Qısa cavab:
Ətraflı cavab:
İslam təlimlərində elmin əhəmiyyətinə bu kifayət edər ki, İslam elmə, qələmə dəvətlə başlamışdır. Allah-taala “Ələq” surəsində buyurur:
“اقْرَاْ بِسْمِ رَبِّکَ الَّذِى خَلَقَ خَلَقَ الاْنسَانَ مِنْ عَلَق اقْرَاْ وَرَبُّکَ الاْکْرَمُ الَّذِى عَلَّمَ بِالْقَلَمِ عَلَّمَ الاْنسَانَ مَا لَمْ یَعْلَمْ” (1)
“Oxu! Pərvərdigarının adınla ki (kainatı) yaradıb – və insanı qan laxtasından yaratdı – Oxu! Rəbbin (hər şeydən) ucadır – O kəs ki, qələmlə təlim etdi – və insana bilmədiyini öyrətdi”.
Peyğəmbərin (s) qəlbində vəhyin ilk işartılarından xəbər verən bu ayələr biliklə başlayıb biliklə də sona çatır. (İlk olaraq Nur dağı “Həra” mağarasında Həzrət Məhəmmədə (s) vəhy olunmuşdur.)
İlk olaraq, tanıma və mərifət vasitələrindən biri olan oxumaqdan söz açır. Sonda da, varlıq aləminin böyük müəllimindən, yəni Allahdan – hansı ki insan onun ibtidai şagirdidir – bəhs edir. Görəsən, bunlar mərifətin, tanımağın mümkünlüyü və vacibliyinə aşkar sübut deyilmi?
“Rəd” surəsində deyilir ki, elm nur və aydınlıqdır:
“قُلْ هَلْ یَسْتَوِى الاْعْمَى وَالْبَصِیرُ اَمْ هَلْ تَسْتَوِى الظُّلُمَاتُ وَالنُّورُ” (2)
“De: korla görən eynidirmi?! Yaxud zülmətlə nur bərabərdirmi?!”.
“وَمَا یَسْتَوِى الاْعْمَى وَالْبَصِیرُ وَلاَ الظُّلُمَاتُ وَلاَ النُّورُ وَلاَ الظِّلُّ وَلاَ الْحَرُورُ” (3)
“(Bilin!) Korla görən əsla bərabər deyil – və nə qaranlıqlar və aydınlıqlar – və nə (sakitləşdirici) kölgə və isti və yandırıcı külək”.
Bu ayələrdə “zülmət” kəlməsi korluqla bir sırada, “nur” kəlməsi isə bəsirət və görməklə bir rədifdə qeyd edilib. Bu da, elmin, biliyin nur və aydınlıq, nadanlığın isə korluğa bərabər olduğunu göstərir. Hansı ki, biliyə sövq etdirmək üçün ən gözəl təbirlərdir (4).
Başqa yerdə qeyd edilir ki, varlığın sirlərini anlamaq alimlərə xas keyfiyyətdir:
“وَمِنْ آیَاتِهِ خَلْقُ السَّماوَاتِ وَالاْرْضِ وَاخْتِلاَفُ اَلْسِنَتِکُمْ وَاَلْوَانِکُمْ اِنَّ فِى ذَلِکَ لاَیَات لِلْعَالِمِینَ” (5)
“Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda elm əhli üçün nişanələr vardır!”.
“وَتِلْکَ الاْمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا یَعْقِلُهَا اِلاَّ الْعَالِمُونَ” (6)
“Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız elm əhli anlayar”.
İlk ayədə yaradılış kitabının sirlərini anlamaq alimlərə aid edilib. İkinci ayədə də yazılmış kitabın, yəni Quranın sirlərini anlamaq alimlərin xüsusiyyəti kimi göstərilib. Bunlar bir tərəfdən elm və mərifətə təşviq, digər tərəfdən bilik məsələsinə bir dəlildir.
Bundan əlavə Allah ilk müəllimdir:
“وَعَلَّمَ ءَادَمَ الاْسْمَاءَ کُلَّهَا” (7)
“(Sonra) bütün adları (yaradılışın sirləri və varlıqların adlandırılması elmini) Adəmə öyrətdi”.
“الرَّحْمَنُ عَلَّمَ الْقُرْآنَ خَلَقَ الاْنسَانَ عَلَّمَهُ الْبَیَانَ” (8)
“Rəhman Allah Quranı öyrətdi. İnsanı yaratdı və ona danışmağı başa saldı”.
“عَلَّمَ الاْنسَانَ مَا لَمْ یَعْلَمْ” (9)
“İnsana bilmədiklərini öyrətdi”.
“الَّذِى عَلَّمَ بِالْقَلَمِ” (10).
“O kəs ki, qələmlə təlim etdi”.
Varlıq aləminin bu böyük müəllimi Adəmə bütün adlar elmini öyrədir və bəzən insanın bilmədiyi və ehtiyac duyduğunu (təkvin və təşri – yaradılış və şəriət yolu ilə) ona başa salır.
Bəzən də əlinə qələm verir, yazmağı öyrədir. Başqa vaxtda dilinə bir-iki hərf salaraq, danışmaq üslubunu ona başa salır. Bütün bunlar onu göstərir ki, Onun ən böyük sifətlərindən biri bəndələrinə təlim verməkdir, hansı ki onların mərifət və bilik əldə etməyində bir vasitədir.
Həmçinin, qeyd edildi ki, elm insanı digər varlıqlardan fərqləndirən imtiyazdır:
“قَالَ یَا آدَمُ اَنْبِیْهُمْ بِاَسْمِآیِهِمْ فَلَمَّا اَنْبَاَهُمْ بِاَسْمِآیِهِمْ قَالَ اَلَمْ اَقُلْ لَّکُمْ اِنِّى اَعْلَمُ غَیْبَ السَّمَوَتِ وَالاْرْضِ وَاَعْلَمُ مَا تُبْدُونَ وَمَا کُنتُمْ تَکْتُمُونَ” (11).
“Buyurdu: “Ey Adəm, onların adlarını (və sirlərini) bu varlıqlara bildir!” Adəm, bu adları onlara bildirdikdə Allah buyurdu: “Mən sizə demədim ki, göylərdə və yerdə olan q
Şərh qeydə alınmayıb