Qısa cavab:
Ətraflı cavab:
Nəfsin saflaşdırılmasında, əxlaqın düzəldilməsində və insani səciyyələrin kamala çatdırılmasında ilk atılan addımlardan biri özünütanımadır.
• Necə ola bilər ki, insan kamala çatsın, nöqsanlarını aradan qaldırsın, əxlaqi çatışmazlıqları özündən uzaqlaşdırsın, amma özünü lazımi qədər tanımasın?!
• Xəstə öz xəstəliyindən xəbər tutmasa, həkimə baş vurarmı?
• Səfərdə yolunu itirən şəxs əgər itdiyini bilməsə, heç yolu axtarmağa başlayarmı, heç bələdçi axtararmı?
• İnsan evinin ətrafındakı düşməndən xəbərdar olmayınca, müdafiə tədbirləri görərmi?
Sözsüz, bütün sualların cavabı mənfidir. Eləcə də, özünü tanımayan, öz nöqsanlarından xəbərdar olmayan kəs özünü düzəltmək və nəfsin ruhani həkiminin dalınca getmək fikrində olmayacaqdır. Çünki:
1.İnsan özünütanıma sayəsində nəfsinin dəyərini, bu böyük ilahi yaradılışın əzəmətini və ilahi nurların bir işartısı, ilahi bir nəfəs olan insan ruhunun əhəmiyyətini anlayır. Bəli, anlayır ki, bu qiymətli gövhəri dəyərsiz qiymətə satmaq və asanlıqla əldən vermək olmaz.
Yalnız bu əzəmətdən xəbərsiz olan şəxs özünü çirkin xüsusiyyətlərə bulaşdırır, insan ruhunun pak gövhərini fəsad və yoxluğa sürükləyir.
2.İnsan özünütanıma sayəsində nəfsi istəklərin, ehtirasların təhlükəli olduğunu və onların öz səadəti ilə ziddiyyət təşkil etdiyini anlayır. Bu üzdən onlarla mübarizəyə qalxır.
Aydındır ki, özünü tanımayan kəs bu maraqların varlığından xəbərsiz qalır. Ətrafını düşmən sardığı halda, bundan qafil olan şəxsə bənzəyir. Təbii ki, belə bir şəxs düşmənlə mübarizə aparmaz və nəticədə düşmən ona ağır zərbələr vurar.
3.İnsan özünü tanımaqla, təkamülü üçün Allah tərəfindən onun vücudunda yerləşdirilən istedadlardan xəbərdar olur və onların inkişafı, çiçəklənməsi, canının dərinliklərindəki xəzinələrin üzə çıxması üçün çalışmağa təşviq edilir.
Özünü tanımayan kəs, evinin ayrı-aryı künclərində basdırılmış qiymətli xəzinələr olsa da, bu xəzinələrin varlığından xəbərsiz olan şəxsə bənzəyir. Bəlkə də, o, orada aclıq və susuzluqdan öləcək, halbuki ayaqları altında minlərlə insanı doyduracaq xəzinələr var.
4.Əxlaqi çatışmazlıqların kökü insanın özünə qayıdır. İnsan özünütanıma sayəsində o kökləri müəyyən edir və canından çıxarması asanlaşır. Bu tərtiblə, nəfsin saflaşadırılması o qədər də çətin olmur.
5.Daha da önəmlisi, özünütanımanın Allahı tanımaqda ən ideal vasitə olmasıdır. Haqqın calal və camal sifətlərini tanımaq insani səciyyələrin və xüsusiyyətlərin təkamülündə, eləcə də nöqsan və çirkinlikdən xilas olub, dəyərlərin ali səviyyəsinə yüksəlməkdə həlledici amildir.
Əgər “Əxlaqi nöqsanlar insanı məhvə çəkir, bəşər cəmiyyətini ağır böhranlara sürükləyərək insanların həyatını qaraldır.”, – cümləsini qeyd edilən mətləblərə əlavə etsək, özünütanımanın bəşər həyatındakı əhəmiyyətini daha çox anlayarıq.
Karl Menninger “Psixoanalizin möcüzəsi” adlı kitabında belə yazır:
“Özünüdərk, həm özünün müsbət və emosional potensialını bilmək, həm də bizim məhvimizə səbəb olan mənfi qüvvələrimizdən agah olmaqdır. Mənfi qüvvələri nəzərə almamaq, yaxud özümüzdə və başqalarında onların varlığına işarə etməkdən çəkinmək həyat əsaslarını silkələyir” (1).
“İnsan, tanınmaz varlıq” kitabında yazılanlar da mövzumuza gözəl şahiddir:
“Təəssüflər olsun ki, sənaye sivilizasiyasında insanı tanımaq diqqətdən yayınmış, həyat proqramı onun təbiəti və fitrət əsasında tənzimlənməmişdir. Odur ki, bütün səylərə rəğmən, qurtuluşa nail olmamışdır. Elmin inkişafı heç bir planın davamı deyildi və (demək olar ki,) təsadüfi idi... Əgər Q. Qaliley, İ. Nyuton və A. Lavuazye kimi alimlər öz düşüncələrini, elmi qüvvələrini insanın cisim və ruhunu öyrənməyə sərf etsəydilər, bəlkə də müasir dünyamız mövcud olduğundan çox fərqli görünərdi”. (2)
Elə buna görə də, Allah-taala nəfsinə pərəstiş edənlərə “ö
Şərh qeydə alınmayıb