tarixi 2 Material

Vəhy evinə yürüş

Vəhy evinə yürüş

Tədqiq edən: İslami maarif və təhqiqat qrupu

 

Əfsanə, yoxsa həqiqət?

Son zamanlar Sistan-Bəluçistan əyalətində islam tarixindən kifayət qədər məlumatı olmayan bir şəxs Peyğəmbəri-əkrəmin (səlləllahu əleyhi və alih) əziz qızı barəsində “Fatimeyi-Zəhranın şəhadət əfsanəsi” adlı bir məqalə yazmışdır. O, həzrət Fatimənin (əleyha-salam) fəzilət və üstünlüklərini zikr etdikdən sonra ona qarşı göstərilən hörmətsizliyi və onun şəhadətini inkar etmişdir. Digərləri də öz çıxışlarında bu məsələni vurğulamışlar. Məqalədə islamın aydın və inkar olunmaz tarixi təhrif olunduğundan biz bu təhrifin bəzi guşələrini aydınlaşdırmaq, bu həqiqətləri bir qədər bəyan etmək məcburiyyətində qalmışıq ki, islamın böyük xanımı həzrət Fatimeyi-Zəhranın (əleyha salam) şəhadətinin tarixdə inkar olunmaz bir həqiqət olması hamıya məlum olsun. Əgər onlar belə bir bəhsi başlamasaydılar, biz də hazırkı şəraitdə onu irəli çəkməzdik. Bu yazıda aşağıdakı məsələləri aydınlaşdırırıq:

1. Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərində;

2. Quran və hədislərdə həzrət Fatimənin (əleyha salam) evinin hörməti;

3. Həzrətin evinə hörmətsizlik.

Ümidvarıq ki, qeyd olunan bu üç məsələni ətraflı şərh edəndən sonra məqalənin müəllifi həqiqətə tabe olub öz yazdıqlarından peşman olacaq, nəticədə öz səhvlərini düzəltmək qərarına gələcəkdir. Diqqət etmək lazımdır ki, qarşınızdakı yazı bütünlükdə əhli-sünnətin ən məşhur və ən mötəbər mənbələrinə istinadən qələmə alınmışdır.

 

1. Fatimeyi-Zəhra (əleyha salam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözlərində

 

Həzrət Fatimə çox yüksək məqama malik idi. Peyğəmbərin öz qızı haqqında söylədikləri onun hər növ günahlardan, zahiri və batini aludəlikdən pak-pakizə olduğundan hekayət edir. Həzrət onun barəsində buyurmuşdur:

فٰاطِمَةُ بَضْعَةٌ مِنّی فَمَنْ أَغْضَبَهٰا أَغْضَبَنی

“Fatimə mənim canımın parçasıdır; hər kəs onu (narahat edib) qəzəbləndirsə, məni qəzəbləndirmişdir.” (1)

Məlum məsələdir ki, peyğəmbəri-əkrəmin (səlləllahu əleyhi və alih) qəzəblənməsi onun ruhən inciməsinə, narahat olmasına səbəb olur. Qurani-kərimdə o həzrəti narahat edən bir şəxsin cəzası aşağıdakı formada bəyan edilir:

وَالَّذِینَ یُؤْذُونَ رَسُولَ اللهِ لَهُمْ عَذَابٌ أَلِیمٌ

“Allahın Peyğəmbərini incidənləri ağır əzab gözləyir.” (2)

Həzrət Fatimənin ismət və yüksək fəzilətinə bundan da möhkəm və tutarlı dəlil olarmı ki, Peyğəmbərin başqa bir bəyanında Fatimənin razılığı Allahın razılığı, onun qəzəbi Allahın qəzəbi kimi təqdim olunur:

یٰا فٰاطِمَةُ إِنَّ اللهَ یَغْضِبُ لِغَضَبِکِ وَ یَرْضٰى لِرِضٰاکِ

“Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, razılığınla razı olur.” (3)

Məhz belə yüksək məqama malik olduğuna görə dünya qadınlarının xanımıdır. Peyğəmbər onun barəsində belə buyurmuşdur:

یٰا فٰاطِمَةُ! أَلا تَرْضینَ أنْ تَکُونَ سَیِّدَةَ نِسٰاءِ الْعٰالَمینَ، وَ سَیِّدَةَ نِسٰاءِ هٰذِهِ الاُمَّةِ وَ سَیِّدَةَ نِسٰاءِ الْمُوْمِنینَ

“Qızım, Fatimə! Allahın sənə bəxş etdiyi bu kəramət və əzizliklə razı olmazsanmı ki, sən dünya qadınlarının, bu ümmətin qadınlarının və bütün imanlı qadınların xanımısan!.” (4)

 

2. Quran və hədislərdə həzrət Fatimənin (əleyha salam) evinin hörməti

 

Hədis alimləri qeyd edirlər ki, فِى بُیُوتٍ أَذِنَ اللهُ أَنْ تُرْفَعَ وَیُذْکَرَ فِیهَا اسْمُهُ ayəsi (5) nazil olanda Peyğəmbər onu məsciddə tilavət etdi. Bu zaman bir nəfər ayağa qalxaraq:

– Ey Allahın Rəsulu! Belə bir əhəmiyyətə malik evlər dedikdə hansı evlər nəzərdə tutulur? deyə soruşdu.

Həzrət :

 – Peyğəmbərlərin evləri, deyə cavab verdi.

Əbubəkr ayağa qalxıb Əli və Fatimənin evinə işarə edərək:

 – Bu ev də həmin evlərdəndirmi? deyə soruşdu.

Peyğəmbər cavabında buyurdu: – Bəli, onların içində ən seçilənlərdəndir! (6)

 

Həzrət Fatimənın (əleyha salam) evinə qarşı hörmətsizlik.

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) doqquz ay müddətində öz qızının qapısına gəlir, ona və əziz həyat yoldaşına salam verir, (7) sonra isə bu ayəni tilavət edirdi:

إِنَّمَا یُرِیدُ اللهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیراً

“Allah istəyir ki, siz Əhli-beytdən hər növ çirkinliyi aradan aparıb sizi pak pakizə qərar versin.” (8)

Bu ev ilahi nurun mərkəzidir, Allah onu uca tutmağa əmr edib. O çox yüksək məqama malikdir.

Bəli! “Əshabi-kisa”nı özündə yerləşdirən, Allah tərəfindən belə bir yüksək əzəmətlə yad edilən bu evə bütün müsəlmanlar ehtiramla yanaşmalı idi!

İndi isə nəzər salaq, peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra bu evin ehtiramını necə saxladılar?! O evin hörmətini necə tapdaladılar?! Özləri də buna aşkar şəkildə necə etiraf etdilər?! Evin hörmətini pozanlar kimlər idi? Onların məqsədləri nə idi?

 

3. Həzrətin evinə hörmətsizlik

Bu qədər təkidli tövsiyələrə baxmayaraq təəssüf ki, bəziləri ona əhəmiyyət verməyib, hörmətini pozdular. Bu məsələ gizlədilməsi qeyri-mümkün olan məsələlərdəndir. Bununla bağlı əhli-sünnətin kitablarından bir neçə fakt qeyd edirik ki, peyğəmbərin əziz qızının evinə hörmətsizliyin və daha sonra baş verənlərin əfsanə yox, danılmaz tarixi hadisə olması aydınlaşsın!

Xəlifələrin dövründə əhli-beytin fəzilət və yüksək məqamlarının qələmə alınmasına qarşı ciddi nəzarət və şiddətli təzyiq olduğuna baxmayaraq, “həqiqət bir şeydir ki, Allah onun keşiyindədir” qanununun  hökmünə əsasən, bu həqiqət hədis və tarix kitablarında canlı şəkildə qorunub saxlanmışdır. Mənbələri nəql edərkən zaman ardıcıllığını əvvəlki əsrlərdən nəzərə alaraq əsrimizin yazıçılarına qədər qeyd edirik.

a) Məşhur əhli-sünnət mühəddisi Əbubəkr ibn Əbuşeybə özünün “Əl-müsənnəf” kitabında

“Əl-müsənnəf” kitabının müəllifi Əbubəkr ibn Əbuşeybə (159-235) səhih sənədlərlə belə nəql edir:

إِنَّهُ حِینَ بُویِعَ لاَِبِی بَکْرٍ بَعْدَ رَسُولَ اللهِ (صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ) کانَ عَلیٌّ وَ الزُّبَیْرُ یَدْخُلانِ عَلىٰ فٰاطِمَةَ بِنْتِ رَسُولِ الله، فَیُشٰاوِرُونَهٰا وَ یَرْتَجِعُونَ فِی أَمْرِهِمْ. فَلَمّٰا بَلَغَ ذٰلِکَ عُمَرَ بْنَ الْخَطّاٰبِ خَرَجَ وَ دَخَلَ عَلىٰ فاطِمَةَ، فَقٰالَ: یٰا بِنْتَ رَسُولِ الله وَ اللهِ مٰا أَحَدٌ أَحَبُّ إِلَیْنٰا مِنْ أَبِیکِ وَ مٰا مِنْ أَحَدٍ أَحَبُّ إِلَیْنٰا بَعْدَ أَبِیکِ مِنْکِ، وَ أَیْمُ اللهِ مٰا ذٰاکَ بِمٰانِعی إِنِ اجْتَمَعَ هٰؤلاءِ النَّفَرُ عِنْدَکِ أَنْ أَمرْتُهُمْ أَنْ یُحْرَقَ عَلَیْهِمُ الْبَیْتَ.قٰالَ: فَلَمّٰا خَرَجَ عُمَرُ جٰاؤُوهٰا، فَقٰالَتْ: تَعْلَمُونَ أنَّ عَمَرَ قَدْ جٰاءَنِی، وَ قَدْ حَلَفَ بِاللهِ لَئِنْ عُدْتُمْ لَیُحرِقَنَّ عَلَیْکُمُ الْبَیْتَ، وَ أَیْمُ اللهِ لَیْمِضَیَّنَ لِمٰا حَلَفَ عَلَیْهِ.

