QURAN BAXIMINDAN AĞLIN FƏALİYYƏT VƏ FUNKSİYASI

Quran baxımından ağlın fəaliyyət və funksiyaları hansılardır?

Quranın bəyanına əsasən, ağlın fəaliyyət və funksiyası bunlardan ibarətdir:
1-    Zikir: unutqanlığın antonimi kimi;
2-    Fikir: düşünmək və ağılın fəaliyyəti;
3-    Fiqh: dərk və dəlil əsasında elm əldə etmək;
4-    Şüur: elm, bilgi və daxili hiss;
5-    Bəsirət: idrak qüvvəsi və elm;
6-    Dirayət: elm, savad və zəka.
Quranda ağıl üçün işlədilən, elm və idrak məfhumunu çatdıran bütün sözlər elmin prizmalarından birinə işarə edir və ona uyğun şəkildə istifadə edilmişdir.

QURANIN KOR KORANƏ TƏQLİDƏ BAXIŞI

Qurani-kərimdə kor-koranə təqlid necə bəyan olunur?

 “Şuəra”, “Maidə”, “Əraf”, “Loğman” və “Zuxruf” surələrində keçmişdəkilərə təqlid bəhanəsi ilə müşriklərin haqq qarşısında müqavimətindən söz açır. Bu minvalla küfr, bütpərəstlik, növbənöv günahlar və xoşagəlməz adətlər kor-koranə təqlid vasitəsilə nəsildən-nəsilə ötürülürdü. Təqlid ruhu onların ağıl və düşüncəsinə elə qalın pərdə salmışdı ki, hər bir həqiqəti inkar edirdilər.
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال الصادق عليه السلام :

«من انشد في الحسين عليه السلام بيتا من شعر فبکي و ابکي عشرة فله و لهم الجنة‏»

هر کس در رثاي حسين عليه السلام يک بيت از قصيده‏اي بخواند و بگريد و ده نفر را بگرياند پاداش آنان بهشت است.

بحارالانوار، ج 44، ص 288