Qısa cavab:
Ənəs ibn Malikdən belə nəql olunur:
Bir gün Bilal sübh namazı üçün Peyğəmbərin (sallallahu əleyhi və alih) xidmətinə gec gəldi. Allahın Rəsulu:
−Nə üçün gec gəldin? – deyə soruşdu.
Bilal:
−Fatimənin (əleyhis-salam) evinin yanından keçirdim. O, əli ilə un üyüdürdü, uşağı da ağlayırdı. Mən ona dedim: “İcazə versəniz, mən unu üyüdərəm, siz də uşağı sakitləşdirin, ya da icazə verin mən uşağı sakitləşdirim siz də unu üyüdün.” O dedi: “Mən uşağa sizdən daha mehribanam”. (Mən unu üyütməyə başladım, o da uşağını sakitləşdirdi.) Ona görə bura gec gəldim, − deyə cavab verdi.
Ətraflı cavab:
İbn Həcər və digər alimlər həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) bir hədis nəql edirlər ki, Peyğəmbər (s) səfərdən qayıdanda öncə Fatimeyi-Zəhranı (s.ə) görməyə gedər və bir müddət onun yanında qalardı.
Bir gün həzrət Zəhra (s.ə) üçün iki gümüş qolbaq, bir boyunbağı və iki sırğa düzəltmişdilər. Həmçinin, xanım evin içində pərdə asmışdı. Peyğəmbər (sallallahu əleyhi və alih) içəri girəndə bu dəyişiklikləri görüb çölə çıxdı. Onun üzündə narahatçılıq əlamətləri aydın secilirdi. Peyğəmbər (s) məscidə gəlib minbərdə əyləşdi.
Fatimə (əleyhis-salam) Peyğəmbərin (s) bu cüzi zinət əşyalarına görə narahat olduğunu anladı. Onların hamısını atasının yanına göndərdi ki, Allah yolunda və onun rizası üçün xərcləsin.
Peyğəmbərin (sallallahu əleyhi və alih) onlara gözü düşəndə üç dəfə dedi:
فَعَلَتْ، فِداها اَبُوها
"Fatimə mənim istədiyimi etdi, Atası ona qurban olsun!" (1)
Aydındır ki, bir cüt gümüş qolbaq, boyunbağı və gümüşdən hazırlanmış sırğaların o qədər də qiyməti yox idi. Asılmış sadə pərdələrin qiyməti isə onlardan da az idi, lakin Peyğəmbər (sallallahu əleyhi və alih) hətta bunları da Fatiməyə layiq bilmir, onun fəzilət və üstünlüyünü insani xüsusiyyətlərində görürdü.
Fatimə (əleyhis-salam) bu dərsi atasından mükəmməl şəkildə öyrəndi. Həm dünyanın bər-bəzəyindən əl çəkib özünü onun əsarətindən xilas etdi, həm də sahib olduqlarını Allah yolunda yoxsullara sərf etdi.
“Hilyətul-övliya” kitabında bir hədisdə nəql olunur ki, həzrət Fatimənin (əleyhis-salam) hətta evə naməhrəm qonaqlar gələrkən geyməyə kifayət qədər paltarı yox idi. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) öz əbasını ona verdi ki, özünü örtsün və xəstəliyinə görə onu görməyə gələn qonaqları qarşılamaq üçün hazırlansın.
Fatimənin (əleyhis-salam) cehizi, həmçinin onun son dərəcə sadə keçirilən toyunda baş verənlər onun kamil zöhdünə əyani nümunədir.
Onun Əlinin (əleyhis-salam) evində xidmətləri, belə ki, bir əllə çörək bişirmək üçün buğdanı un edir, digər əli ilə körpəsini qucağında tutması onun zöhd məqamının göstəriciləridir.
Aşağıdakı hədis qeyd etdiklərimizin şahididir:
Əbu Nəim İsfahani belə nəql edir:
لَقَدْ طَحَنَتْ فاطِمَهُ بِنْتُ رَسُولِ اللهِ(صلى الله علیه وآله) حَتّى مَجَلَتْ یَدُها، وَ رَبا، وَ اَثَّرَ قُطْبُ الرَّحى فِی یَدِها
"Fatimə, Allahın Rəsulununun (sallallahu əleyhi və alih) qızı öz əlləri ilə o qədər un üyüdürdü ki, əli qabaq olub yara salmışdı. Əl dəyirmanın izləri əllərində aydın görünürdü." (2)
Əhli-sünnənin məşhur kitablarından olan “Müsnədi Əhməd” kitabında Ənəs ibn Malikdən belə nəql olunur:
Bir gün Bilal sübh namazı üçün Peyğəmbərin (sallallahu əleyhi və alih) xidmətinə gec gəldi. Allahın Rəsulu:
−Nə üçün gec gəldin? – deyə soruşdu.
Bilal:
−Fatimənin (əleyhis-salam) evinin yanından keçirdim. O, əli ilə un üyüdürdü, uşağı da ağlayırdı. Mən ona dedim: “İcazə versəniz, mən unu üyüdərəm, siz də uşağı sakitləşdirin, ya da icazə verin mən uşağı sakitləşdirim siz də unu üyüdün.”
O dedi: “Mən uşağa sizdən daha mehribanam”. (Mən unu üyütməyə başladım, o da uşağını sakitləşdirdi.) Ona görə bura gec gəldim, − deyə cavab verdi.
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
فَرَحِمْتَها رَحِمَکَ اللهُ
Şərh qeydə alınmayıb