“Camaat Əbubəkrə beyət edən zaman Əli və Zübeyr Fatimənin evində müşavirə edirdilər. Bu məsələ Ömər ibn Xəttaba çatanda o, Fatimənin evinə gəlib dedi: “Ey Allahın Rəsulunun qızı! Bizə görə ən sevimli şəxs sənin atan və atandan sonra sənsən. Lakin Allaha and olsun! Bu məhəbbət bu şəxslərin sənin evində bir yerə yığışdığı halda mənim o evi yandırmağa dair fərman verməyinə mane ola bilməz!”

Bu sözləri deyib qayıtdı. Əli və Zübeyr evə qayıdanda Peyğəmbərin qızı onlara dedi: “Ömər bura gəldi. O, and içib dedi ki, siz bura təkrar yığışsanız, evi içindəkilərlə birlikdə yandıracağam. And olsun Allaha! O, and içdiyi işi görəcəkdir!” (9)

Bir daha təkrar edirik ki, bu hadisə “Əl-müsənnəf” kitabında səhih sənədlərlə nəql olunmuşdur.

b) Digər məşhur əhli-sünnət mühəddisi Bilazəri “Əsnabul-əşraf” kitabında.

Məşhur yazıçı və böyük “Tarix” kitabının müəllifi olan Əhməd ibn Yəhya ibn Cabir Bəlazuri  (270 ildə vəfad edib) bu tarixi hadisəni özünün “Ənsubul-əşraf” kitabında belə nəql edir:

إِنَّ أَبابَکر أَرْسَلَ إلَى عَلیٍّ یُریدُ الْبَیْعَةَ فَلَمْ یُبایِعْ، فَجٰاءَ عُمَرُ وَ مَعَهُ فَتیلةٌ! فَلَقیَِتْهُ فاطِمَةُ عَلَى الْبٰابِ فَقٰالَتْ فاطِمَةُ: یَابْنَ الْخَطّابِ، أَتَرٰاکَ مُحْرِقاً عَلیَّ بٰابِی؟ قالَ: نَعَمْ، وَذلِکَ أَقْوىٰ فیمٰا جٰاءَ بِهِ اَبُوکِ....

Əbubəkr, Əlinin ardınca adam göndərdi ki, ondan beyət alsın, lakin Əli beyətdən imtina etdi. Sonra Ömər məşəl ilə (od vurmaq üçün) gəlib evin qarşında dayandı. Fatimə ona dedi: “Ey Xəttabın oğlu! Görürəm ki, evimi yandırmaq fikrindəsən?!” Ömər dedi: “Bəli! Bu iş atanın dininə kömək edəcəkdir!” (10)

 

v) İbn Qüteybə “Əl-imamətu vəs-siyasət” kitabında

Məşhur tarixçi, islam aləminin şöhrətli ədibi, yazıçısı, islam tarixində tanımış şəxsiyyət, “Təvilu muxtələfil-hədis”, “Ədəbul-katib” və s. kitabların müəllifi Əbdullah ibn Müslim ibn Qüteybə Deynəvəri (212-276)  (11) “Əl-imamətu vəs-siyasət” kitabında belə yazır:

إنّ أبابَکْر(ض) تَفَقَّدَ قَوْماً تَخَلَّفُوا عَنْ بَیْعَتِهِ عِنْدَ عَلیّ کَرَّمَ اللهُ وَجْهَهُ فَبَعَثَ إِلَیْهِمْ عُمَرُ فَجٰاءَ فَنٰادٰاهُمْ وَ هُمْ فی دٰارِ عَلیٍّ، فَأَبَوْا أَنْ یَخْرُجُوا فَدَعٰا بِالْحَطَبِ وَ قٰالَ: وَالَّذی نَفْسُ عُمَرَ بِیَدِهِ لَتَخْرُجَنَّ أَوْ لأَحْرَقَنَّهٰا عَلىٰ مَنْ فِیهٰا، فَقِیلَ لَهُ: یٰا أَبٰا حَفْصٍ إِنَّ فِیهٰا فٰاطِمَةَ فَقٰالَ، وَإِنْ!

Əbubəkr Öməri, beyətdən imtina edərək Əlinin evinə yığılanların ardınca göndərdi. O, Əlinin evinə çatanda “çölə çıxın!” – deyə səsləndi. Onlar bu işdən imtina etdikdə Ömər odun yığdı və dedi: “O Allaha and olsun ki, Ömərin canı onun əlindədir! Evdən çıxmasanız, hamınızla bir yerdə evi yandıracağam!” Bir kişi Ömərə dedi: “Ey Əbuhəfs! (Ömərin künyəsidir) Peyğəmbərin qızı Fatimə bu evdədir!”. O dedi: “Hətta o da orada olsa (yandıracağam)! (12)

İbn Qüteybə bu ürək yandıran və kədərli hadisənin ardını belə nəql edir:

