Qısa cavab:
Qurani-kərimdə insanın iradə azadlığını təsbit və icbariliyi (məcburiyyət əqidəsini) inkar edən ayələr yüzə yaxındır. Məcburiyyətə (cəbrə) etiqad və insan azadlığını inkar etmək hər növ əxlaq pozuntusunun başlıca səbəbi ola bilər. Buna görə ilahi peyğəmbərlər, eləcə də İslam peyğəmbəri (s) hər şeydən öncə insanın iradə azadlığını təsbit etmişlər.
Ətraflı cavab:
Heç şübhəsiz, insanın iradə azadlığına etiqadla əxlaqi məsələlər arasında sıx rabitə vardır. Əgər insanın iradə azadlığına etiqadı görməzdən gəlsək, bütün əxlaqi konsepsiyalar qüvvədən düşər və etibarsız sayılar.
Bu səbəbdən insan tərbiyəsi və əxlaqın saflaşdırılmasını öhdəliyinə götürən ilahi dinlər bəşər azadlığının müdafiəsində hər kəsdən daha israrlıdırlar. Qurani-kərim insanın iradə azadlığını təsbit və icbarlılığını inkar edən ayələrlə doludur. Belə ayələrin sayı yüzə yaxındır (1).
Bir qayda olaraq tapşırıq və qadağalar, eləcə də digər təkliflər; itaətə dəvət, günahdan çəkindirmək, savab və əzab, hesab və cəza, məhkəmə, şəri həddin icrası, cəzalandırmalar və s. işlər hər biri insanın iradə azadlığı məsələsinə təkrar-təkrar təkid edir. Əgər Quran ayələrində “Cəbr” – “məcburiyyət” məktəbi tərəfdarlarının əlindən tutan hər hansı məqam görürüksə, bu, ayələrin düzgün təfsirinə diqqət etməməkdən irəli gəlir. Çünki, sözügedən ayələr mütləq azadlığı inkar edir, nəinki icbarı isbatlayır. Quranın özündə buna aşkar şahidlər var, hansı ki burada bəhs etməyin yeri yoxdur. İcbariliyə etiqad və insan azadlığını inkar hər növ əxlaq pozuntusunun başlıca səbəbi ola bilər. Ona görə ki, hər günahkar əzəldən taleyinin məcburi surətdə yazılmağı və alın yazısını dəyişdirə bilmədiyi bəhanəsi ilə fəsad və günah girdabına düşə bilər.
Buna dəlalət edən tarixi göstəricilər də vardır; bəzi günahkarlar bu məktəbə istinad edərək, günaha aludəlik və ziddi-əxlaqi işlər görməkdə özlərini üzürlü sayır və deyirdilər: “Bizim yaxşı və ya pis olmağımız özümüzdən asılı deyil, əzəl gündən bağban bizi belə becərmiş, alın yazımızı yazmışdır! Nə yaxşılar yaxşı olduqları üçün fəxr etməli, nə də pislər təqsirləndirilib məzəmmət edilməlidir!”.
Buna əsasən, ilahi peyğəmbərlər, ilk növbədə İslam peyğəmbəri (s) nəfsi saflaşdırma və əxlaq prinsiplərini möhkəmlətmək üçün hər şeydən öncə insanın iradə azadlığını təsbit etmişdir (2).
Şərh qeydə alınmayıb