Qısa cavab:
Tarixi faktlara görə İmam Hüseyn (ə) Zubalə məntəqəsinə yetişəndə süd qardaşı Abdullah ibn Yəqtirin şəhadət xəbərini ona verdilər. O bir yazını çıxarıb insanlar üçün oxudu:
“Bismillahir-rəhmanir-rəhim. Amma sonra. Müslim ibn Əqil, Hani ibn Ürvə və Abdullah ibn Yəqtirin şəhadət xəbəri bizə yetişdi. Şiələrimiz bizə kömək etməkdən əl çəkdilər. Sizdən hər kəs qayıtmaq istəsə qayıda bilər, öhdəsində bizdən heç bir beyət yoxdur.”
Bu sözlərin ardınca camaat İmamın ətrafından dağlışdılar. Onun yanında yalnız Mədinədən onunla gələn insanlar qaldılar.
Ətraflı cavab:
İmam Hüseyn (əleyhis-salam) müxlis və sadiq dostları üçün aşağıdakı addımları atmışdı:
İmam (ə) “Bu hərəkətin sonu ölümdür!” – buyurmaqla dünya və vəzifə arzusunda olanların onlarla yol yoldaşı olmamasını istəyirdi. Məsələn, İmam (əleyhis-salam) Məkkədən İraqa tərəf yola düşərkən aşağıdakı məzmunda xütbə oxudu:
اَلْحَمْدُلِلّهِ ما شاءَ اللّهُ، وَ لا قُوَّهَ اِلاّ بِاللّهِ، وَ صَلَّى اللّهُ عَلى رَسُولِهِ، خُطَّ الْمَوْتُ عَلى وُلْدِ آدَمَ مَخَطَّ الْقَلادَهِ عَلى جیدِ الْفَتاهِ، وَ ما اَوْلَهَنی اِلى اَسْلافی اِشْتِیاقُ یَعْقُوبَ اِلى یُوسُفَ، وَ خُیِّرَلِی مَصْرَعٌ اَنَا لاقیهِ. کَاَنِّی بِاَوْصالی تَقْطَعُها عَسْلانُ الْفَلَواتِ بَیْنَ النَّواویسِ وَ کَرْبَلاءَ فَیَمْلاَنَّ مِنِّی اَکْراشاً جَوْفاً وَ اَجْرِبَهً سَغْباً، لا مَحیصَ عَنْ یَوْم خُطَّ بِالْقَلَمِ، رِضَى اللّهِ رِضانا اَهْلَ الْبَیْتِ، نَصْبِرُ عَلى بَلائِهِ وَ یُوَفّینا اَجْرَ الصّابِرینَ. لَنْ تَشُذَّ عَنْ رَسُولِ اللّهِ(صلى الله علیه وآله) لَحْمَتُهُ، وَ هِىَ مَجْمُوعَهٌ لَهُ فى حَظیرَهِ الْقُدْسِ، تَقَرُّ بِهِمْ عَیْنُهُ وَ یُنْجَزُ بِهِمْ وَعْدُهُ. مَنْ کانَ باذِلا فینا مُهْجَتَهُ، وَ مُوَطِّناً عَلى لِقاءِ اللّهِ نَفْسَهُ فَلْیَرْحَلْ مَعَنا فَاِنَّنِی راحِلٌ مُصْبِحاً اِنْ شاءَ اللّهُ تَعالى.
"Həmd olsun Allaha, o, nə istəsə (o da olar). Güc-qüvvət yalnız ona məxsusdur. Allahın salamı olsun göndərdiyi peyğəmbərə!
Agah olun! Bəşər övladının boynundakı ölüm xaltası cavan qızların boyunlarına salınan boyunbağı kimidir (ölüm daim insanla yoldaşdır). Mənim öz dünyadan gedənlərimlə (ata, ana, baba və qardaşım) görüşməyə olan şövqüm Yaqubun Yusiflə görüşməyə olan şövqü kimidir. Mənim şəhid olacağım yer təyin olunub, şübhəsiz bir gün ona çatacağam. Sanki, Nəvavislə Kərbəla arasında yırtıcı çöl canavarlarını görürəm ki, bədənimi tikə-tikə parçalayır, mənimlə boş qarınlarını və su məşklərini doldururlar. Allahın təqdir qələmi ilə yazılan həmin gündən (Aşura günündən) qaçmaq mümkün deyil. Allahın rizası və biz Əhli-beytin rizası belədir. (Allahın razı olduğu hər şeyə biz Əhli-beyt də razıyıq.) Biz bəla və ilahi sınağda səbirliyik. O, səbr edənlərin böyük mükafatını bizə verəcək. Allahın rəsulunun canının parası əsla ondan ayrılmayacaq və “Həzirətul-quds”da (Cənnətin yüksək dərəcələrində) ona qovuşacaq. Allahın rəsulunun (sallallahu əleyhi və alih) gözləri onun nəslinin vasitəsilə aydın olacaq, verdiyi vədə onlar vasitəsi ilə vəfa olunacaq. Hər kəs qanını bizim yolumuzda fəda etməyə və Allahın görüşünə getməyə hazırdırsa, bizə qoşulsun. Mən – Allahın istəyi ilə − sabah səhər hərəkət edəcəyəm. (1)
Bu qısa xütbə İmamın (əleyhis-salam) ən dolğun və yaddaqalan xütbələrindəndir. Xütbədən aydın olur ki:
Birincisi, İmam (əleyhis-salam) bu təhlükəli İraq səfərinin axır-aqibətindən xəbərdar idi, lakin Allahın rizasını bu səfərdə gördüyünə görə ona müsbət cavab verdi.