ثُمَّ قٰامَ عَمُرُ فَمَشٰى مَعَهُ جَمٰاعَةٌ حَتّٰى أَتَوْا فٰاطِمَةَ فَدقُّوا الْبٰابَ فَلَمّٰا سَمِعَتْ أَصْوٰاتَهُم نٰادَتْ بِأَعْلىٰ صَوْتِهٰا یٰا أَبَتٰاهُ یٰا رَسُولَ الله مٰاذٰا لَقینٰا بَعْدَکَ مِنْ ابْنِ الْخَطّاٰبِ وَ ابْنِ أَبِی الْقُحٰافَةِ فَلَمّٰا سَمِعَ الْقَوْمُ صَوْتَهٰا وَ بُکٰائَهٰا انْصَرَفُوا وَ بَقِیَ عُمَرُ وَ مَعَهُ قَوْمٌ فَأَخْرَجُوا عَلَیّاً فَمَضَوْا بِهِ إِلىٰ أَبِی بَکْرٍ فَقٰالُوا لَهُ بٰایِعْ، فَقٰالَ: إنْ أَنَا لَمْ أَفْعَلْ فَمَهْ؟ فَقٰالُوا: إِذاً وَاللهِ الَّذی لا إلـٰهَ إِلاّ هُوَ نَضْرِبُ عُنُقَکَ...!

“Ömər bir qrup adamla Fatimənin qapısına gəldi. Qapını döydülər. Fatimə onların səsini eşidən zaman uca səslə dedi: “Ey Allahın Rəsulu! Səndən sonra Xəttabın və Əbu Quhafənin övladları tərəfindən bizə nələr (müsibətlər) çatmadı!” Ömərlə gələnlər onun ağlamaq səslərini eşidən zaman qayıtdılar, lakin Ömər bir neçə adamla qaldı və Əlini evdən çıxardıb Əbubəkrin yanına gətirdi. Əbubəkr dedi: “Beyət et!” Əli dedi: “Beyət etməsəm, nə olacaq?!” Dedilər: “Vahid Allaha and olsun ki, sənin boynunu vuracağıq!” (13)

Tarixin bu hissəsi Şeyxləri (Əbubəkrlə Öməri) sevənlər üçün olduqca xoşagəlməz və ağır olduğuna görə bəziləri ibn Qüteybənin bu kitabının kim tərəfindən yazılması barəsində şəkk-şübhə yaratmağı qərara almışlar. Halbuki, tarix elminin ustadı ibn Əbil-Hədid bu kitabı onun əsərlərindən hesab edərək daim ondan sitatlar gətirir. Təəssüflər olsun ki, bu kitabda təhrifə yol verilmiş, mətləblərinin bir qismi son çaplarda ixtisara salınmışdır. Halbuki, həmin məsələ ibn Əbil-Hədidin "Nəhcul-bəlağə"yə yazdığı şərhdə qeyd olunmuşdur. Zərkuli “Əlam” kitabında bu kitabı ibn Qüteybənin əsərlərindən hesab edərək əlavə edir: “Alimlərdən bəzisi kitabın ona aid olması ilə bağlı nəzər vermişlər, yəni şəkk-şübhəni özlərinə deyil, başqalarına aid etmişlər. (14) İlyas Sərkis də bu kitabı ibn Qüteybənin əsərlərindən hesab edir. (15)

 

ğ) Təbəri və onun “Tarix” kitabı

Məşhur tarixçi Məhəmməd ibn Cərir Təbəri (310-cu qəməri ilində vəfat edib) öz kitabında vəhy evinə hörmətsizlik olunmasını belə bəyan edir:

أتى عُمَرُ بنُ الْخَطّابِ مَنْزِلَ عَلیٍّ وَ فیهِ طَلْحَةٌ وَ الزُّبَیْرُ وَ رِجالٌ مِنَ الْمُهاجِرِینَ، فَقالَ وَاللهِ لاََحْرِقَنَّ عَلَیْکُمْ أَوْ لَتَخْرُجَنَّ إلى الْبَیْعَةِ، فَخَرَج عَلَیْهِ الزُّبیرُ مُصْلِتاً بِالسَّیْفِ فَعَثَرَ فَسَقَطَ السَّیْفُ مِنْ یَدِهِ، فَوَثَبُوا عَلَیْهِ فَأَخَذُوهُ

“Ömər ibn Xəttab Əlinin evinə gəldi. Təlhə, Zübeyr və mühacirlərdən bir qrup adam orada toplaşmışdı. Ömər onlara xitab edərək dedi: “Allaha and olsun! Beyət üçün evdən çıxmasanız evi yandıracağam!” Zübeyr qılıncını siyirmiş halda evdən çıxdı, birdən ayağı sürüşdü və qılınc əlindən düşdü. Başqaları hücum edərək qılıncı götürdülər.” (16)

Tarixin bu hissəsi göstərir ki, xəlifə üçün beyət alınması tam irtica və zorakılıq şəraitində, təhdidlə baş vermişdi. Amma görəsən belə bir beyətin nə qədər dəyəri vardı? Belə bir məsələ barəsində insaflı mühakiməni oxucuların özünə həvalə edirik.

