Bunların nəticəsi belə olur ki, zöhrlə əsr, məğriblə işa namazlarını birlikdə qılmaq mütləq şəkil­də caizdir.»[3]
Fəxr Razi bura qədər şərif ayənin mə’nasını yaxşı bə­yan et­miş­dir. Lakin onun ardınca deyir ki, «üzürlü səbəb və səfər olma­dan iki namazın birlikdə qılın­ması­nın caiz olmamasına dair dəlil olduğuna görə, ayəni üzürlü səbəblər olan hala aid etməliyik.»[4]
Xatırlatmalıyıq ki, nəinki ayənin üzürlü səbəblərə məxsus ol­ma­sına dair dəlilimiz yoxdur, üstəlik çoxlu rəvayətlərdə (yuxarıda onlara işarə etdik) qeyd olunur ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) heç bir üzürlü səbəb və səfərdə olmadığı halda bə’zən zöhrlə əsr, məğriblə işa na­maz­larını bir yerdə qılmışdır ki, öz ümmətinə ge­niş­lik, rüxsət bağışlasın və onlar bu icazədən bəhrələnə bilsinlər. Bundan əlavə, ayənin mütləqliyini çox məhdud olan hallara məxsus etmək necə mümkündür, halbuki üsul elmində isbat olunduğu kimi, əksəriyyətə təxsis vurmaq caiz deyildir.
Hər bir halda, şərif ayənin üç vaxtın bəyan edilməsi ilə əlaqədar aşkar bəyanından əl çəkmək olmaz
Bu deyilənlərdən aşağıdakı nəticələri alırıq:
1-Qur’an beş namazın üç vaxtda qılınmasına icazə verilməsini aşkar şəkildə bəyan etmişdir.
2-Hər iki firqənin mö’təbər kitablarında olan rəva­yətlər göstərir ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) dəfələrlə iki namazı birlikdə qılmışdı, halbuki nə səfərdə idi, nə də digər üzürlü səbəblər vardı. Bunu da müsəlmanlara bir icazə olaraq vermişdir ki, əzab-əziyyətə, məşəqqətə düşməsinlər.
3-Namazın 5 vaxtda qılınmasının fəzilətli olma­sına bax­ma­ya­raq, bu fəzilətə israr etmək və verilən icazə­nin qarşısını almaq nəti­cəsində camaatdan çoxu, xüsusilə cavan nəsil namazı tərk edir və bu məs’uliyyətli vəzifəni rüxsətlə müxalif olanların boyun­la­rına atır.
Heç olmazsa, sünnü alimləri qəbul etməlidirlər ki, ca­van­lar bu məsələdə biz Əhli-beyt ardıcıllarının fət­va­sı­na tabe olurlar. Hətta «Əl-əzhər»in böyük alimi Şeyx Ma­h­mud Şəltut Cə’fəri məzhəbinə əməl etməyin caiz­liyi­nə dair fətva da vermişdir.
Bir daha təkrar edirik: Bunu qəbul etməliyik ki, ha­zır­kı dünyada çoxlu fəhlələr, dövlət qulluqçuları, şa­gird­lər, ali məktəb tələbələri və digər sinifdən olanlar üçün nama­zı beş vaxtda qılmaq çox çətindir. Belə isə, Peyğəm­bəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in belə bir günlər üçün nə­zər­də tut­duğu rüxsətdən istifadə etməməliyikmi ki, cavanlar və müxtə­lif siniflərdən olanlar namaza təşviq edilsin­lər?!
Fərizənin (vacib əməlin) tərk edilməsi bahasına sünnənin (müstəhəb əməlin) icra olunmasına israr etmək düzgündürmü?!



[1] «Hud» surəsi, ayə: 114
[2] «İsra» surəsi, ayə: 78
[3] «Təfsiri Kəbir», Fəxr Razi, 20-ci cild, səh. 27
[4] Yenə orada.

1-Yuxarıdakı hədislərin xülasəsi8.Dəstəmazda ayaqlara məsh çəkmək
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma