QEYB ELMİNİN ALLAHA MƏXSUS OLMASI
Qeyb elmini bilmək yalnız Allaha məxsusdurmu?
Qurani-Kərimdə həm qeyb elminin Allaha məxsus olduğunu göstərən eləcə də peyğəmbərlərə qeyb elmi bəxş olunduğunu göstərən ayələr var. Qeyb elminin Allah-taalaya məxsus olduğunu göstərən ayələrdə qeyb elmi müstəqil formada nəzərdə tutulur. Qeyb elmini Allahdan qeyrisi üçün də mümkün sayan ayələrdə isə onun tabe, asılı və Allahın izni ilə verilən forması nəzərdə tutulur.