Qısa cavab:
Hədis və təfsir mənbələrində “Onlar yaranmışların ən yaxşılarıdır” ayəsi, həzrət Əli (ə) və onun tərəfdarlarına aid edilərək təfsir olunub.
Ətraflı cavab:
Əhli-sünnə və şiənin məşhur mənbələrindən bizə çatan rəvayətlərdə, اُولئِکَ هُمْ خَیْرُ الْبَرِیَّهِ
“Onlar yaranmışların ən yaxşılarıdır” ayəsi, həzrət Əli (ə) və onun tərəfdarlarına aid edilərək təfsir olunub.
Əhli-sünnənin məşhur elmi şəxsiyyətlərindən Hakim Həskani Nişaburi (hicri təqvimi ilə 5-ci əsrdə) bunu, özünün məşhur “Şəvahidut-tənzil” kitabında müxtəlif mənbələrlə iyirmidən çox rəvayətdə nəql edir. Nümunə üçün onlardan bir neçəsini nəzərdən keçirək:
İbn Abbas deyir:
اِنَّ الَّذینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ اُولئِکَ هُمْ خَیْرُ الْبَرِیَّهِ
“İman gətirib yaxşı əməllər edən isə yaradılmışların ən yaxşısıdır.” ayəsi nazil olanda Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu:
هُوَ اَنْتَ وَ شِیعَتُکَ تَاْتِی اَنْتَ وَ شِیعَتُکَ یَوْمَ الْقِیامَهِ راضِیْنَ مَرْضِیِّینَ، وَ یَاْتِی عَدُوُّکَ غَضْباناً مُقْمَحِین
“Bu ayədə məqsəd sən və sənin şiələrindir. Qiyamət meydanına elə bir halda gələcəksizniz ki, siz Allahdan razı və Allah da sizdən razıdır. Düşmənlərin qiyamət meydanına qəzəbli halda gələcək və qəzəbli halda cənənnəmə gedəcəklər.” (1) (Bəzi nüsxələrdə, مُقْمَحِیْن “zəncirlənmış halda- yazılıb).
Başqa bir hədisdə Əbu Bərəzədən nəql olunub: "Peyğəmbər (s) bu ayəni qiraət edən zaman buyurdu:
هُمْ اَنْتَ وَ شِیْعَتُکَ یا عَلِىُّ، وَ مِیْعادُ ما بَیْنِى وَ بَیْنَکَ الحَوْضُ
“Onlar sən və sənin şiələrindir, ey Əli! Mənimlə sənin vəd olunduğumuz yer Kövsər hovuzunun kənarıdır.”".
3. Başqa bir hədisdə Cabir ibn Abdullah Ənsari nəql edir: Biz Peyğəmbərin (s) hüzurunda idik. Allah evinin kənarında əyləşmişdik. Həzrət Əli (ə) bizə tərəf gəldi. Peyğəmbər (s) onu görəndə buyurdu:
قَدْ اَتاکُمْ اَخِى
“Qardaşım sizin sorağınıza gəlir.” Bu zaman üzünü Kəbəyə tutub dedi:
وَ رَبِّ هذِهِ الْبُنْیَهِ! اِنَّ هذاوَ شِیْعَتِهُ هُمُ الْفائِزُونَ یَوْمَ الْقِیامَهِ
“Bu Kəbənin Allahına and olsun ki, bu kişi və onun tərəfdarları qiyamətdə nicat tapanlardandır.” Sonra bizə üz tutub əlavə etdi:
اَما وَ اللّهِ اِنَّهُ اَوَّلُکُمْ اِیْماناً بِاللّهِ، وَ اَقْوَمُکُمْ بِاَمْرِ اللّهِ، وَ اَوْفاکُمْ بِعَهْدِ اللّهِ وَ اَقْضاکُمْ بِحُکْمِ اللّهِ وَ اَقْسَمُکُمْ بِالسَّوِیَّهِ، وَ اَعْدَلُکُمْ فِى الرَّعِیَّهِ، وَ اَعْظَمُکُمْ عِنْدَ اللّهِ مَزِیَّهً
“And olsun Allaha! O, sizin hamınızdan öncə iman gətirib, sizdən öncə Allahın əmrinə tabe oldu, ilahi fərmana vəfalı olmaqda sizin hamınızdan öndədir, Allah hökmü ilə qəzavət etməkdə daha üstün, (beytül-malı) bölgüdə hamınızdan daha çox bərabərliyə riayət edən, camaatla daha çox ədalətli davranan və Allah yanında məqamı hamıdan üstün olandır.”
