Qısa cavab:
Quran ayəsində deyilir ki, onun zatından başqa hər şey məhv və puç olmağa məhkumdur. Bu məhvolma və fanilik, yalnız bu dünyanın sonundan sonrakı məhv olma deyil. Bütün mövcudat indi də onun bərabərində fani və məhvdir. Necə ki, vücudları mümkün olan varlıqlar onun pak Zatından asılıdırlar, hər an onun vücudundan qidalanırlar, öz zatlarında nəyəsə malik deyillər, nələri varsa Allahdandır.
Ətraflı cavab:
“Qəsəs” surəsinin 88-ci ayəsindən bu suala cavab almaq olar.
کُلُّ شَىء هالِکٌ الاّ وَجْهَهُ
"Onun zatından başqa hər şey məhv və puç olmağa məhkumdur."
Lüğəvi baxımdan “vəch” sözü üzə və insan bədəninin öndə olan hissəsinə deyilir. Amma bu söz Allah barəsində işlənərkən onun pak Zatı kimi başa düşülür.
“Halik” sözü isə “həlak” kökündən götürülmüşdür, “ölüm” və “məhv olmaq” deməkdir. Bu səbəbdən yuxarıdakı ayə Allahdan savayı bütün varlıqların məhv olmasına bir işarədir. Bu məhvolma və fanilik, yalnız bu dünyanın sonundan sonrakı məhv olma deyil. Bütün mövcudat indi də onun bərabərində fani və məhvdir. Necə ki, vücudları mümkün olan varlıqlar onun pak Zatından asılıdırlar, hər an onun vücudundan qidalanırlar, öz zatlarında nəyəsə malik deyillər, nələri varsa Allahdandır.
Bundan əlavə, bu dünyanın varlıqlarının hamısı dəyişkəndirlər. Hətta "cövhəri hərəkət" nəzəriyyəsinə görə onların zatları dəyişkənlikdən ibarətdir. Bilirik ki, hərəkət və dəyişkənlik daimi fanilik və təzələnmə deməkdir. Hər an maddi dünyanın varlıqları ölüb yenidən dirilirlər. Bu üzdən hazırda da fanidirlər. Fəna və dəyişikliyin yol tapa bilmədiyi və tam müstəqil olan zat Onun müqəddəs zatıdır.
Bu dünyada qalacaq yeganə varlığın Allahın pak zatı olduğunu biləndən sonra aydın olur ki, müəyyən cəhətdən Onun pak zatına aidiyyəti olan varlıq da özünə bəqa və əbədiyyət rəngi alacaq. Onun tərəfindən olan ilahi din əbədidir. Onun üçün olan saleh əməl əbəbdidir. Ona aid olan ilahi rəhbərlər ona aid olduqlarına görə əbədiyyət rəngi alırlar. Qısa desək, Onun pak zatı ilə hər hansı formada bağlılığı olan hər şey üçün o baxımdan fəna və həlakət yoxdur. (1)
Şərh qeydə alınmayıb