Qısa cavab:
Zöhd tərki-dünyalıq, rahiblik və ictimai həyatdan qaçmaq demək deyil, əksinə zöhdün həqiqəti dünyanın pəncəsindən azad olmaq deməkdir. Zahid insan o insana deyilir ki, bütün dünyanı onun ixtiyarına versələr belə, ona ürək bağlamasın.
Ətraflı cavab:
Dünyaya olan məhəbbət Peyğəmbərdən (s) nəql olunan məşhur hədisə görə, bütün günahların mənşəyidir:
"Bütün günahlar və xətaların mənbəyi dünya sevgisidir."
حُبُّ الدُّنْیا رَاْسُ کُلِّ خَطِیئَه
Bizim təcrübə və müşahidələrimiz göstərir ki, bütün təcavüzlər, cinayətlər, zülmlər, yalanlar, xəyanətlər dünya malı və maqamına, eləcə də şəhvətə olan bağlılıqdan irəli gəlir.
Bütün bunları nəzərə almaqla aydın olur ki, zöhd (zahidlik) təqvanın, paklığın və ləyaqətin əsas sütunudur. Lakin zöhd tərki-dünyalıq, rahiblik və ictimai həyatdan qaçmaq demək deyil, əksinə zöhdün həqiqəti dünyanın pəncəsindən azad olmaq deməkdir.
Zahid insan o insana deyilir ki, bütün dünyanı onun ixtiyarına versələr belə, ona ürək bağlamasın.
Əgər bir gün görsə ki, Allahın rizası onların hamısından əl çəkməkdədir, bu alqı-satqıya hazır olsun və ürəkdən desin: "Hər iki aləmi düşmənə ver ki, dost bizə bəsdir."
Əgər bir gün azadlıq, şərəf və imanın mal, can və həyatdan əl çəkməkdə olsa, “Heyhat minnəzzilləh!” fəryadını ucaltsın.
Qurani-kərimdə deyildiyi kimi zahid o insandır ki, keçmişə və əlindən gedənlərə təəssüflənməsin, hazırda əlində olanlara da çox sevinməsin.
لِّکَیْلاَ تَاْسَوْا عَلَى مَا فَاتَکُمْ وَلاَ تَفْرَحُوا بِمَا آتَاکُمْ
Şərh qeydə alınmayıb