 

d) İbn Əbdi Rəbbih və “Əqdul-fərid” kitabı

İbn Əbdi Rəbbih Əndolosi adı ilə məşhur olan Şəhabuddin Əhməd (463-cü ildə vəfat edib) “Əqdul-fərid” kitabında “Səqifə tarixi” barəsində ətraflı bir bəhs irəli çəkmişdir. O, “Əbubəkrə beyətdən imtina edənlər” ünvanı ilə yazır:

فَأمّا عَلیٌّ وَ الْعَبّاسُ وَ الزُّبَیرُ فَقَعَدُوا فِی بَیْتِ فاطِمَةَ حَتّى بَعَثَ إِلَیْهِمْ أَبُوبَکْرُ، عُمَرَ بْنَ الْخَطّابِ لِیُخْرِجَهُمْ مِنْ بَیْتِ فاطِمَةَ وَ قالَ لَهُ: إنْ أَبَوْا فَقاتِلْهُمْ، فَأَقْبَلَ بِقَبَس مِنْ نار أَنْ یُضرِمَ عَلَیْهِمُ الدّارَ، فَلَقِیَتْهُ فاطِمَةُ فَقالَ: یا ابْنَ الْخَطّابِ أَجِئْتَ لِتَحْرِقَ دارَنا؟! قالَ: نِعَمْ، أوْ تَدْخُلُوا فیما دَخَلَتْ فیهِ الأُمَّةُ!

Əli, Abbas və Zübeyr Fatimənin evində oturmuşdur. Əbubəkr Ömər ibn Xəttabı göndərdi ki, onları Fatimənin evindən çıxartsın. Ömərə göstəriş vermişdi ki, “əgər evdən çıxmasalar, onlara güc tətbiq et!” Ömər ibn Xəttab əlində məşəl Fatimənin evinə yola düşdü. O, evi yandırmaq niyyətində idi. Bu zaman Fatimə ilə qarşılaşdı. Peyğəmbərin qızı dedi: “Ey Xəttabın oğlu! Bizim evimizi yandırmağa gəlmisən?!” O, cavab verərək: “Bəli! Yalnız o zaman bu fikirdən dönərəm ki, ümmətin daxil olduğuna siz də daxil olasınız!” dedi (17)

Burada Ömərin evi yandırmaqla bağlı qəti qərarını aşkar göstərən hissə sona çatdı. İndi ikinci hissəni araşdırır və bu nəhs fikrin əməli olaraq həyata keçdiyini bəyan edən faktları qeyd edirik. Onların məqsədlərinin Əli və onun köməkçilərini beyətə məcbur etmək üçün yalnız hədə-qorxudan ibarət olması və belə bir təhdidi əməli olaraq həyata keçirmək fikrində olmamaları əsla təsəvvür olunmamalıdır.

 

Yürüş baş verdi!

Bura qədər xəlifə və onun ətrafındakıların bəd niyyətini göstərən tarixi sitatlar sona çatdı. Bəziləri bu faciənin davamını aydın əks etdirmək istəməmiş, yaxud əks etdirə bilməmişlər. Halbuki, başqaları faciənin məzmununa, yəni vəhy evinə yürüşə və s. işarə etmişlər. İndi həzrət Fatimeyi-Zəhra (əleyha salam)-ın evinə olan hücum və ona qarşı göstərilən hörmətsizliyə dair hadisələrin mənbələrini qeyd edirik. (Burada da mənbələri nəql edərkən əksər hallarda zaman ardıcıllığı nəzərə alırıq.)

 

e) Əbu Ubeyd və “Əl-əmval” kitabı

Əbu Ubeyd Qasim ibn Salam (224-cü qəməri ilində vəfat edib) əhli-sünnət fəqihlərinin etimad göstərdiyi “Əl-əmval” kitabında yazır:

“Əbdurrəhman ibn Ovf deyir: Əbubəkr ölüm ayağında ikən onun evinə getdim. Uzun söhbətdən sonra dedi: وَدَدْتُ أنّی لَمْ أکْشِفْ بَیْتَ فاطِمَةَ وَ تَرَکْتُهُ وَ إنْ أُغْلِقَ عَلَى الْحَرْبِ“Kaş gördüyüm üç işi görməzdim: Kaş görmədiyim üç işi görəydim! Kaş Peyğəmbərdən üç şeyi soruşardım! Görməməyi arzu etdiyim birinci iş budur ki, kaş Fatimənin evinə hörmətsizlik etməyəydim, onu rahat buraxaydım, hətta müharibə niyyəti ilə qapını bağlamış olsaydı belə!”  (18)

Əbu Ubeyd bura çatanda “ləm əkşif beytə Fatimətə və tərəktuhu” (yəni kaş Fatimənin evinə hörmətsizlik etməyəydim, onu rahat buraxaydım) cümləsinin yerinə yazır:  "və kəza və kəza" (və sair və sair). Sonra əlavə edir ki,  onu qeyd etməyə marağım yoxdur.”

Əbu Ubeyd özünün məzhəbi təəssübkeşliyi üzündən, yaxud başqa (naməlum) səbəblərə görə həqiqəti nəql etmək fikrindən dönsə də, “Əl-əmval” kitabını tədqiq edənlər onun haşiyəsində yazmışlar ki, ixtisara salınan cümlələr “Mizanul-etidal” kitabında qeyd olunmuşdur. Bundan əlavə Təbərani özünün “Möcəm” kitabında, İbn Əbdi Rəbbih isə “Əqdul-fərid” kitabında və başqaları ixtisara salınmış cümlələri qeyd etmişlər. (Diqqət edin!)

