AŞKAR ŞƏKİLDƏ E`LAN EDİRİK...

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
Vəhhabiyyət iki yol ayrıcında
QƏRİBƏ TƏZAD 2-ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİ

Mən İslam elmlərinin xidmətçilərindən biri kimi uca səslə deyirəm: Bu terrorist qrupun (təəs­süblü vəhhabilərin) İslam barəsində təqdim etdik­ləri sima bu dinin həqiqi siması deyildir; əksinə, İslam elmlərin­dən çox az miqdarda bəhrələnən və İslam alimlərinin əksəriyyəti tərəfindən müxali­fətlə qarşılanan bir qrupun şəxsi əqidəsidir.
Biz kitabın son bölməsində Qur`anın və İslam hədislərinin aşkar buyuruğu əsasında onların bu çıxarışda xətaya yol vermələrini aydınlaşdı­racağıq ki, onların arasında olan və məntiqi dəlilləri qəbul edən mö`tədil əqidəli şəxslər İslamın düzgün yolunun vəhhabilikdə deyil, başqa yerdə olduğunu bilsinlər.
Mən böyük İslam alimlərinin qarşısında tə`zim edir və onların hamısından xahiş edirəm ki, əl-ələ verib bir səslə desinlər: Özlərindən başqa hamını müşrik hesab edən və buna görə də onların qanını və malını mübah (hədər) hesab edən bu kiçik təəssübkeş qrup İslamın həqiqi nümayəndələri deyildirlər. Aydındır ki, bugünkü dünyada belə məzhəbə heç bir yer yoxdur, onlar artıq süqut və tənəzzül mərhələsindədirlər və onların ömrü artıq sona çatmışdır. Biz mehr-məhəbbətdən ibarət olan İslam dinini dünyaya özünün həqiqi formasında təqdim etməliyik ki, hamı tərəfindən qəbul olunsun, İslam özünün genişmiqyaslı inkişafına həmin qaydada davam etsin, məzlum təbəqələrin qəlblərini və fikirlərini ayıldıb təsxir edərək öz ixtiyarına keçirsin.
Hamısından qəribəsi budur ki, bu qrupun törətdiyi cinayətlər özlərinin hakimiyyətə gətirdiyi hökumətin (Ali Səud hökumətinin) boğazını tıxmış və onlar Səudiyyə ölkəsində çox dəhşətli terrorlar icad etmişlər, hətta Səudiyyə dövləti belə, onların yerli əhali üçün yaratdığı təhlükələri e`tiraf etmiş, onların fəaliyyət hüdudlarını məhdudlaşdırmaq qərarına gəlmiş və vəhhabilərin dini mərkəzlərində tədris olunan tə`limatlara yenidən baxılmasına – təftişə başlamışdır. Bu dövlət ifratçı şəxsləri məscidin imamətindən kənarlaşdırmışdır ki, bu da təəssübkeş vəhhabiyyətin ömrünün sona çatma­sına dair bir dəlildir, çünki onlara özünün yaran­ma mərkəzində belə artıq yer yoxdur.

 

QƏRİBƏ TƏZAD 2-ƏQİDƏNİN ZORLA QƏBUL ETDİRİLMƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma