Həzrət Seyyidüş-şühədanın (ə) məzlumcasına şəhadəti dünya azadələri üçün elə bir məktəb yaratdı ki, şəhidlik və ölümü sadə bir iş, hətta iftixar hesab etdi (1).
Aşura qiyamı ilahi dinin dirçəlişinə yardım etməkdən əlavə İslam ağacının böyüməsinə və çiçəklənməsinə səbəb oldu. İslam ümmətini oyatdı, şəhadətsevərlik və igidlik ruhunu müsəlmanlara üfürdü, bəşərə fədakarlıq dərsi öyrətdi, Bəni-Üməyyə “xəlifə”liyini ciddi təhlükələr qarşısında qoydu. Qanlı qiyam və üsyanlar, qısa zamanda Əbu Süfyan xanədanının, uzun müddətdə isə Bəni-Üməyyənin hakimiyyətinin süqutu və məhvi ilə nəticələndi (2).
Bu yazıda Ayətullah əl-üzma Məkarim Şirazinin yüksək ideya və düşüncələrindən istifadə edilərək, Aşura qiyamının ən əhəmiyyətli təsir və nəticələri möhtərəm oxucu və istifadəçilərə təqdim olunur:
Haqqsevərlik mehvərində həzrət Məhəmməd (s) islamının dirçəlişi
Xatırladılmalıdır ki, Aşura hadisəsindən sonra yezidçilər öz xəyali qələbələrindən qürurlanırdılar. Ağızlarından çıxan bəzi sözləri və büruzə verdikləri bəzi rəftarları, onların mahiyyət və mənfur niyyətlərinin ifşasına yardımçı oldu. Onlar İmam Hüseyni (ə) öldürüb ailəsini əsir etməklə böyük zəfərə nail olduqlarını, Peyğəmbər (s) Əhli-beytindəki son müqavimət nöqtəsini dağıtdıqlarını güman edirdilər. Öz xəyali zəfərlərini nümayiş etdirmək və şadlıqlarını təkmilləşdirmək məqsədi ilə, ağıldan kənar və cahilanə addımlar atdılar ki, ötəri şadlıqlarını həmişəlik bir müsibətə, matəmə çevirdi (3).
Kufə və Dəməşq kimi şəhərləri bəzəmək, rəqs, şərab və ayaq döyməklə müşayiət olunan şənlik məclislərinin təşkili, Peyğəmbər (s) övladlarını zəncirləmək və müharibə əsirləri kimi camaat arasında onları gəzdirmək, günahsız körpələrə şallaq vurmaq, Kərbəlanın başıuca şəhidlərinin başını nizəyə taxmaq, xizəran (bambuk) çubuğu ilə İmamın (ə) mübarək dodalarına döymək və s. kimi əsirləri təhqir etmək və digərlərini qorxutmaq məqsədi daşıyan işlər, Bəni-Üməyyədən törəyirdi (4).
İmam Hüseyn (ə) və nakam dostlarının şəhadəti Məhəmməd (s) məktəbinin dirçəlişinə yardım etdi və Əba Əbdillahın (ə) pak qanı İslam ağacını suvardı ki, bu da ümmət İslam ümmətinin tərəqqisi və müsəlmanların oyanışı ilə nəticələndi (5).
Həmçinin, Aşura qiyamı Peyğəmbərin (s) məşhur “حُسَيْنُ مِنِّي وَ أَنَا مِنْ حُسَيْنٍ”, “Hüseyn məndəndir və mən də Hüseyndən!” (6) hədisi cəhətindən, İslamın əzəmətli Peyğəmbərinin (s) ayinini xilas etməklə yanaşı, digər ilahi peyğəmbərlərin risalət hədəfini də gerçəkləşdirdi.
