Qısa cavab:
Rəvayətə görə peyğəmbər (s) bir gün o öz yoldaşlarına üzünü tutub soruşdu:
Qadınlar üçün hər şeydən yaxşı nədir?
Səhabələr nə cavab verəcəklərini bilmədilər.
Əli (ə) Fatimənin (ə) yanına gəlib bu məsələni ona xəbər verdi.
Xanım Fatimə (ə) dedi:
Nə üçün demədin ki: Hər şeydən yaxşı budur ki, onlar naməhrəm kişiləri görməsinlər və naməhrəm kişilər də onları görməsin.
Ətraflı cavab:
Onun yüksək iffət məqamı haqqında “Zəxairul-uqba” kitabında Əsma bint Umeysdən heyrətamiz bir hekayə nəql olunur:
Bir gün Fatimə (əleyha-salam) mənə dedi:
−Mədinə camaatı öz qadınlarını vəfat edəndən sonra dəfn etmək üçün xoşagəlməz vəziyyətdə aparır, onların üzərinə yalnız bir parça atırlar, bədəninin həcmi o parçadan aydın hiss olunur. Onların bu işindən xoşum gəlmir.
Əsma "Mən Həbəşistanda belə bir şey görmüşəm ki, ölüləri onunla aparırdılar." – deyib xurma ağacının budaqlarını götürüb xüsusi tabut düzəltdi və o budaqların üzərinə parça atdı. Onlar ölünün bədənini onun içinə qoyurdular və bədən görünmürdü.
Fatimə (əleyha-salam) bunu görəndə dedi: "Çox yaxşıdır!" (Mən dünyadan gedəndə məni onunla götürün....)"
Həmin hədisin ardında deyilir: "Fatimənin (əleyha-salam) gözü ona düşəndə təbəssüm etdi və bu, Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra onun yeganə təbəssümü idi." (1)
Əbu Nəim həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edir ki, bir gün o öz yoldaşlarına üzünü tutub soruşdu:
مَا خَیْرُ لِلْنِساءِ
Qadınlar üçün hər şeydən yaxşı nədir?
Səhabələr nə cavab verəcəklərini bilmədilər.
Əli (əleyhis-salam) Fatimənin (əleyha-salam) yanına gəlib bu məsələni ona xəbər verdi.
Xanım Fatimə (əleyha-salam) dedi:
Nə üçün demədin ki:
خَیْرٌ لَهُنَّ اَنْ لا یَرَیْنَ الرِّجالَ وَ لاَ یَرَوْنَهُنَّ
− Hər şeydən yaxşı budur ki, onlar naməhrəm kişiləri görməsinlər və naməhrəm kişilər də onları görməsin. (Onlarla xüsusi məclisləri olmasın.)
Əli (əleyhis-salam) qayıdıb bu cavabı Peyğəmbərə (sallallahu əleyhi və alih) dedi.
Peyğəmbər (sallallahu əleyhi və alih) soruşdu:
مَنْ عَلَّمَکَ هذا
− Bu cavabı sənə kim öyrətdi?
Əli (əleyhis-salam) dedi:
− Fatimə (əleyha-salam)
Buyurdu:
اِنَّها بَضْعَهٌ مِنِّی
Şərh qeydə alınmayıb