Cabir deyir: "Bu zaman Allah, “İman gətirib yaxşı əməllər edən isə yaradılmışların ən yaxşısıdır.” ayəsini nazil etdi. O zamandan başlayaraq, həzrət Əli (ə) gələndə Peyğəmbərin (s) səhabəsi deyirdi: "Allah Rəsulundan (s) sonra yaranmışların ən yaxşısı gəldi!""
Bu ayənin Kəbə kənarında nazil olması onun“mədəni” (Mədinədə nazil olan) ayələrdən sayılması üçün zidiyyət yaratmır. Mümkündür ki, təkrar nazil olan ayələrdən və ya tətbiq anlamında olmuş olsun. Ayənin nazil olmasının Peyğəmbərin (s) Mədinədən Məkkəyə səfər etdiyi zamanlara təsadüf etməsi də qeyri-mümkün deyil. Hədisi nəql edən Cabir ibn Abullah Ənsaridir və o, Mədinədə Peyğəmbərə (s) qoşulub. Beləliklə də, bu ayənin Mədinə ayələrinə aid edilməsi mümkündür.
Bu hədislərdən bir qismini İbn Həcər “Səvaiq”də, digər bir qismini də Məhəmməd Şibələnci “Nurul-əbsar”da yazıb. Cəlaləddin Süyuti “Durrul-mənsur” kitabında son hədisin əsas hissəsini İbn Əsakir və Cabir ibn Abdullaha istinad edərək nəql edib. (5)
4. “Durrul-mənsur” da İbn Abbasdan nəql edilir. “İman gətirib yaxşı əməllər edən isə yaradılmışların ən yaxşısıdır.” ayəsi nazil olan zaman Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu:
هُوَ اَنْتَ وَ شِیْعَتُکَ یَوْمَ الْقِیامَهِ راضِیْنَ مَرْضِیِّیْنَ
“Məqsəd sən və sənin şiələrindir. Qiyamətdə həm siz Allahdan razı, həm də Allah sizdən razı olacaqdır!” (6)
5. “Durrul-mənsur” kitabında İbn Mordəvieyhdən, o da həzrət Əlidən (ə) belə nəql edir: Peyğəmbər (s) mənə buyurdu:
اَ لَمْ تَسْمَعْ قَوْلَ اللّهِ عَزَّوَجَلَّ: اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ اُولئِکَ هُمْ خَیْرُ الْبَرِیَّهِ؟ اَنْتَ وَ شِیعَتُکَ وَ مَوْعِدِی وَ مَوْعِدُکُمُ الْحَوْضُ، اِذا جِئْتُ الاُمَمَ لِلْحِسابِ، تُدْعَوْنَ غُرّاً مُحَجَّلِیْنَ
Allahın “İman gətirib yaxşı əməllər edən isə yaradılmışların ən yaxşısıdır!” kəlamını eşitməmisənmi?! Bu, sən və sənin şiələrindir. Səninlə mənim vəd olunduğumuz yer Kövsər hovzunun kənarıdır. Mən ümmətlərin hesabı üçün gələndə sən də dəvət olunacaqsan, elə bir halda ki, alnın ağ və tanınmışsan!” (7)
Əhli-sünnə alimləri də bu məzmunda öz kitablarında hədis nəql etmişlər. O cümlədən, Xarəzmi “Mənaqib”, Əbu Nəim “Kifayətul-xisam” kitabında, Əllamə Təbəri məşhur təfsirində, İbn Səbbağ Maliki “Fusulul-muhimmə”, Əllamə Şukani “Fəthul-qədir”, Şeyx Süleyman Qunduzi “Yənabiul-məvəddə”, Alusi “Ruhul-məani” kitabında və başqaları da öz əsərlərində onu nəql etmişlər.
Xülasə, yuxarıdakı hədis çox məşhur hədislərdəndir. Hədis əksər bilik adamları və İslam alimləri tərəfindən qəbul olunur. Bu, həzrət Əli (ə) və onun tərəfdarları üçün misilsiz bir fəzilətdir.
Eyni zamanda, bu hədisdən belə bir həqiqət də üzə çıxır ki, “şiə” sözü, Allah Rəsulunun (s) yaşadığı əsrdən başlayaraq o həzrətin vasitəsi ilə müsəlmanların arasında yayılıb. Bu söz Əmirəl-möminin (ə) xas tərəfdarlarına işarədir. “Şiə” sözünün sonrakı əsrlərdə meydana gəldiyini düşünənlər səhvə yol verirlər.
Şərh qeydə alınmayıb