Aşura qiyamı sayəsində hürriyyət və azadlığın reallaşması
Hərçənd ki, hicri-qəməri tarixlə 61-ci ilin Aşurasında qələbə yezidçilərlə idi, qeyri-bərabər Kərbəla döyüşü batil cəbhənin xeyrinə bitdi, amma dərin bir baxışda, həqiqi zəfər İmam Hüseyn (ə) və silahdaşlarınındır. Ona görə ki, o həzrət məlum hadisə və ya qiyamda, cahana qalıcı bir üsul yadigar qoydu və al qanı ilə müsəlmanlar, bəlkə bütün azadələr üçün həmişəlik tarixə həkk olan bir məktəb yaratdı ki, dünyaca həqiqət axtarışında olanların ülgüsüdür (7). Bütün dünya haqsevərləri və bir çox azadlıqsevər rəhbərlərin öz hərəkat və qiyamlarını irəli aparması xüsusunda bir qaynaq kimi həmişə diqqət mərkəzində olmuşdur (8) ki, 2500 illik istibdad quruluşunun, zülüm və ədalətsizliyin yığışdırılmasında İran xalqının zəfəri, batilə qarşı haqq cəbhəsində səkkiz illik qürurverici müqəddəs müdafiə dastanları və qaniçən rejim, sionist silahlılarının iradəsi qarşısında igid və cənubi Livan Hizbullah gənclərinin mücahidliyi, hazırkı dövrdə İmam Hüseyn (ə) qiyamından örnək almasının (modelləşdirmənin) aşkar və aydın nümunələrindəndir (9).
Hüseynin (ə) hərəkatı – Aşura hadisəsindən sonrakı qanlı qiyamlara zəmin yaradan amil
Kərbəla xəbərlərinin yayılması müsəlmanlar arasında qəribə təsirlər qoydu. Bir tərəfdən İmam Hüseyn (ə) və dostlarının məzlumluğu, onların şəhadəti və pak xanədanının əsarətində aşkara çıxan sonsuz vəhşiliklər müsəlmanların Bəni-Üməyyə hakimiyyətinə qarşı nifrətinə zəmin yaratdı (10).
Başqa bir tərəfdən İmam Hüseyn (ə) az sayda tərəfdarı və “Zillət bizdən uzaqdır!” – fəryadı ilə silahla tam təchiz olunmuş qoşun qarşısında inqilabi hərəkatı müsəlmanlara cürət bağışladı və müsəlmanların əksəriyyəti üçün ölüm və şəhidlik məfhumunu sadə bir iş, bəlkə iftixar hesab etdi. Mədinə əhalisinin qiyamı, “təvvabin” qiyamı, hətta fərdi şəkildə qarşıdurmalar hamısı bu həqiqətdən xəbər verir (11).
Təvvabin qiyamı
Qeyd etmək lazımdır ki, Kərbəla hadisəsindən sonra Kufə şiələri özlərini hamıdan çox məzəmmətə layiq bilirdilər və Allah Rəsulunun (s) övladına yardımı əsirgəməkdən günah və xəcalət hissi keçirirdilər. Onlar bu böyük xətanın yerini doldurmaq üçün qiyam etmək fikrinə düşdülər. Bununla da bu çirkin ləkəni yumaq istəyirdilər (12). Süleyman ibn Surəd Xuzai bu dəstənin rəhbəri ünvanında dedi: “Peyğəmbərin (s) övladı bizə yaxın bir yerdə öldürüldü. Bizdən kömək istəməsinə baxmayaraq, köməyinə tələsmədik; günahkarlar onu ox və nizənin hədəfinə çevirdilər, onu öldürmək həvəsinə düşdülər və ona hücum etdilər, amma biz bir iş görmədik” (13). Bu səbəbdən Süleyman camaatı qiyama hazırladı (14), lakin onlar, əslində öldürüb-öldürməklə can və ruhlarını bürüyən əzabdan qurtulmaq, günahlarını yumaq istəyirdilər. Buna əsasən elə həmin vaxt, Muxtar da mübarizə üçün güc toplamağa və zalım hökumətə qarşı qiyama çalışırdı. Buna baxmayaraq, Süleymanla həmkarlığa hazır deyildi. O belə deyirdi: “Süleyman bu qiyamla özünü və ətrafını ölümə vermək istəyir, o, döyüş taktikasını bilmir” (15),(16).
Təvvabin qiyamında bütün bu təlaş və canfəşanlıqlar elə şəxslər tərəfindən baş verirdi ki, bir gün az bir dəstə ilə Kufəyə gələn İbn Ziyadın hədələrindən qorxmuş, İmam Hüseynin (ə) elçisi olan Müslim ibn Əqili tənha qoyaraq, nəticədə şəhəri düşmənə təhvil vermişdilər. Ancaq Aşura hadisəsindən sonra qazandıqları ruhiyyə ilə canlarını dişlərinə tutub qiyama qalxdılar, nəhayət, şəhid oldular (17). Bu üzdən təvvabin qiyamı inqilab başçılarının ölümü ilə susduruldu və inqilab alovu bir müddət sönülu qaldı (18).
