Qısa cavab:
Ətraflı cavab:
İnsanın fəxrinə səbəb amillərdən biri də budur ki, yaradılış sistemi onu azad yaratmış və həyat yolunu seçməkdə onu tamamilə sərbəst buraxmışdır. Belə bir prinsipi nəzərə aldıqda, necə ola bilər ki, İslam imanlı şəxslərdən bir-birilərini yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirmələrini tələb etsin? Yaxşılığa dəvət və pislikdən çəkindirmək prinsipinin icrası insanların, cəmiyyətin üzvlərinin azadlığını əlindən almaq deyilmi? Bunu da keçsək, əgər bütün cəmiyyət belə bir vəzifənin icrasına qalxsa, ictimai nizam-intizam hərc-mərcliyə düçar olmazmı?
Sualın cavabında demək lazımdır:
İslamın iki böyük ictimai prinsipi sayılan yaxşılığa dəvət və pislikdən çəkindirmədən məqsəd fərdləri yaxşı və faydalı işlərə yönəltmək, çirkin işlərdən çəkindirmək, bir sıra ictimai və etik azğınlıqlarla mübarizə aparmaqdır.
Hər şeydən öncə müəyyənləşdirmək lazımdır ki, fərdləri bir-birinə tam bağlı və hamısının taleyini vahid şey təşkil edən ictimaiyyətdə bu iki prinsipin icrası cəmiyyətin xeyrinədir ya yox?
Hər zaman bu iki prinsipin icrası cəmiyyətin xeyrinə olsa, bu halda mühüm faydalarından dolayı fərdi azadlığı boğmaq və fərdlərin azadlığını sözügedən prinsip çərçivəsində məhdudlaşdırmaq gərəkir.
Qədim dövrlərdə bəşərin yaşam tərzi çox kiçik cəmiyyət şəklində mağaralarda, dağlarda, meşənin dərinliklərində idi. Demək olar ki, ictimai bağlılıq, əməkdaşlıq, əlaqələr, iş birliyi cəmiyyətlərinə hakim deyildi. Taleləri bir-birilə elə də əlaqəli olmayan belə yaşam tərzində fəsadla mübarizə və azğınlığın qarşısını almaq zəruri görünməyə bilər.
Lakin müştərək taleyə malik ictimai yaşam tərzində fəsadla mübarizə, insanları yaxşı işlərə dəvət qaçılmaz və mühüm vəzifədir.
Odur ki, belə bir yaşam tərzində bütün fərdlər bir ailənin üzvləri kimidir. Aralarındakı birlik və əlaqə bağları o qədər möhkəmdir ki, heç kəs özünə ayrı hesab aça, yaxşı və ya pis əməlinin nəticəsini başqalarından ayıra bilməz.
Belə bir cəmiyyətdə bütün fərdlər əməllərinin xeyir və şərində şərikdirlər, bir fərdin əməlinin nəticəsi bütün şəxsləri əhatə edir. Burada hər hansı şəxs cəmiyyətdən özünü hər nə qədər uzaq təsəvvür etsə də – həyat tamaşasının izləyicisinə çevrilə və digər fərdlərin işlərinin xeyir və zərərindən sığortalaya bilməz. Həmin əlaqə və bağlara görədir ki, əgər bəzilərinin cinayətkarlığı sayəsində cəmiyyətə iqtisadi və ya mədəni ziyan dəysə, zərəri kimsədən yan keçməyəcək.
Əxlaq çatışmazlıqları elə yolxucu xəstəliklərdir ki, istər-istəməz başqalarına da yoluxur. Eltor mikrobu bir nöqtədə peyda olsa, dərhal ona qarşı mübarizəyə başlamaq, başqalarını xəstə ilə ünsiyyətdən çəkindirmək lazımdır. Əks təqdirdə, xəstəlik bütün ölkəni, yaxud ölkələri cənginə alar.
Eləcə də, ictimai-əxlaqi pozuntular, hər növ fikri və ruhi aludəliklər – cismi xəstəlik kimi – cəmiyyətin qəlbinə nüfuz edərək, bütün insanlara yoluxur.
Bir şəxsin öz evini fəsad yuvasına çevirdiyini düşünün. Üzdəniraq fərdlər ora get-gəl edir. Təsəvvür etmək olarmı ki, azğın dəstələrin fəsad yuvasına get-gəlinə hər gün şahid olan ətrafdakı qız və oğlanlar bundan sonra pak qalacaqlar? Onlar da ehtirasın atması səbəbilə o yerə cəlb olunmayacaq və günbəgün fəsad dairəsi genişlənib bazarlarını daha da qızışdırmayacaq?
Bu halda demək olar ki, ictimai-əxlaqi pozuntularla mübarizə prinsipinin icrasına başlamaq fərdləri bir-birinin kənarında yaşayan cəmiyyətin ictimai səadətinə təminat verir. Günah və fəsada qarşı sükut yanlış iş olmaqla yanaşı həm də böyük günahdır. Fərdin hesabını cəmiyyətin hesabından əsla ayırmaq olmaz. Əslində mübariz bir fərd özünün və yaşadığı cəmiyyətin hüququnu müdafiə edir. Fərdi azadlıq prinsipi heç vaxt bəhanə ola bilməz ki, bu insanlıq vəzifəsini kənara qoyaq. Başqalarının azadlığını təhdid etmədiyi və cəmiyyətin məsləhətini təhlükəyə atmadığı müddətcə, fərdi azadlıq möhtərəmdir. Biz buna diqqət etməli və inanmalıyıq.
Qurani-kərim spesifik bəsirət və reallıqla – hansı ki səmavi kitabın özəlliklərindəndir – bu hə
Şərh qeydə alınmayıb