 

ə) Təbərani və “Əl-möcəmul-kəbir” kitabı

Əbulqasım Süleyman ibn Əhməd Təbərani (260-360 h.q.) (Zəhəbi “Mizanul-etidal” kitabında (19) onu mötəbər adam sayır) “Əl-mucəmul-kəbir” kitabında (bu kitab təkrar çap olunmuşdur) Əbubəkr, onun xütbələri və vəfatı ilə əlaqədar belə xatırladır:

أَمّٰا الثَّلاثُ اللاَّئِی وَدَدْتُ أَنِّى لَمْ أَفْعَلْهُنَّ، فَوَدَدْتُ أَنِّی لَمْ أَکُنْ أَکْشِِفُ بَیْتَ فٰاطِمَةَ وَ تَرَکْتُهُ...

Əbubəkr ölüm ayağında müəyyən şeyləri təmənna edir və deyirdi: “Kaş üç işi görməzdim, uç işi görərdim və üç şeyi də Peyğəmbərdən soruşaydım! Görməməyi arzu etdiyim şeylərdən biri budur: Kaş Fatimənin evinə sayğısızlıq etməyəydim və onu rahat buraxaydım!” (20)

Bu təbirlər gözəl şəkildə göstərir ki, onun etdiyi təhdidlər (evə od vurmaq) Ömərin vasitəsi ilə həyata keçmişdi.

 

f) Yenə də İbn Əbdi Rəbbih və “Əqdul-fərid” kitabı

“Əl-əqdul-fərid kitabının müəllifi İbn Əbdi Rəbbih Andolosi (463-ci ildə vəfat edib) öz kitabında Əbdurrəhman ibn Ovfdan belə nəql edir:

Əbubəkr xəstə olanda onu ziyarət etməyə getdim. O, dedi: “Kaş üç şeyi yerinə yetirməzdim. O üç şey bundan ibarətdir:

وَدَدْتُ أنّی لَمْ أکْشِفُ بَیْتَ فٰاطِمَةَ عَنْ شَیْءٍ وَإنْ کٰانُوا أَغْلَقُوهُ عَلَى الْحَرْبِ

“Kaş Fatimənin evinin qapısını açmazdım, hətta düşmənçilik məqsədilə evin qapısını bağlamış olsaydılar belə!” (21)

Gələn bəhslərdə də xəlifənin bu sözlərini nəql edən digər şəxsiyyətlərin adlarını və bu barədə dediyi sözləri qeyd edəcəyik.

 

i) Nəzzamın “Əl-vafi bil-vəfəyat” kitabındakı sözü

İbrahim ibn Səyyad Nəzzam Mötəzili (160-231 h.q.) nəzm və nəsrdə kəlamının gözəlliyinə görə “Nəzzam” adı ilə məşhur olmuşdur. O, bir çox kitablarda Fatimənin evinə yürüş məsələsini qeyd edərək deyir:

إِنَّ عُمَرَ ضَرَبَ بَطْنَ فٰاطِمَةَ یَوْمَ الْبَیْعَةِ حَتّٰى ألْقَتِ الْمُحْسِنَ مِنْ بَطْنِهٰا

“Ömər Əbubəkr üçün beyət alınan gündə  Fatimənin qarnına (zərbə) vurdu və bətnindəki "Möhsin" siqt oldu.” (22)

 

j) Mübərrəd və “Kamil” kitabı

İbn Əbil-Hədid yazır: "Məşhur ədib, yazıçı və bir çox məşhur əsərlərin sahibi olan Məhəmməd ibn Yəzid ibn Əbdul-Əkbər Bağdadi (210-285 h.q.) özünün “Əl-kamil” kitabında Əbdurrəhman ibn Ovfdan "xəlifənin arzuları" hadisəsini qeyd edərək yazır:

وَدَدْتُ أنّی لَمْ أکُنْ کَشَفْتُ عَنْ بَیْتِ فاطِمَةَ وَ تَرَکْتُهُ وَ لَوْ أُغْلِقَ عَلَى الْحَرْبِ

(23)

 

y) Məsudi və “Murucuz-zəhəb” kitabı

Məsudi (vəfat 325-ci h.q.) “Murucuz-zəhəb” kitabında yazır: Əbubəkr can verərkən deyirdi: “Mən üç iş görmüşəm və arzu edirəm ki, kaş onları görməyəydim. Onlardan biri bu idi:

فَوَدَدْتُ أنّی لَمْ أَکُنْ فَتَّشْتُ بَیْتَ فٰاطِمَةَ وَ ذَکَرَ فِی ذٰلِکَ کَلاماً کَثِیراً!

“Kaş Fatimənin evinin hörmətsizlik etməyəydim!” O bu barədə çox sözlər demişdir." (24)

Məsudi əhli-beyt (əleyhimus-salam) ilə əlaqədar müvafiq nəzəriyyələrə malik olsa da, burada sanki xəlifənin sözünü qeyd etməkdən çəkinmiş və kinayə ilə (üstü örtülü şəkildə) keçmişdir. Əlbəttə, səbəbini Allah bilir və söz yox ki, Allahın bəndələri də bəzi şeyləri bilir.