Muxtarın qiyamı
Qeyd etmək lazımdır ki, Muxtarın üzə çıxması ilə növbəti fırtına qopdu. Qəzəb və intiqam alovu İraqı başdan-başa bürüdü. Bəni-Üməyyənin (Əməvilərin) və Kərbəlanın cinayətkar qatillərinin varlıq xırmanlarını bir-birinin ardınca yandırıb külə çevirdi (19) və kiçik bir fürsətdə ürək yaralarına məlhəm qoydu. Kərbəla qatillərindən (20) alınan intiqam alovu o qədər güclü və hərarətli idi ki, qısa bir müddətdə Kərbəla cinayətkarlarının payını verdi. Onların hər biri törətdikləri əmələ uyğun olaraq ən ağır cəzaya məhkum edilməklə öz çirkin əməllərinin qarşılıqlı nəticəsini aldılar (21). Bunu da qeyd etmək lazımdır ki, Muxtar qiyamının əsl mahiyyəti İmam Hüseynin (ə) qanının qisasını almaqdan və Kərbəla cinayətkarlarını cəzalandırmaqdan başqa bir şey deyildi. Muxtar, bu işin öhdəsindən layiqincə gəldi (22).
Aşura qiyamından sonra Bəni-Üməyyənin sonu
Aydındır ki, İmam Hüseynin (ə) məzlumcasına şəhid olması, əslində yalan və hiylə yolu ilə özlərinə İslam dövlətində yer edən Bəni-Üməyyənin qırx illik zəhərli təbliğatını çokdürən bir xətt idi. İmam Hüseynin (ə) səfərbərliyi İslamın həqiqi simasını insanlara göstərdi, yalançıların üzündən niqabını götürdü və hakimiyyətlərinin qanunsuz olduğunu isbat etdi (24). O qiyamların tarixini araşdırmaq belə bir həqiqətdən xəbər verir ki, o dövrün xalq kütlələri İmam Hüseynin (ə) (23) qanının qisasını istəmək və Bəni-Üməyyədən intiqam almaq şüarından başqasına məhəl qoymurdular, hətta Ali Əbu Süfyana son zərbəni vuran Abbasilər bu şüarın sayəsində öz məqsədlərinə çatdılar və xəlifəlik kürsüsünə yiyələndilər (25). Lakin bütün bu sadalanan keyfiyyətlərlə yanaşı, onların Bəni-Üməyyə üzərindəki zəfərinin ən başlıca amili, İmam Hüseynin (ə) qanının alınması şüarı və o həzrətin (ə) xanədanının məzlumluğunun ibrazı idi. Onlar, bu şüarı rəhbər tutmaqla, Bəni-Üməyyəyə qarşı xalqı qəzəbləndirdilər. Nəhayət, Bəni-Üməyyənin büsatını topladılar (26).
Son söz
Sonda qeyd etmək lazımdır ki, Aşura və Kərbəlanın zaman keçdikcə tarixi hadisə olmaqdan çıxaraq bir məktəbə çevrildiyi qənaətinə gəlirik. İnsan yetişdirib tərbiyə edən və iftixarverici bir məktəbə! (27)
Həmçinin qeyd edilməlidir ki, təkcə dünya müsəlmanları üçün deyil, İslam hüdudlarını aşaraq (və mövcud sənədlərə əsasən) bir çox dünya mütəfəkkirlərinin alqışına səbəb olmuş, məzlum xalqların qurtuluşu və azadlığı üçün örnək göstərilmiş və məktəbini zülmü qovan, izzətli, şərəfli və azad həyatı tərənnüm edən bir məktəb saymışlar (28). Ümidvarıq ki, qəddar zalımların məzlumların qanını içməyə səfərbər olduğu müasir dünyada, zülmə məruz qalmış xalqlar Aşura dastanından ilham alaraq ayağa qalxsın və onların şərini aradan qaldırsınlar! (29).
ilahi dinin dirçəlişinə yardım etməkdən əlavə İslam ağacının böyüməsinə və çiçəklənməsinə səbəb oldu. İslam ümmətini oyatdı, şəhadətsevərlik və igidlik ruhunu müsəlmanlara üfürdü, bəşərə fədakarlıq dərsi öyrətdi, Bəni-Üməyyə “xəlifə”liyini ciddi təhlükələr qarşısında qoydu. Qanlı qiyam və üsyanlar, qısa zamanda Əbu Süfyan xanədanının, uzun müddətdə isə Bəni-Üməyyənin hakimiyyətinin süqutu və məhvi ilə nəticələndi (2).

Şərh qeydə alınmayıb