Başqa sözlə desək, bu səfəri böyük ilahi sınaq bilirdi ki, qısa bir zamanda və uzun illər boyu İslam dünyasında ciddi dəyişikliklər törətməli və İslamın ən təhlükəli düşmənlərini rüsvay edərək onların taxt-tacını başlarına çevirməli idi. Bu hərəkət gələcək nəsillər üçün ibrət, qəhrəmanlıq, izzət və iftixar dolu bir dərs olmalı idi.
İkincisi, İmam (əleyhis-salam) onunla bir yerdə hərəkət edən şəxslərin heç birini onun aqibətindən xəbərsiz qoymadı və nəyisə onlardan gizlətmədi. Bu səbəbdən yalnız Allah yolunda şəhadət aşiqi olan safqəlbli insanlar onunla hərəkət etdilər. Bu insanların adları haqq yolunda ən yüksək şəhid kimi tarixin səhifəsində həkk olunmalı idi.
Həmçinin, İmam (əleyhis-salam) Zubalə (2) məntəqəsinə yetişəndə süd qardaşı Abdullah ibn Yəqtirin (Müslim və Haninin şəhadətindən əlavə) şəhadət xəbərini ona verdilər. O bir yazını çıxarıb insanlar üçün oxudu:
بِسْمِ اللّهِ الرَّحْمنِ الرَّحِیمِ اَمّا بَعْدُ; فَقَدْ اَتانا خَبَرٌ فَضیعٌ! قَتْلُ مُسْلِمِ بْنِ عَقیل وَ هانِی بْنِ عُرْوَهَ وَ عَبْدُاللّهِ بْنِ یَقْطُرَ، وَ قَدْ خَذَلَتْنا شیعَتُنا، فَمَنْ اَحَبَّ مِنْکُمُ الاِنْصِرافَ فَلْیَنْصَرِفْ، لَیْسِ عَلَیْهِ مِنّا ذِمامٌ
“Bismillahir-rəhmanir-rəhim. Amma sonra. Müslim ibn Əqil, Hani ibn Ürvə və Abdullah ibn Yəqtirin şəhadət xəbəri bizə yetişdi. Şiələrimiz bizə kömək etməkdən əl çəkdilər. Sizdən hər kəs qayıtmaq istəsə qayıda bilər, öhdəsində bizdən heç bir beyət yoxdur.”
Bu sözlərin ardınca camaat İmamın ətrafından dağlışdılar. Onun yanında yalnız Mədinədən onunla gələn insanlar qaldılar.
İmamın (ə) bu sözləri deməsində məqsəd, bir qrup insanın həzrətin (əleyhis-salam) onun fərmanına tabe olan bir şəhərə daxil olacağını, hökuməti ələ alacağını və bu yolla mal-mülkə çatacaqlarını düşünmələri idi. Lakin Kufənin vəfasız əhalisinin İmamın müdafiəsindən əl götürdüklərini, məntiqlə deyilərsə, İmam və silahdaşlarının şəhadətdən başqa bir yolları qalmadığını görən kimi onun ətrafından dağılışdılar. (3)
Bu sözlər açıq-aşkar göstərir ki, İmam (əleyhis-salam) bu təhlükəli səfərdə öz öhdəsində xüsusi bir vəzifə görürdü. Əks təqdirdə Kufə camaatının əhdlərini sındırdıqlarını, eləcə də, Müslimin, Haninin və Abdullahın şəhid olduqlarını eşidən kimi qətiyyətlə Məkkəyə və yaxud Mədinəyə qayıdar və İbn Ziyadın tam hakimiyyəti altında olan Kufəyə tərəf getməzdi. Həmçinin, o, beyətini bütün tərəfdarlarından götürməz və aydın formada deməzdi ki, biz təhlükəli bir səfərə gedirik, başqa gümanları olanlar azaddırlar, qayıtsınlar.
Əhli-sünnənin görkəmli alimi Qənduzi nəql edir ki, İmam (əleyhis-salam) Zubalə mənzilində Müslim ibn Əqilin şəhadət xəbərini və kufəlilərin əhlərinə sadiq qalmadıqlarını eşidəndə üzünü silahdaşlarına çevirib dedi:
اَیُّهَا النّاسُ فَمَنْ کانَ مِنْکُمْ یَصْبِرُ عَلى حَدِّ السَّیْفِ وَ طَعْنِ الاَسِنَّهِ فَلْیَقُمْ مَعَنا وَ اِلاّ فَلْیَنْصَرِفْ عَنّا
"Ey camaat! Sizdən hər kəs qılıncların kəsəri və nizə yaraları qarşısında səbirlidirsə, bizimlə gəlsin, əks təqdirdə bizdən ayrılsın." (4) (5)
Şərh qeydə alınmayıb