 

k) Zəhəbi və “Mizanul-etidal” kitabı

Zəhəbi “Mizanul-etidal” kitabında Məhəmməd ibn Əhməd Kufi Hafizdən nəql edir ki, Əhməd ibn Məhəmmədin – İbn Əbi Darəmin adı ilə şöhrət tapmış mühəddis Kufinin hüzurunda (vəfat 357-ci h.q.) bu hədis oxundu:

إِنَّ عُمَرَ رَفَسَ فٰاطِمَةَ حَتّٰى أسْقَطَتْ بِمُحْسِنٍ

“Ömər Fatiməyə bir təpik vurdu və onun bətnində olan Möhsün aldı uşaq siqt oldu.” (25)

 

g) Əbdul-Fəttah Əbdul-Məqsud və “Əl-imam Əli” kitabı

O, kitabının iki yerində vəhy evinə hücum ilə bağlı bəhs etmişdir. Biz onlardan birini qeyd etməklə kifayətlənirik:

وَالَّذِی نَفْسُ عُمَرَ بِیَدِهِ، لَیَخْرُجَنَّ أَوْ لاَحْرَقَنَّهٰا عَلىٰ مَنْ فِیهٰا...! قٰالَتْ لَهُ طاٰئِفَةٌ خٰافَتِ اللهََ وَرَعَتِ الرَّسُولَ فِی عَقَبِهِ: یٰا أَبٰاحَفْصٍ، إِنَّ فِیهٰا فَاطِمَةَ...»! فَصٰاحَ: لا یُبٰالِی وَ إِنْ...! وَ اقْتَرَبَ وَ قَرَعَ الْبٰابَ، ثُمَّ ضَرَبَهُ وَ اقْتَحَمَهُ... وَ بَدٰا لَهُ عَلِیٌّ... وَ رَنَّ حِینَذٰاکَ صَوْتُ الزَّهْرٰاءِ عِنْدَ مَدْخَلِ الدّٰارِ... فَإنْ هِیَ إلاّ طَنینُ اسْتِغاثَةٍ...

“Ömər dedi: “Allaha and olsun ki, Ömərin canı onun əlindədir! Ya evdən çıxmalısınız, ya da sakinləri ilə birlikdə onu odlayacağam!” Allahdan qorxan və peyğəmbərin vəfatından sonra onun ailəsinin məqam və məzilətinə ehtiram qoyanlardan bir dəstəsi dedi: “Ey Əba Həfs! (Axı) Fatimə bu evdədir?!” O, qorxub-çəkinmədən bağırdı: “Olsun!” Sonra yaxınlaşdı, qapını döydü və evə soxuldu. Əli (əleyhis-salam) irəli çıxdı.... evin girəcəyində Fatimənin səsi ucaldı... O, köməyə çağırırdı...”

 

* * *

 

 

Bu bəhsi Məqatil ibn Ətiyyənin “Əl-imamətu vəl-xilafət” kitabındakı digər bir rəvayətlə sona çatdırırıq (baxmayaraq ki, bu barədə deyilməmiş sözlər daha çoxdur). O, öz kitabında belə yazır:

إِنَّ أَبٰابَکْرٍ بَعْدَ مٰا أَخَذَ الْبَیْعَةَ لِنَفْسِهِ مِنَ النّٰاسِ بِِالْإِرْهٰابِ وَ السَّیْفِ وَ الْقُوَّةِ أَرْسَلَ عُمَرَ وَ قُنْفُذاً وَ جَمٰاعَةً إِلىٰ دٰارِ عَلِىٍّ وَ فٰاطِمَةَ (عَلَیْهِمَا السَّلامُ) وَ جَمَعَ عُمَرُ الْحَطَبَ عَلَىٰ دٰارِ فٰاطِمَةَ وَ أَحْرَقَ بٰابَ الدّٰارِ!...

“Əbubəkrin camaatdan təhdid və qılınc gücü ilə beyət aldığı zaman Öməri, Qonfozu və bir qrup adamı Əli və Fatimənin evinə göndərdi. Ömər odun yığdı və evin qapısını yandırdı...” (27)

Bu rəvayətin izahında digər ifadələr vardır ki, qələm onları bəyan etməkdən həya edir.

 

Nəticə

Ümumiyyətlə əhli-sünnət mənbələrində nəql olunan bu qədər aydın sənədlərlə baxmayaraq, ə onların bəziləri “şəhadət əfsanəsi” ifadəsindən istifadə edərək bu acı və danılmaz tarixi hadisəni saxta hesab edirlər! Əgər onlar bu həqiqətin inkarına israr etməsəydilər, biz də bəhsi bu qədər genişləndirməzdik. Ümidvarıq ki, bu həqiqətlərin bəyan edilməsi qəflət yuxusunda olan insanları ayıldacaq ki, tarixi həqiqətləri təəssüb layları arasında gizlətməsinlər və onları inkar etməsinlər.

 Və ma ələyna illəl-bəlağ.

(“Bizim vəzifəmiz yalnız təbliğ etməkdir!”)

