Qısa cavab:
Ətraflı cavab:
Bir qrup müşriklər, yaxud kitab əhli davamlı olaraq Peyğəmbərdən (s) ruh barəsində soruşurdular. “İsra” surəsinin 85-ci ayəsinə əsasən, Peyğəmbərə (s) əmr edilir ki, onlara belə buyursun: “Ruh Pərvərdigarımın işlərindəndir; sonra əlavə etsin ki, sizin elminiz çox azdır. Odur ki, ruhun həqiqətini anlamaq iqtidarında deyilsiniz” (1).
Bu bəşər elminin məhdud olmasına aydın işarədir. Çünki, ruh – yuxarıdakı ayədə məqsəd insan ruhu olarsa – insana hər şeydən daha yaxındır. İnsan öz ruhunun gövhərini bilmədikdən, onun barəsində yalnız səthi və ümumi məlumata malik olduqdan sonra, kainatın digər varlıqları barədə nə gözləntisi ola bilər?
Allah-taala “Loğman” surəsinin son ayəsində Allaha məxsus elmlərə aydınlıq gətirir və beş elmə: qiyamətin qopmasına, yağışın yağmasına, ana bətnində olan rüşeymə, insan əməli ilə bağlı gələcək hadisələrə və hər kəsin ölüm məkanına işarə edir. Bəzi İslam hədislərində də “qeybin beş açarı” ünvanında – hansı ki Allahdan başqa heç kəs bilmir – onlara işarə edilmişdir (2).
Bəlkə də, göstərici şahidlər sayəsində bunlar barədə ümumi bilgi əldə etmək olar, amma bu beş işin xırdalıqları heç kəsə bəlli deyil.
Məsələn: heç kəs bilmir ki, ana bətnində olan embrion hansı fiziki istedada, ruhi səciyyələrə malikdir, hansı gözəllik və çirkinliyin, hansı xəsəlik, yaxud sağlamlığın daşıyıcısıdır, hətta bir çox mərhələlərdə cinsiyyətini də bilmir.
Bu ayədə Quran buyurur: Ey insan, sən hətta özünün və ömrünü başa vurduğun torpağın sabahından xəbərsizsən! Belə halda, necə bütün varlıq aləmini bilmək kimi gözləntin ola bilər?! Bu əsasla, sənin elmin məhduddur.
Bundan əlavə, “İsra” surəsində varlıqların ümumi təsbih və həmdindən söz açılır. Hansı ki hamılıqla hal dili – özünəməxsus dili ilə, onlara hakim olan heyrətamiz, qəribə nəzmlə Haqqa həmd və səna edir, hər eyb və nöqsandan pak olduğuna şəhadət verirlər. “Dilsiz” dillə aləmi təsbihlərinə bürüyüblər. Hal dilindən əlavə bu kainatdakı varlıqların istisnasız hər bir zərrəsi öz payına ağıla, görüşə və şüura malikdir və bilgi altında Allaha həmd və təsbih deyirlər. Bu iki versiyanı “Nümunə” təfsirində izah etmişik (3).
Hər halda, kainatın bütün sirlərindən, varlıq aləminə hakim nizamdan tam xəbərdar olmadığımız üçün biz onların nə hal dilini anlaya bilirik, nə də təklifi aydın olan özünəməxsus dillərini.
Bu minvalla, aləm zümzümə və nəğmə ilə dolu olduğu halda biz bundan xəbərsizik. Bu da, bizim elm və biliyimizin məhdudluğuna bir sübutdur.
Həmçinin, “Bəqərə” surəsində cihaddan söz açılır; ondan xoşlanmayanlara deyilir: Sizlər öz xeyir və şərrinizi belə yaxşı dərk etmirsiniz. Bu üzdən bəzən öz mənfəətinizə qarşısınız, bəzən də ziyanınıza sevgi və iştiyaq göstərirsiniz. Bəzən xeyir və şərinizi bilməməniz belə, insanın elm və biliyinin məhdudluğuna digər bir sübutdur. Ancaq, uca Allah bundan xəbərdardır, hansı ki mühüm bilik qaynaqlarından olan vəhy vasitəsilə xeyir və şərinizə bais olan bütün işlərdən sizi agah etmişdir.
“Ğafir” surəsində də yer və göyün yaranış əzəmətinə toxunmaqla yanaşı, onların yaradılışının insan yaradılışından mürəkkəb və əhəmiyyətli olması həqiqətini bəyan edir, əksər insanların bunu bilməməsinə işarə edir. Bu, göylərin yaranışı barədə ümumi baxışda insanların, xüsusi baxışda Ərəbistan yarımadasında yaşayanların məlumatı olduqca az olduğu bir vaxtda baş verir. Bəlkə də, ulduzları səma tavanından mıxlanmış gümüş mismarlar güman edirdilər. Günümüzdə də, astronomiya sahəsində bu qədər elm kəsb etməyimizə rəğmən, bu xüsusda məlumatımız yenə də azdır.
“Təlaq” surəsində də, təlaq və iddə saxlamaq məsələlərindən sonra, boşanmış qadınların “ric`i iddə” müddətində ərlərinin evində qalması zərurətinə toxunur və buyurur: “Sən bilmirsən, bəlkə də bundan sonra Allah vəziyyətlərini dəyişər”. Xüsusilə, sabiq ər yanında iddə müddətini başa vurmaq, yeni baxışa, barışığa və evliliyə dönüşə səbəb olar.
Maraqlısı budur ki, bu çıxışın müxatəbi Peyğəmbərin (s) özüdür. Ona belə bir xitab olun
Şərh qeydə alınmayıb