 

 

Ədəbiyyat:

1. “Fəthul-Bari fi şərhi Səhihi-Buxari”, 7-ci cild, səh. 84; həmçinin Buxari bu hədisi “Əlamatun-nübüvvət” bölməsində: 6-cı cild, səh. 491-də; “Məğazi” kitabının axırlarında: 8-ci cild, səh. 110-da qeyd etmişdir.

2. “Tövbə” surəsi, ayə 61.

3. “Müstədrək”, Hakim Nişapuri, 3-cü cild, səh. 154; “Məcməuz-zəvaid”, 9-cu cild, səh. 203. Hakim “Müstədrək” kitabında elə hədisləri qeyd etmişdir ki, Buxari və Müslimin hədisin səhihliyində lazım bildiyi şərtlərə malikdir.

4. “Müstədrək”, Hakim, 3-cü cild, səh. 156.

5  “Nur” surəsi, ayə 36: “(Allahın nuru) elə evlərdədir ki, Allah onlara icazə vermişdir ki, onların məqam və mənzilətləri yüksəlsin və adı onlarda yad olunsun.”

6. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) فی بُیُوتِ أَذِنَ اللهُ أَنْ تُرْفَعَ وَ یُذْکَرَ فِیهَا اِسْمُهُayəsini oxuduqda bir nəfər ayağa qalxıb dedi: “Ya Rəsuləllah! Bu evlər hansılardır?” Həzrət buyurdu: “Peyğəmbərlərin evi.” Əbubəkr ayağa qalxıb Əli və Fatimənin evinə işarə edərək dedi: “Ya rəsuləllah! Bu ev onlardandırmı?” Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Bəli! (Həm də) onların ən fəzilətlisidir.” “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 203, “Nur” surəsinin təfsiri. “Ruhul-məani”, 18-ci cild, səh. 174.

7. “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 606.

8. “Əhzab” surəsi, ayə 33.

9 .“Əl-müsənnəf”, İbn Əbi Şeybə, 8-ci cild, səh. 572, “Məğazi” kitabı.

10. “Ənsabul-əşraf”, 1-ci cild, səh. 586, “Darul-məarif” çapı, Qahirə.

11. “Əl-əlam”, Zərkuli, 4-cü cild, səh. 137.

12. “Əl-imamətu vəs-siyasət”, İbn Qüteybə, səh.12, “Misirin “Məktəbətut-ticariyyətil-Kübra” çapxanası.

13. Yenə orada, səh. 13.

14. “Mocəmul-mətbuat əl-ərəbiyyə”, 1-ci cild, səh. 212.

15 .“Əl-əlam”, Zərkuli, 4-cü cild, səh. 137, Beyrut, “Darul-elm” çapı.

16. “Tarixi Təbəri”, 2-ci cild, səh. 443, Beyrut çapı.

17. “Əqdul-fərid”, 4-cü cild, səh. 93, “Hilal” çapxanası.

18. “Əl-əmval”, 4-cü vərəqaltı haşiyəsi, “Nəşri kulliyatil-Əzhəriyyə” çapı, səh. 144, Beyrut; İbn Əbdi Rəbbih də “Əqdul-fərid”, 4-cü cild, səh. 93-də onu nəql etmişdir. Bu, sonradan qeyd olunacaqdır.

19. “Mizanul-etidal”, 2-ci cild, səh. 195.

20. “Əl-möcəm əl-kəbir”, Təbərani, 1-ci cild, səh. 62, hədis 34, Həmdi Əbdul-Məcid Sələfinin təhqiqi.

21. “Əqdul-fərid”, 4-cü cild, səh. 93, “Hilal” çapxanası.

22. “Əl-vafi bil-vəfəyat”, 6-cı cild, səh. 17, nömrə 2444; “Əl-miləlu vən-nihəl”, Şəhristani, 1-ci cild, səh. 57, “Darul-mərifət” çapı, Beyrut. Nəzzamın tərcümeyi-halında “Buhusun fil-miləli vən-nihəl” kitabına baxın: 3-cü cild, səh. 248-255.

23. "Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 46-47, Misir çapı.

24. “Murucuz-zəhəb”, 2-ci cild, səh. 301, “Darul-Əndolos” çapı, Beyrut.

25. “Mizanul-etidal”, 1-ci cild, səh. 139, nömrə 552.

26. Əbdul-Fəttah Əbdul-Məqsud, “Əli ibn Əbu Talib”, 4-cü cild, səh. 276-277.

27. “Əl-İmamətu vəl-xilafət”, səh. 160-161. Bu, Müqatil ibn Ətiyyənin kitabıdır ki, Doktor Hamid Davudun müqəddiməsi ilə çap olunmuşdur. O, Qahirənin “Eynuş-şəms” universitetinin müəllimidir (Beyrut çapı, “Əl-bəlağ” muəssisəsi).

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال ابي عبدالله (عليه السلام)

مَنْ مَاتَ فِي طَرِيقِ مَکَّةَ ذَاهِباً أَوْ جَائِياً أَمِنَ مِنَ الْفَزَعِ الاَْکْبَرِ يَوْمَ الْقِيَامَةِ.

کسى که در راه رفتن يا بازگشتن از مکه بدرود حيات گويد، از ترس و هراس روز قيامت ايمن گردد.

تهذيب الاحکام: 5/23/68